Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1581/2025 24.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla “vərəsəlik hüququnun tanınması və miras əmlakdan tam vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, miras qoyan 11 sentyabr 1964cü ildə vəfat etmiş X5 qalmış miras əmlak olan xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56-1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 137,50 kv.m olan fərdi yaşayış evinə onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınanaraq həmin miras əmlak üzərində tam payımın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxx 1959-cu il tarixdə anadan olmuşdur. X2, anası X19r. X3 10 fevral 1927-ci il anadan olmuşdur. Onun atası - yəni X1 anası- yəni nənəsi X14r. X1 ilə nənəsi X9 nikahından bir uşaq- X3 doğulmuşdur. X1 ilə nənəsi X23 vəfat etmişlər. X2 anası X26 ilə 24 iyun 1954-cü ildə ailə qurmuşlar. Onların nikahlarından bacısı Səmədova (Hüseynova) Bibixanım Ramiz qızı xx.xx.1956-ci ildə, X11 xx.xx.1958-ci ildə, o, - İddiaçı xx.xx.1959-ci ildə, bacısı Səmədova (Paşayeva) Rəfiqə Ramiz qızı xx.xx.1960-ci ildə doğulmuşlar. Vərəsələrdən yəni bacılarından Bibixanım, Rəfiqə və Yaşar ailə quraraq çıxıb getmişlər. Bacıları Səmədova (Hüseynova) Bibixanım Ramiz qızı və Səmədova (Paşayeva) Rəfiqə Ramiz qızı nənəsidən qalmış miras əmlakdan imtina barədə notarial qaydada ərizə vermişlər. X11 04 may 2017-ci ildə vəfat etmişdir. X4 arvadı və uşaqları miras əmlakdan imtina barədə notarial qaydada ərizə vermişlər. Miras əmlak ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evidir. Həmin evdə babası və nənəsi atası ilə birlikdə yaşamış, onun bacı və qardaşı həmin evdə doğulmuş sonradan ailə quraraq hərəsi bir yerə köçmüşdür. O, doğulandan hal-hazıra kimi həmin evdə yaşayır. Həmin evdə qeydiyyatdadır. Ailə quraraq ailəsi ilə birlikdə həmin evdə yaşayır. Miras əmlaka və vərəsələrə dair sənədləri Quba regional Asan Xidmət mərkəzində notariat ofisinə təqdim etmişdir. Bundan sonra ona X10 vərəsəsi olmağına dair vərəsəlik məktubu verilmiş və o, həmin məktubla miras qoyan nənəsi X6 qalmış miras əmlaka dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli çıxarış almışdır. Bundan sonra həmin mülkiyyət hüququnu təsdiq edən sənədlə notariat ofisinə yaxınlaşıb miras qoyanın vərəsəsi kimi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat ofisi tərəfindən mirasın qəbul müddətini ötürməyi və mirasın qəbuluna dair sübutları məhkəməyə təqdim etmədiyi üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişlər. Valideynlərinə o, baxmışdır. Valideynlərinin vəfatından sonra da dəfn və yas mərasimlərini təşkil etmişdir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Mirasdan imtina ilə bağlı da hər hansı ərizə yazmamışdır. Göründüyü kimi notariat orqanı tərəfindən ona verilmiş imtina məktubu qanunsuz və əsassızdır. O, nənəsindən qalmış miras əmlakı faktiki idarə etməklə qəbul etmişdir. Daha sonra məhkəməyə ərizə təqdim edərək X10 ölüm tarixinin yanlış qeyd edilməsini bildirməklə, həmin tarixin xx.xx.1970-cı il olmaqla nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli çıxarışa əsasən, Quba şəhəri, Sabir küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 137.50 kv.m fərdi yaşayış evi tam pay hüququ ilə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. V-ЖГ 263677 saylı “ölüm haqqında şəhadətnamə”yə əsasən X13 xx.xx.1997-ci ildə vəfat etmişdir. İİ-ЖГ 354771 saylı “ölüm haqqında şəhadətnamə”yə əsasən X23 xx.xx.1970-ci ildə vəfat etmişdir. İ-ИE 000846 saylı “evlənmək haqqında şəhadətnaməyə əsasən X38 ilə X24 arasında xx.xx.1954-cü ildə nikah bağlanmış, nikahdan sonra qadın “Səmədova” soyadını qəbul etmişdir. İ-ИE 799235 saylı “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.1927-ci il tarixdə anadan olmuşdur. Onun atası- X15, anası isə -X16r. Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Onun anası – X13, anası isə X17r. Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, miras qəbulu ilə bağlı müddət ötürüldüyündən və mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş reyestrdə 8i-4845 nömrə ilə qeydə edilmiş ərizədən göründüyü kimi, ünvan 3 ünvanında qeydiyyatda olan X45 mərhum X5 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən irsi transmissiya yolu ilə xx.xx.2017-ci ildə vəfat etmiş atası X32 miras qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq istənilən əmlakdan ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) notariat ofisinə müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur və razıdır. Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş reyestrdə 8i-5244 nömrə ilə qeydə edilmiş ərizədən göründüyü kimi, ünvan 3 ünvanında qeydiyyatda olan X20, X21 və X33 mərhum X5 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən irsi transmissiya yolu ilə xx.xx.2017-ci ildə vəfat etmiş atası X32 miras qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq istənilən əmlakdan ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) notariat ofisinə müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazları yoxdur və razıdırlar. Abşeron rayon 2 saylı Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş reyestrdə 8i-1924 nömrə ilə qeyd edilmiş ərizədən göründüyü kimi, X34 mərhum nənəsi X10 ölümündən sonra miras qalmış bütün əmlakından X3na düşən bütün mirasın ona çatası hissəsindən imtina edir. Bakı şəhəri 6 saylı Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş reyestrdə 8i-442 nömrə ilə qeyd edilmiş ərizədən göründüyü kimi, X22 mərhum nənəsi X10 ölümündən sonra miras qalmış bütün əmlakından X3na düşən bütün mirasın ona şatası hissəsindən imtina edir. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
27. Azərbaycan SSR Mülki Məcəlləsi (1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş:
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin.
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. İşin faktiki hallarından görünür ki, X25 xx.xx.1970-ci il tarixdə vəfat etmişdir. Mülki qanunvericiliyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi ilə açılır. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti 1970-ci ildə X10 ölümü ilə yarandığından, hazırkı iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il tarixində qəbul edilmiş, 1965-ci ildə qüvvəyə minmiş, xx.xx.2000ci il tarixədək qüvvədə olmuş) normaları tətbiq edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada - 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Məhkəmə ilk növbdə qeyd edir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Yuxarıda qeyd edilən normanın tələbinə əsasən mirasın qəbulu ilə bağlı hərəkətlər vərəsəlik açılan gündən 6 ay ərzində edilməlidr. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin mirasın qəbulu müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunu qərarlarında qeyd etmişdir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur (SSR Mülki Məcəlləsi 552m). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan mərhum X18 məxsus ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 137.50 kvş m təşkil edən fərdi yaşayış evi- miras əmlakı vəfatından sonra nəvəsi İddiaçı tərəfindən faktiki qəbul edilmişdir. Digər vərəsələr (X45, X20, X21, X33, X34 və X22) mirasdan imtina etmiş, X10 miras əmlakından imtina etdiklərini notarial qaydada təsdiq olunmuş ərizələrlə ifadə etmişlər. Miras əmlak hazırda yalnız vərəsə İddiaçı tərəfindən qəbul edilməklə idarə olunur. Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, mərhum X5 miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56-1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 137,50 kv.m olan fərdi yaşayış evinə nəvəsi- İddiaçı tam pay hüququ müəyyən edilməklə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56-1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 137,50 kv.m olan fərdi yaşayış evinə İddiaçı tam pay hüququ müəyyən edilməklə vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli