Məhkəmə qərarları › İş №2(027)-1578/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1578/2022

17.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1578/2022 17.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh-yə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba Regional Ərazi Şöbəsinə qarşı “əmək haqqının, iş vaxtından artıq işlədiyim günlərə görə ödənilməmiş pulun, istifadə olunmamış məzuniyyətə görə haqların və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh-nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba regional ərazi şöbəsi olmaqla “əmək haqqının, iş vaxtından artıq işlədiyi günlərə görə ödənilməmiş pulun, istifadə olunmamış məzuniyyətə görə haqların və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən əmək müqaviləsi üzrə 2020-ci ilin noyabr ayından 30 sentyabr 2021-ci ilə kimi ödənilməmiş qalan əmək haqqının, işlədiyi 01 aprel 2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək istifadə edilməmiş məzuniyyət günlərinə görə haqqının, 2021-ci ilin iyun ayından 05 sentyabr 2021-ci il tarixədək iş vaxtından artıq işlərə cəlb olunmağına görə ödənilməmiş haqqının və son haqq-hesabının hesablanaraq ona verilməsi və ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1969-cu ildə Quba rayonunda anadan olmuş, uzun illər X5 laborant kimi əmək fəaliyyəti ilə məşğul olmuş, 01 aprel 2019cu il tarixdən isə Cavabdeh-də laborant kimi işləməyə başlamışdır. İşə qəbul olunduğu vaxt əmək müqaviləsi üzrə əmək haqqı 431.3 manat təşkil etmişdir. İşə qəbul olunduğu tarixdən 2020-ci ilin noyabr ayına kimi vaxtlı-vaxtında əmək haqqı almışdır. 2020-ci ilin noyabr ayından isə əmək haqqının ödənilməsində ona məlum olmayan səbəblərdən gecikmələr yaranmağa başlamış və qeyd edilən vəziyyətdə o, 2021-ci ilin mart ayına kimi cavabdeh təşkilatda gündəlik əmək fəaliyyətini davam etdirmişdir. Sonradan ona 2020-ci ilin noyabr ayı üçün yarım aylıq ödəniş edilmiş, qalan məbləğlərin bir hissəsi isə uzun müddətdən sonra ayrı-ayrı vaxtlarda kiçik məbləğlərlə (200 manat+200 manat+100 manat+300 manat+120 manat+20 manat=940 manat olmaqla) ödənilmiş, lakin cavabdeh təşkilatın ona əmək müqaviləsi üzrə ödəməli olduğu məbləğ tamamlanmamışdır. Cavabdeh təşkilatın rəhbərliyinin şifahi şəkildə bildirdiklərinə görə ona ödənilməli olan qalıq məbləğ 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına kimi 1230 manat təşkil edir. 2021-ci ilin mart ayında onlara istehsalatın dayandırıldığı bildirilərək işə gəlməmək tapşırılmış və həmin müddətdə əmək haqqı ödənilməmişdir. 2021-ci ilin iyun ayında cavabdeh təşkilatın rəhbərliyi onunla əlaqə saxlayaraq sifariş aldıqlarını və işə gəlməli olduğunu bildirmiş və o da həmin vaxt 3 dəfə ayrı-ayrı günlərdə, cəmi 14 gün işə gedərək sifarişin zamanında çatdırılması üçün əmək funksiyasını yerinə yetirmişdir. 2021-ci ilin iyul ayının 8-də isə istehsalat rəsmi şəkildə bərpa olunaraq o, yenidən cavabdeh təşkilatda əmək fəaliyyətini davam etdirmişdir. Qeyd etdiyi 940 manat ona ödənilən məbləğin bir qismi məhz cavabdeh təşkilatda istehsal başladıqdan sonra ona ödənilmiş, lakin işlədiyi müddətdə əmək haqları tam şəkildə yenə də ödənilməmişdir. İstehsalatın başladığı 08 iyul 2021-ci il tarixdən müqavilənin bitmə tarixi olan 30 sentyabr 2021-ci tarixədək olan müddətdə, o cümlədən 2021-ci ilin iyun ayında işlədiyi 14 gün müddətin əmək haqqı ödənilməmişdir. Hətta o, 08 iyul 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək işlədiyi müddət ərzində bazar günləri də iş vaxtından əlavə işə cəlb olunmuşdur. Cavabdeh təşkilatda əmək müqaviləsi üzrə işlədiyi 01 aprel 2019-cu il tarixdən əmək müqaviləsinin müddətinin bitdiyi 30 sentyabr 2021-ci il tarixədək olan dövrdə sadəcə 1 dəfə 15 gün əmək məzuniyyətində olmuşdur. Qalan müddətlərdə isə məzuniyyət hüququ pozulmuş və ona ümumiyyətlə məzuniyyət verilməmişdir. O, pozulmuş əmək hüquqlarının bərpası üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba regional ərazi şöbəsinə də müraciət etmişdir. Həmin qurumdan ona ünvanlanmış məktubdan da göründüyü kimi 2020-ci ilin noyabr ayından hal-hazıradək olan dövr üçün qalıq əmək haqları ona tam ödənilməmişdir. Bu səbəbdən də Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və 173-cü maddənin tələbləri pozulduğu üçün cavabdeh təşkilatın direktoru X4 barəsində Azərbaycan Respublikası İXM- nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və qalıq əmək haqlarının ona ödənilməsi üçün cavabdeh təşkilata göstəriş xarakterli məktub göndərilmişdir. Eyni zamanda X3 tərəfindən “Paşa Bank”dakı onun əmək haqqı hesabından çıxarış cədvəli də bir daha təsdiq edir ki, cavabdeh təşkilat tərəfindən ona işlədiyi müddət ərzində tam əmək haqları verilməmişdir. Bununla da cavabdeh təşkilat tərəfindən Əmək Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmişdir. Bu günə kimi də cavabdeh təşkilat ona qalıq əmək haqqlarını və digər ödənişlərini etməmişdir. O, cavabdehlə arasında olan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi və qanunvericiliyin tələbləri baxımından mediasiyaya müraciət etmiş, lakin cavabdeh təşkilat ilkin mediasiya sessiyasında nümayəndə vasitəsi ilə təmsil olunmadığı üçün mediator tərəfindən ona 10 may 2022-ci il tarixli, MŞİH-17419 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O, cavabdeh təşkilatla arasında yaranmış mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş iş üzrə Cavabdeh-nin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba Regional Ərazi Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh-in direktoru X4 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 01 aprel 2019-cu il müddətsiz Cavabdeh-də laborant vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirşindən görünür ki, İddiaçı Cavabdeh-də laborant vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi müddətsiz olaraq bağlanmış və 72,54 manat aylıq əmək haqqı almışdır. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, olan İddiaçı və Cavabdeh-in direktoru X4 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli müddətsiz əmək müqaviləsi üzrə aldığı əmək haqqı dəyişdirilərək 319,50 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, olan İddiaçı və Cavabdeh-in direktoru X4 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli müddətsiz əmək müqaviləsi üzrə aldığı əmək haqqı dəyişdirilərək 431,30 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı və Cavabdeh-in direktoru X4 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli əmək müqaviləsi müddətli olaraq dəyişdirilmiş və müqavilənin bitmə müddəti xx.xx.2020-ci il olaraq müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı və Cavabdeh-in direktoru X4 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı və Cavabdeh-in direktoru X4 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitir. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli Cavabdeh-nin direktoru, mühasibi və sex rəisinin imzaladığı üzləşmə aktına əsasən Cavabdeh-də işləmiş İddiaçı 2020 və 2021-ci il tarixlərində gün ərzində 5 iş saatı işləmiş, Cavabdeh-nin 1225 manat əmək haqqı borcu olmuşdur. Həmin borc müəyyən tarixlərdə (200 manat, 300 manat, 100 manat, 100 manat və 120 manat kart vasitəsilə) ümumilikdə 840 manat ödənilmişdir. Cavabdeh-nin İddiaçı cəmi 385 manat borcu qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh tərəfindən iş vaxtından artıq vaxtda görülən işlərə cəlb edilməsini təsdiq edən hər hansı sənəd təqdim edilmədiyindən belə hallar araşdırma zamanı öz əksini tapmamışdır. Təqdim edilmiş Paşa Bankın əmək haqqı hesabından çıxarış cədvəlinə əsasən məlum olmuşdur ki, İddiaçı işlədiyi dövrdə əmək haqqı Cavabdeh tərəfindən hissə-hissə ödənilməsinə baxmayaraq 2020-ci ilin noyabr ayından hal-hazıradək olan dövr üçün qalıq əmək haqqı tam ödənilməmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və 173-cü maddəsinin tələbləri pozulduğundan Cavabdeh-nin direktoru X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021 -ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Eyni zamanda İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış xxxxxxx000606 nömrəli müddətli əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin əmək müqaviləsi bildirişlərinin alt sistemindən etibarsız hesab edilməsi və qalıq əmək haqlarının ödənilməsi məqsədi ilə Cavabdeh-yə göstəriş xarakterli məktub göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 04.2019-cu il tarixli əmək müqaviləsi T A.Məmmədovanın razılığı olmadan birtərəfli qaydada 11,05.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin əmək müqaviləsi bildirişlərinin alt sistemində dəyişdirilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsinin (Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz) və 46-cı maddəsinin 6-cı hissəsinin (Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir) tələblərini pozmuşdur. Eyni zamanda Cavabdeh-nın işçisi İddiaçı 2020-ci ilin noyabr ayından hal-hazıradək olan dövr üçün qalıq əmək haqları ona ödənilmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və 173-cü maddəsinin tələblərinə əsasən İddiaçı çatacaq qeyd olunan dövr üçün qalıq əmək haqlarının ödənilməsinin təmin edilməsi tapşırılmışdır. İş materiallarında olan MN ******* saylı, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh-nın işçisi İddiaçı 2020-ci ilin noyabr ayından qeyd edilən dövrədək olan dövr üçün qalıq əmək haqları ödənilməmiş və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və 173-cü maddəsinin tələbləri pozulduğundan X4 barəsində 700 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək məzuniyyətinə buraxılması üçün Qubaekoaqrar” MMC-nin direktoru X1 müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ bəndinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bənidnə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin d) və e) bəndlərinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək işçinin əsas hüquqlarındandır. Həmin Məcəllənin 12-ci maddəsinin x) bəndinə əsasən bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 102-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 144-ü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş - qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. -İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 154-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə araşdırması zamanı sübut edilmişdir ki, İddiaçı və Cavabdeh-in direktoru X4 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 01 aprel 2019-cu il tarixdən müddətsiz Cavabdeh-də laborant vəzifəsinə təyin edilmişdir. Sonradan onun əmək müqavilsəi birtərəfli şəkildə müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir. İddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba regional ərazi şöbəsinə müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının Cavabdeh tərəfindən iş vaxtından artıq vaxtda görülən işlərə cəlb edilməyi təsdiq edən hər hansı sənəd İddiaçı və ya müəssisə tərəfindən təqdim edilmədiyindən qeyd edilən fakt öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması araşdırması zamanı sübuta yetirilmişdir ki, 2020-ci ilin noyabr ayından 2021-ci ilin sentyabr ayına qədər olan dövr üçün qalıq əmək haqları iddiaçıya tam ödənilməmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və 173-cü maddəsinin tələbləri pozulduğundan Cavabdeh-nin direktoru X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021 -ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Eyni zamanda İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış xxxxxxx000606 nömrəli müddətli əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin əmək müqaviləsi bildirişlərinin alt sistemindən etibarsız hesab edilməsi və qalıq əmək haqlarının ödənilməsi məqsədi ilə Cavabdeh-yə göstəriş xarakterli məktub göndərilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi İddiaçı razılığı olmadan birtərəfli qaydada xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin əmək müqaviləsi bildirişlərinin alt sistemində dəyişdirilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsinin (Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz) və 46-cı maddəsinin 6-cı hissəsinin (Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir) tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin olunmalı, onun işlədiyi müddətdə Cavabdeh-dən əmək müqaviləsi üzrə 2020-ci ilin noyabr ayından 30 sentyabr 2021-ci ilə kimi ödənilməmiş qalan əmək haqqı, 01 aprel 2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək istifadə edilməmiş məzuniyyət günlərinə görə haqqı və son haqq-hesabı hesablanaraq iddiaçıya ödənilməlidir. İddiaçının iddia tələbi 2021-ci ilin iyun ayından 05 sentyabr 2021-ci il tarixədək iş vaxtından artıq işlərə cəlb olunmağına görə ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində məhkəməyə heç bir sübut təqdim etmədiyindən təmin edilməməlidir. Bununla yanaşı, iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli ) manat pulun yarısı, yəni 25 manat məbləğində pul Cavabdeh-dən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.1.1ci maddəsinə əsasən 50 manat məbləğində pul Cavabdeh-dən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı işlədiyi müddətdə Cavabdeh-dən əmək müqaviləsi üzrə 2020-ci ilin noyabr ayından 30 sentyabr 2021-ci ilə kimi ödənilməmiş qalan əmək haqqı, 01 aprel 2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək istifadə edilməmiş məzuniyyət günlərinə görə haqqı və son haqq-hesabı hesablanaraq iddiaçıya ödənilsin. Cavabdeh-dən 25 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh-dən 50 manat məbləğində dövlət rüsumu alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar