Məhkəmə qərarları › İş №2(027)-1596/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1596/2020

22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1596/2020 22.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi1 nümayəndəsi X11 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonu, Digah kəndi ərazisində yerləşən 1,96 ha kənd məhsullarının istehsalı məqsədilə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş JN:4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının X5 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 və digər mülkiyyətçi ailə üzləri X5 Quba rayonu, Digah kəndi ərazisindən 1,96 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi verilmiş və adlarına JN:4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Həmin Dövlət X7 soyadı səhvən Əsədova, adı isə Minabacı əvəzinə Minəbacı kimi qeyd olunmuşdur. X8 atasının ögey anası olmuş və sonuncu xx.xx.1998-ci il tarixdə ölmüşdür. Hazırda həmin həyətyanı torpaq sahəsinə dair adlarına çıxarış almaq istəyirlər. Lakin Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında olan yalnışlığa görə, yəni X8 əvəzinə səhvən X3 göstərildiyindən qeyd olunan 1,96 ha həyətyanı torpaq sahəsinə dair adlarına Çıxarış almaq mümkün deyildir. Onlar həmin torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nm saylı Ərazi İdarəsinə müraciət etmişlər. DƏDRX-nın 5 saylı X18 xx.xx.2019-cu il tarixli məktubu ilə onlara JN: 4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ad və soyadında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktını verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə JN:4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının digər mülkiyyətçilər kimi X5 məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi1 nümayəndəsi X17 ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi1 nümayəndəsi X12 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN: 4xx xxx 30307038 saylı Dövlət Aktından görünür ki, X9, Ərizəçi2, Ərizəçi1, və Ərizəçi3 Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Quba rayonu, Digah kəndi ərazisindən 1,96 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə ölən X6r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X15 xx.xx.2019-cu il tarixli **********94 nömrəli məktubundan görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN: 4xx xxx 30307038 saylı Dövlət Aktında mülkiyyət sahibinin soyadı və adı səhv qeyd olunduğundan həmin səhvləri aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə ərizəçilərə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN: 4xx xxx 30307038 saylı Dövlət Aktında səhvlərə yol verilərək, X1 və adı səhvən X3 yazılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. İş materiallarından göründüyü kimi, ölüm haqqında şəhadətnamədə soyadı və adı düzgün olaraq X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Quba rayonu, Digah kəndi ərazisində yerləşən 1,96 ha kənd məhsullarının istehsalı məqsədilə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN:4xx xxx 30307038 saylı Dövlət Aktının X5 məxsus olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Quba rayonu, Digah kəndi ərazisində yerləşən 1,96 ha kənd məhsullarının istehsalı məqsədilə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN:4xx xxx 30307038 saylı Dövlət Aktının X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar