Məhkəmə qərarları › İş №2(027)-1607/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1607/2022

14.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1607/2022 14.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba RİH Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı tərəf Quba rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı 08 fevral 1999-cu ildə Quba rayonu, Qımılqışlaq kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə ərizə ilə məhkəməyə müəraciət etmişdir. Məhkəmədə Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla X2 birgə nikahından xx.xx.1999-cu ildə X11 və X9 doğulmuşdur. X12 müayinə sənədinə görə, Daun sindromu, davranış və emosiyaların qarışıq pozğunluqları, psixi davranış pozğunluqları ilə nitq qüsurlu, orta dərəcəli əqli geriliyi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu və kənar şəxslərin köməyinə ehtiyacı olmaqla 2-ci qrup müddətsiz əlil hesab olunur. Həyat yoldaşı 11 fevral 2022-ci il tarixdə dünyasını dəyişmişdir. Həyat yoldaşı dünyasını dəyişəndən və hazırda ona özü baxır və qulluq edirə. Qızı xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Bəzi hallarda onun tərfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Odur ki, X5 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun tam fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gələrək, xx.xx.1999-cu ildə Quba rayonu, Qımılqışlaq kəndində doğulmuş, Qımılqışlaq kəndində yaşayan X5 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə olarıniştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 17956636 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1999-cu ildə Quba rayonu, Qımılqışlaq kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan Quba RİHB-nin Hacıhüseynli İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 293 nömrəli arayışından görünür ki, X1 rayonu, Qımılqışlaq kəndində yaşayır. Vİİ-ЖГ 332283 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X7 arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmış və 32 nömrə ilə qeyd edilmişdir. AZ-İİ259314 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 arasında xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında 0276 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba RMX-nın xx.xx.2022-ci il tarixli, 201 saylı arayışından görünür ki, xx.xx.1999-cu ildə Quba rayonu, Qımılqışlaq kəndində anadan olmuş X6 daun sindromu, orta dərəcəli əqli gerilik, psixi-davranış pozqunluqları ilə qüsurlu nitq diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2755 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X4 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar orta təhsil ala bilməməsi, X13 müalicədə olması, Quba Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində “Daun sindromu, orta dərəcəli əqli gerilik. Psixi-davranış pozğunluqları ilə. Qüsurlu nitq” diaqnozu ilə qeydiyyatda olması qeydiyyada olması, İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - söz ehtiyatının kasadlığı, ünsiyyətə çətin daxiil olması, yaddaş və intellektinin aşağı olması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlib ki, X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.Buna görə də X16 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Buna görə də X16 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2755 saylı rəyini nəzərə alaraq, məhkəmə 08 fevral 1999-cu ildə Quba rayonu, Qımılqışlaq kəndində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 fevral 1999-cu ildə Quba rayonu, Qımılqışlaq kəndində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar