Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1611/2021 20.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına» dair ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi rəsmi qeydiyyatda olduğ yer ünvan 1 ünvanıdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Ərizəçi rəsmi qeydiyyatda olduğ yer ünvan 1 olması səbəbindən, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi aidiyyatı üzrə məhkəməyə göndərməlidir. Azərbaycan Respublikası MPM-nin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdlqdan sonra icra edilir. Göründüyü kimi hazırki iş üzrə iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla icraata qəbul edildiyindən, 2(027)-1611/2021 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına» dair 2(027)-1611/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1611/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1611/2021
20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver