Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-164/2022 18.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcunun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib edilmiş aktın ləğv edilməsi və hesablanmış 695 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, onun Quba şəhəri H.Əliyev prospektində qapı pəncərə sexi vardır. Cavabdeh ilə bağlanmış 30.11.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək hər ay istifadə istifadə etdiyi qazın pulunu ödəyir. Onun istifadə etdiyi qaza görə borcu yoxdur. Onun mülkiyyətində olan qaz sayğacı mülkiyyətində olan obyektdən kənarda quraşdırılıb. o sayğaca müdaxilə etməyib. Belə ki, 2020-ci ilin may ayında sayğacda qaz sızması olduğu üçün Cavabdeh Xaçmaz RQİİ-nin Quba rayon Şöbəsinə ərizə ilə müraciət edib. Bildirib ki, sayğacda problemlər var. Qaz sızır, qaz israf olunaraq əlavə borc yaranıb, tədbir görməklərini xahiş edib. Əvəzinə ona 12.06.2020-ci il tarixli hesab faktura göndərərək 31.05.2020ci il tarixə 695 manat borcu olduğu bildirilib. Qeyd etmək istəyir ki, 695 manat borcun yaranmasında onun təqsiri yoxdur. Həmin borc əsassız hesablandığı üçün onun hesabından silinməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib edilmiş aktın ləğv edilməsi və hesablanmış 695 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 30.11.2018-ci il tarixdə Q-AK-366 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan Quba şəhər İƏD-si üzrə nümayəndəliyinin 05.10.2021-ci il tarixli, 2868 saylı arayışından məlum olur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR ƏM DK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrndən qeydiyyat nömrəsi **********, 02.07.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı işlətdiyi Quba şəhəri H.Əliyev prospektində qapı pəncərə sexində müəyyən olunmuş qaydada təbii qazdan istifadə etmişdir və debitor borcu yaranmışdır. İddiaçı təbii qazdan istifadəyə görə qeydə alınmış həmin borcun əsassız olduğunu, yəni qaz sızma nəticəsində yarandığını hesab edir. Borcun az olması və yaxud ümumiyyətlə borcun olmaması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla da iddiaçının göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Şərh edilənləri əsas tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı verdiyi Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib edilmiş aktın ləğv edilməsi və hesablanmış 695 manat məbləğində borcun onun hesabından silinməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh əməkdaşları tərəfindəntərtib olunmuş aktın ləğv edilməsi və hesablanmış 695 manat məbləğində borcun onun hesabından silinməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-164/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-164/2022
18.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver