Məhkəmə qərarları › İş №2(027)-1616/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1616/2023

13.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1616/2023 13.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı maraqlı şəxs Quba rayon dövlət notariat kontoru cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vəsiyyətnamənin etibarlılığının təsdiq edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı maraqlı şəxs Quba rayon dövlət notariat kontoru cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vəsiyyətnamənin etibarlılığının təsdiq edilməsi tələbinə dair dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Quba rayon Məhkəməsinin Məhkəməsinin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və maraqlı şəxs Quba rayon dövlət notariat kontoruna qarşı vəsiyyətnamənin etibarlılığının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə 26 iyul 2022-ci il tarixli 2(027)-1706/2022 saylı qərardadı mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd edilən Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı maraqlı şəxs Quba rayon dövlət notariat kontoru cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vəsiyyətnamənin etibarlılığının təsdiq edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul etməkdən imtina edilsi Qərardad iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun(əməliyyat İD:235464784 ,qəbz:18813, ödənişin təyinatı: Quba Rayon Məhkəməsi, Büdcə səviyyə kodu:142213, ödəyicinin adı: İddiaçı”, GPP qəbz nömrəsi **********) geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar