Məhkəmə qərarları › İş №2(027)-1628/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1628/2022

15.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1628/2022 15.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə Quba rayonu. Mirzəməmməd kəndi ərazisindən ayrılmış 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adımıza tərtib olunmuş mülkiyyətimizi təsdiq edən JN- 0178 Kod 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X12 Ərizəçi qızma məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə Quba rayonu, Mirzəməmməd kəndi ərazisindən 1.60 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətlərini təsdiq edən JN- 0178 Kod 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X15 verilmişdir. X1 şəxsiyyətini müəyyən edən qrafada atasının adı səhvən “Aydabala” əvəzinə “Arif” qızı kimi qeyd edilmişdir. Onlar hal-hazırda qeyd olunan torpaq sahəsini özgəninkiləşdirmək istəyirlər. X9 yuxarıda qeyd etdiyi səhv olduğu üçün öz mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. O, Dövlət Aktında olan uyğunsuzluğun aradan qaldırılması üçün hüquq müəyyənedici sənədlərlə DƏDRXnm 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qeyd olunan təşkilat özünün 23 aprel 2022-ci il tarixli məktubu ilə JN- 0178 Kod 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X13 qeyd olunmuş hüquq sahibinin ata adının yazılışında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsinin onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də. hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun atasının adı “Aydabala” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X12 surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarına əsasən JN-0178 KOD 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X15 tərtib edilərək 1.60 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarına əsasən 1.60 ha torpaq sahəsi verilərək JN-0178 KOD 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X15 tərtib edilmişdir.JN-0178 KOD 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X13 “Ərizəçi” əvəzinə səhvən “Ərizəçi Arifqızı” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-178 KOD 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X12 ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-0178 KOD 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X12 Nümayəndə, X5, X2, X3 ilə yanaşı, Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-0178 KOD 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X12 Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar