Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1587/2021 23.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxs göstərilməklə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN 339, KOD 30304058 nömrəli Dövlət Aktının ona aid hissədə ona məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə Quba rayon Qəcərzeyid kəndi ərazisində 1,29 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,29 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən sənəddə onun soyadı yaxın qohumları ilə eyni olan Cənnətova kimi qeyd edilmişdir. O və digər qohumları öz paylarını ayırmaq istəyirlər. Onun soyadında problem olduğu üçün paylarını ayıra bilmirlər. Qeyd edilən uyğunsuzluğu aradan qaldırmaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, ona bildirmişlər ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması onların səlahiyyətinə aid deyil, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəsinə əlavə etdiyi JN 339 kod 30304058 saylı Torpağa Mülkiyyət Hüququna X18 aşkar olur ki, ona və ailə üzvlərinə 1,29 ha torpaq ayrılmışdır və o həmin torpağın mülkiyyətçilərindən biridir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X5 ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-339 seriyalı, KOD 30304058 saylı Torpağa Mülkiyyət hüququna X18 görünür ki, X4, X8, X7, X9, X6 və X3 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə 1.29 hektar torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi soyadı “Cənnətova” kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs 03.05.2021-ci il tarixli, **********61 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-339 KOD 30304058 saylı Torpağa Mülkiyyət Hüququna X22 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan 15 mart 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 447750 №li, doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.1997-ci il tarixdə anadan olmuş, şəhadətnaməndə ərizəçinin soyadı, adı və atasının adı X2 göstərilmişdir. İş materiallarında olan 12.06.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 396435 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X10 arasında nikah 12.06.2020-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada Davudova soyadı verilmişdir. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Ərizəçi Quba rayonu, Alekseyevka Ərazi Dairəsi, Qacar Zeyid kəndində yaşayır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının JN-339 seriyalı, KOD 30304058 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında X4, X8, X7, X9, X6 və Ərizəçi mülkiyyətinə 1,29 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında Ərizəçin soyadının səhvən «Cənnətova» kimi qeyd olunması, hüquqmüəyyənedici sənəd olan JN-339 seriyalı, KOD 30304058 saylı Torpağa Mülkiyyət hüququna X22 ərizəçinin adının (soyadının, adının və atasının adının) onun şəxsiyyət vəsiqəsində göstərilən adı (soyadı, adı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxsnə müraciət etməsi, ad və soyadlarda yaranmış uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması və bununla bağlı məhkəməyə müraciət olunmasının tövsiyə edilməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN-339 seriyalı, KOD 30304058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının digər ailə üzvləri ilə birgə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN-339 seriyalı, KOD 30304058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının digər ailə üzvləri ilə birgə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1587/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1587/2021
23.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver