Məhkəmə qərarları › İş №2(027)-1591/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1591/2020

10.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1591/2020 10.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 115 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-824 saylı, Kod 30316018 saylı Dövlət Aktının onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayonu, Zərdabi qəsəbəsində yaşayırlar. Quba rayon AİK-nin xx.xx.1999-cu il tarixli, 115 nömrəli qərarı ilə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-824 saylı, Kod 30316018 saylı Dövlət Aktı əsasında onlara 1.56 ha əmlak payı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi verilən vaxtdan hal-hazıra kimi istifadələrindədir. Şəxsiyyətlərini təsdiq edən sənədlərdə adları, atalarının adları düzgün qeyd olunsada Torpağa Mülkiyyət Hüququna Dair JN-824 saylı, Kod 30316018 saylı Dövlət Aktında adları “Ərizəçi1” əvəzinə səhvən “X7” kimi, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Malik qızı” kimi qeyd edilmişdir. Torpağa Mülkiyyət Hüququna Dair JN-824 saylı, Kod 30316018 saylı Dövlət Aktında uyğunsuzluq olduğundan onlara məxsus həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. DƏDRX-nın 5 saylı Ərazi idarəsinə yanlışlığın aradan qaldırılması üçün müraciət etsələr də, həmin uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Məhkəmədə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçi və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun adı “Elvin” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki Ərizəçi2 xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun atasının adı “Məlik” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli 115 saylı qərarına əsasən Torpağa Mülkiyyət Hüququna Dair JN-824 saylı, Kod 30316018 saylı Dövlət Aktı tərtib edilərək, 1.56 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli 115 saylı qərarına əsasən 1.56 torpaq sahəsi verilmiş və bununla əlaqədar Torpağa Mülkiyyət Hüququna Dair JN-824 saylı, Kod 30316018 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmin Dövlət Aktında “Ərizəçi1” əvəzinə səhvən “X7” kimi, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Malik qızı” kimi qeyd olunmuşdur. Ərizəçi1 və Ərizəçi2 məhkəmədən Torpağa Mülkiyyət Hüququna Dair JN-824 saylı, Kod 30316018 saylı Dövlət Aktının onlara məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna Dair JN-824 saylı, Kod 30316018 saylı Dövlət Aktının X2, X1, X3 və X4 ilə yanaşı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN-824 saylı, Kod 30316018 saylı Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar