Məhkəmə qərarları › İş №2(027)-1582/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1582/2022

06.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1582/2022 06.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonunun Xınalıq kəndində doğulmuş, hazırda İqrıq kəndində yaşayan 1947-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, qardaşı 1947-ci il təvəllüdlü X3 uşaqlıqdan müxtəlif xəstəliklərdən əziyyət çəkir, xüsusən anadangəlmə lalkar olduğu və indiyədək fiziki qüsurlu şəxs kimi özünü sərbəst idarə edə bilməməsi, iradəsinin zəif olması, sərbəst öz mənafeyini qoruya bilməməsi səbəbindən mərhum valideynlərinin himayəsində olmuş, yetkinlik yaşına çatdığından sonra isə onun himayəsində olmuşdur. O, hazırda onun ailəsi ilə birlikdə Quba rayonunun İqrıq kəndində yaşayır və daimi olaraq faktiki himayəsindədir. Qardaşı 1979-cu ildən Quba RMX-da anadangəlmə xəstə olaraq müvafiq qeydiyyatdadır, 3-cü dərəcəli ömürlük əlildir. Öz hərəkətlərini tənzimləyə bilmədiyindən, o, başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından ailəsi bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməməsi, öz mənafeyini qoruya bilməməsi səbəbindən qardaşı X1 fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 ərizəni qəbul edərək göstərmişdir ki, ərizəçinin qardaşı X3 anadangəlmə lal kar olmuş, tam olaraq fəaliyyət qabiliyyətini itirmişdir. Bu hal iş matrerialları və ekspert rəyi ilə tam təsdiq olunur. Onun daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı olduğundan üzərində qəyyum təyin olunması zəruridir. Ona görə də ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 13682559 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X3 1947-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Quba rayon Alekseyevka Bələdiyyəsinin 16 may 2022-ci il tarixli, 87 №li Arayışdan görünür ki, Ərizəçi Quba rayonun Alekseyevka bələdiyyəsinuin İqrıq kəndində özünə məxsus 0,10 ha həyətyanı torpaq sahəsində tikilmiş bir mərtəbəli iki otaqlı yaşayış evində qardaşı X3 qardaşının ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 408 saylı arayışdan görünür ki, X3 hazırda İqrıq kəndində yaşayır. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 767 saylı arayışdan görünür ki, X3 hazırda İqrıq kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalisnin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzlşdirilmiş Elektron X6 Haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 yaşa görə 268,62 manat pensiya alır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 Quba Rayon Mərkəzi Xəstəxanasının 19 may 2022ci il tarixli, 200 №li arayışından görünür ki, Quba rayonu İqriq kənd sakini 1947-ci il təvəllüdlü X3 1979-cu ildən Quba RMX PHŞ-nin Poliklinika Şöbəsində qeydiyyatdadır. Anadangəlmə lal kar, İİİ cü qurup əlil diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Espertiza Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli, 1945 saylı rəyindən görünür ki, X2 Lal-kar şəxsdə əqli gerilik, davranış pozuntusu ilə müəyyən edilir. X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla X1 Ərizəçi qardaşı olması, X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması və bu halın onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas verməsi müəyyən edilir. Ona görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsnə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda, onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Beləliklə, məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdəki sübutları araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1947-ci ildə Quba rayonu Xınalıq kəndində doğulmuş, hazırda İqrıq kəndində yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 1947-ci ildə Quba rayonu Xınalıq kəndində doğulmuş, hazırda İqrıq kəndində yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar