Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-161/2022 16.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Cavabdeh3nə qarşı “Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 062F Kod 30311018 saylı Şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş RX seriyalı, ******* Çıxarışın, AN-İ ******* saylı, 11 mart 2017-ci il tarixli alğı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən 06.04.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* və ******* saylı Çıxarışların ləğv edilməsi” tələbinə dair ərizəsinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Cavabdeh3nə qarşı “Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 062F Kod 30311018 saylı Şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş RX seriyalı, ******* Çıxarışın, AN-İ ******* saylı, 11 mart 2017-ci il tarixli alğı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən 06.04.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* və ******* saylı Çıxarışların ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən Viadimirovka kəndində 0,20 ha torpaq sahəsinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş «Torpağm Mülkiyyətə Verilməsinə dair» JN-062F Kod 30311018 saylı Şəhadətnamənin etibarsız sayılması və onun (hüquqi nəticələri kimi) əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı, 23.09.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın, Cavabdeh1 ilə Cavabdeh5 və X3 arasında Quba rayon notariat kontorunda 11 mart 2017-ci il tarixdə 4Ə-601 reyestrlə qeydə alınmış AN-İ ******* saylı alğı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən 06.04.2017-ci il tarixli Cavabdeh5 adına verilmiş RX seriyalı, ******* və X1 adına verilmiş RX seriyalı, ******* saylı Çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianın müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçının iddia ərizəsində tələb kimi qoyulmuş “şəhadətnamənin etibarsız və çıxarışların ləğv edilməsi” məsələsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətinə aiddir və o, əslində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ bölməsinin 42.1-ci sırasında inzibati orqan kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şəhər (rayon) şöbələri (idarələri) göstərilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, bu Qərarın 17-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qanunvericiliyin qeyd edilən normasını əsas tutaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Cavabdeh3nə qarşı “Torpağın Mülkiyyətə Verilməsinə dair JN-062F Kod 30311018 saylı Şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş RX seriyalı, ******* Çıxarışın, AN-İ ******* saylı, 11 mart 2017-ci il tarixli alğı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən 06.04.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* və ******* saylı Çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Cavabdeh3nə qarşı “Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 062F Kod 30311018 saylı Şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş RX seriyalı, ******* Çıxarışın, AN-İ ******* saylı, 11 mart 2017-ci il tarixli alğı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən 06.04.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* və ******* saylı Çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmədə baxılmalı olmadığından icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçıya izah olunsun ki, o, ilk öncə mübahisə etdiyi mülkiyyət hüququ ilə bağlı şəhadətnamə və çıxarışların ləğvi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə müraciət etməlidir. Qeyd edilən orqanın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldğı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-161/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-161/2022
16.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver