Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1646/2020 03.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X25 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Nümayəndə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, “Ərizəçi1” ilə “X5”, “Ərizəçi2” ilə “X6”, “Ərizəçi3” ilə “X4”, “Nümayəndə” ilə “X15”, “X16” ilə “X11” və “Buzurki Möhbulla Yədulla oğlu” ilə “Bozorgi Möhbulla Yədulla oğlu” və “X3” eyni şəxs olması, JN: 4423QA Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə X14 Raqib Möbulla oğlu, Ərizəçi2, Ərizəçi3, Nümayəndə, eləcə də ailə üzvləri Buruzki Möhbulla Yədulla oğlu və X8, eləcə də, ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair tərtib olumuş Texniki pasportun və həmin evə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun, həmçinin Bozorgi Möhbulla Yədulla oğlunun ölümü haqqında şəhadətnamənin Buzurki Möhbulla Yadulla oğluna məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon AİK-nın xx xxx 2000-ci il tarixli qərarı ilə onlara - Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Nümayəndə Həram qızına, eləcə də ailə üzvləri Buruzki Möhbulla Yədulla oğlu və X8 Quba şəhəri ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi verilmiş və adlarına JN-4423A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi1 adı düzgün yazılsa da, soyadını “Buzurki” əvəzinə “Buzurdi”, atasının adı “Möbulla” əvəzinə səhvən “Meybulla” kimi, Ərizəçi2 adı düzgün olaraq yazılsa da, soyadı “Buzurki” əvəzinə “Buzurdi”, atasının adı “Möhbulla” əvəzinə səhvən “Meybulla” kimi, Ərizəçi3 soyadı “Buzurgi” əvəzinə “Buzurdi”, adı “Fəridə” əvəzinə “Zərifə”, atasının adı ”Möhbulla” əvəzinə səhvən “Meybulla” kimi, Nümayəndə soyadı “Heşməti” əvəzinə “Buzurdi”, adı “Şadi” əvəzinə “Sadi”, atasının adı “Şəhram” əvəzinə “Səhram” kimi, digər mülkiyyətçilər Buzurki Möhbulla Yadulla oğlunun soyadı “Buzurki” əvəzinə “Buzurdi”, adı “Möhbulla” əvəzinə “Meybulla” kimi, X1 “Əhmədovaa” əvəzinə “Buzurdi” kimi səhvən qeyd edilmişdir. Mülkiyyətçilərdən X9 xx xxxx 2016-cı il tarixdə və X16 xx xxxxx 2019-cu il tarixdə ölmüşlər. Eləcə də, ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair tərtib olumuş Texniki pasportda ataları-evin mülkiyyətçisi Buzurki Möhbulla Yadulla oğlunun soyadı və atasının adı düzgün qeyd olunsa da, adı “Möhbulla” əvəzinə “Mehbolla” kimi, həmin evə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mülkiyətçi Buzurki Möhbulla Yadulla oğlunun atasının adı düzgün yazılsa da soyadı “Buzurqi” adı “Meybulla” kimi səhvən qeyd olunmuşdur. Eləcə də, xx xxxx 2016-cı il tarixdə 67 nömrə ilə Maraqlı şəxs2ndən verilmiş atasının ölümü haqqında şəhadətnaməsində onun adı və atasının adı düzgün qeyd edilməsinə baxmayaraq soyadı “Buzurki” əvəzinə “Bozorgi” kimi yazılmışdır. Soyad, ad və ata adlarının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Nümayəndə Həram qızı, eləcə də digər mülkiyyətçilər X9 və X2 düzgün olması ərizələrinə əlavə etdikləri şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələri, ölüm haqqında şəhadətnamələr və evlənmək haqqında şəhadətnamə ilə də öz təsdiqin tapır. Hazırda vərəsəlik məsələsini həll etdirmək istəyirlər. Lakin, ad və soyadlarda uyğunsuzluq yarandığından vərəsəliyi həll etdirə bilmirlər. Onlar, həmin torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nm saylı Ərazi İdarəsinə müraciət etmişlər. DƏDRX-nın 5 saylı X33 xx xxxx 2020-ci il tarixli məktubu ilə onlara JN: 4423A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə ad və soyadda yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyimiz tövsiyyə olunmuşdur. JN: 4423A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə naməlum şəraitdə itmişdir. Bu səbəbdən də əsli onlarda mövcud deyildir. Həmin Şəhadətnamənin tapılması üçün ərizə ilə Quba rayon Şöbəsinə müraciət etmişlər. Quba rayon Polis Şöbəsi xx xxxx 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, JN: 4423A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin itməsi ilə bağlı axtarış keçirilmiş və JN: 4423A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tapılmamışdır. Eləcə də, JN: 4423A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin itməsi barədə “Ədalət” qəzetinə elan vermişlər. Lakin JN: 4423A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tapılmamışdır. DƏDRX-nm 5 saylı X33 xx xxxx 2018-ci il tarixli məktubu ilə bildirmişdir ki, JN: 4423A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə məlumat bazasında öz əksini tapmışdır.JN: 4423A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməni verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də, JN: 4423A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə X14 Raqib Möbulla oğlu, Ərizəçi2, Ərizəçi3, Nümayəndə Həram qızına, eləcə də ailə üzvləri X9 və X8, eləcə də, ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair tərtib olumuş Texniki pasportun və həmin evə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun və ölüm haqqında şəhadətnamənin Buzurki Möhbulla Yadulla oğluna məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Nümayəndəsi Ərizəçi3 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçi və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun adı, soyadı və atasının adı “Ərizəçi2 ” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun adı, soyadı və atasının adı “Ərizəçi3” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Nümayəndə xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun adı, soyadı və atasının adı “Nümayəndə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun adı, soyadı və atasının adı “Ərizəçi1” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “evlənmə haqqında şəhadətnamə”nin surətindən görünür ki, Buzurki Möhbulla Yadulla oğlu ilə X19 arasında xx.xx.1955-ci il tarixdə nikah bağlanmışdır. Həmin şəhadətnamədə Möhbulla Buzurkinin adı, soyadı və atasının adı “Buzurki Möhbulla Yadulla oğlu” kimi, Nərgiz Əhmədovaanın adı, soyadı və atasının adı “X19” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Buzurki Möhbulla Yadulla oğlu xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir İş materiallarına əlavə edilmiş Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Buzurki Möhbulla Yadulla oğlunun adına olan Quba şəhəri ərazisindən yerləşən torpaq sahəsi üçün verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-4423A, KOD 30301004 nömrəli Şəhadətnamə nəmalum şəraitdə itmişdir. Qeyd olunan sənəd itmiş və ya tapılmış əşya kimi Quba RPŞ-nə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Buzurki Möhbulla Yadulla oğluna və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarına əsasən JN-4423A, KOD 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edilərək, 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş texniki qeydiyyat vərəqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Buzurki Möhbulla Yadulla oğlunun adına qeydiyyata alınmışdır. Həmin qeydiyyat vərəqəsində onun adı “Mehbolla” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, mülkiyətçi Buzurki Möhbulla Yadulla oğlunun atasının adı düzgün yazılsa da soyadı “Buzurqi” adı “Meybulla” kimi səhvən qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Buzurki Möhbulla Yadulla oğlu, X19, Ərizəçi1, Nümayəndə, Ərizəçi3 və Ərizəçi2 Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarına əsasən 0,06 ha torpaq sahəsi verilmiş və bununla əlaqədar Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-4423A, KOD 30301004 saylı Şəhadətnamə tərtib edilmişdir.Həmin Şəhadətnamədə “Buzurki Möhbulla Yadulla oğlu” əvəzinə səhvən “X21” kimi, “X19” əvəzinə səhvən “X20” kimi, “Ərizəçi1” əvəzinə səhvən “X17” kimi, “Ərizəçi2” əvəzinə səhvən “X18” kimi, “Ərizəçi3” əvəzinə səhvən “X12” kimi, “Nümayəndə” əvəzinə səhvən “X24” kimi qeyd olunmuşdur. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-4423A, KOD 30301004 saylı Şəhadətnamənin onlara, mərhum Buzurki Möhbulla Yadulla oğluna və mərhumə X19 məxusus olması faktının müəyyən edilməsini, ünvan 3 mənzil 3 ünvanında yerləşən evin texniki qeydiyyat vərəqəsində “Buzurki Möhbulla Yadulla oğlu” əvəzinə səhvən “X10” kimi, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda “Buzurki Möhbulla Yadulla oğlu” əvəzinə səhvən “BuzurqiMeybulla Yadulla oğlu” kimi, ölüm haqqında şəhadətnamədə “Buzurki Möhbulla Yadulla oğlu” əvəzinə səhvən “Bozorgi Möhbulla Yədulla oğlu” kimi qeyd edilmişdir. Ərizəçilər məhkəmədən ünvan 3 mənzil 3 ünvanında yerləşən evin texniki qeydiyyat vərəqəsinin, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun və AZ-İ 796494 saylı ölüm haqqında şəhadətnamənin məhrum ataları Buzurki Möhbulla Yadulla oğluna məxsus olmasə faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Nümayəndə hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri qismən təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-4423A, KOD 30301004 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Nümayəndə,Buzurki Möhbulla Yadulla oğluna, X13 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. ünvan 3 mənzil 3 ünvanında yerləşən evin texniki qeydiyyat vərəqəsinin, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun və xx.xx.2016-cı il tarixli, AZ-İ 796494 saylı ölüm haqqında şəhadətnamənin Buzurki Möhbulla Yadulla oğluna münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1646/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1646/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver