Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1653/2025 31.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X3, Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Quba SMSİİ tərəfindən ona hesablanmış 220 (iki yüz iyirmi) manat, 94 (doxsan dörd) qəpik məbləğində borcun abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı 2025-ci ilin aprel ayında mülkiyyətində olan Quba şəhər 32.33-cü kvartala gələrək onun su idarəsinə borcu olmasını və borcunu ödəməsə su xəttinn kəsiləcəyini bildirmişdi. İdarənin əməkdaşına nə qədər borcu olduğunu soruşub və bidiriş istəyib ki, həqiqətən borcu varsa ödəsin. Lakin su idarəsinin əməkdaşı ona heç bir bildiriş verməmişdi və idarəyə dəvət ediblər ki, idarədə aydınlıq gətirərik, O aprel ayının 8-də su idarəsinə yaxınlaşıb, ona su idarəsindən borcu olduğunu bildirsələr də, lakin bildiriş verməmişdilər. Sonra onlara bildirib ki, sayğacı quraşdırılan zaman üzərində borc olub və onun işlətdiyi sayğac işlənmiş olsa da smart kartdır. O su idarəsinin əməkdaşına bildirmişdir ki, sayğac onun evinə quraşdırılan zaman sayğacın üzərində göstərici ilə borc olub, bir sözlə su idarəsi özləri yaratdığı borcu onun üzərinə yazmaq istəyir. Hətta 12 aprel 2025-ci il tarixində xəbəri olmadan su idarəsinin əməkdaşları onun su xəttini kəsiblər. Bugünədək ona hec bir bildiriş verilməyib. ******* saylı aktla hesablanmış borc əsassızdır. Ona görə də qeyd edilən məbləğlə razılaşmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, sözü gedən evdə smart kartla işləyən sayğac quraşdırılmış, 2016-cı ildən müqavilə bağlanmışdır. Sayğac quraşdırılan zaman üzərində 340 m3 sərfiyyat göstəricisi olduğu qeyd olunmuş və bu aktda da öz əksini tapmışdır. Lakin 2016-cı ildən də həmin evdə yaşayış olmamışdır. 2024-cü ilin avqust ayından arada həmin evə gəlib ailə ilə birlikdə qalmış, lakin müntəzəm olaraq yaşamamışlar. Sayğacın smart kartla işləməsinə baxmayaraq və sayğaca müdaxilə olunmadığı halda, ona əsassız olaraq 220 (iki yüz iyirmi) manat 94 (doxsan dörd) qəpik məbləğində borc hesablanmışdır. Ancaq buna baxmayaraq ona bildiriş verilməmişdir. O, bu borcla razılaşmır və iddianın təmin olunmasını xahiş edir. Cavabdeh Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi, X5 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının ünvanında sayğac quraşdırılmış, İddiaçı əlində üzərində 340 m3 sərfiyyat göstəricisi olan akt olmasına baxmayaraq, sistemə yerıəşdirilən zaman sayğacın göstəricisi 0 kimi qeyd olmuşdur. İddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, evdə yaşayış olmadığı təqdirdə istehlakçı bu barədə Quba SMSİİ-nə məlumat verməli və həmin vaxtdan suyun verilməsi dayandırmalıdır. Lakin o, heç bir sənəd təqdim etməmiş və bu gün də bunu sübut edəcək əlində heç bir sənəd yoxdur. Sübutetmə yükü iddiaçıya aiddir. Buna baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il tarixli 262 saylı qərarına əsasən əgər istehlakçı həmin ünvanda yaşayış olmadığı barədə müvafiq orqana məlumat vermirsə, onda ona 240 m3 su sərfiyyatı yazılır və önu ödəməyə borcludur. İddiaçı isə səkkiz ildir heç bir ödəniş etməmişdir. Bu səbəbdən iddia əsassızdır və rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X7 Xidməti PHŞ-in Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hesab fakturasına əsasən ünvan 1 ünvanında yerəşən İddiaçı məxsus **********000 saylı abonent koduna 220 (iki yüz iyirmi) manat 94 (doxsan dörd) qəpik məbləğində borc hesablanmışdır. **********000 saylı abonent kartından görünür ki, 2016-cı il üzrə abonentin 0 manat 33 qəpik, 2025-ci il üzrə isə 221 manat 27 qəpik civarında su sərfiyyatı olmuş, yekun olaraq abonentə 220 (iki yüz iyirmi) manat 94 (doxsan dörd) qəpik məbləğində borc hesablanmışdır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilədən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2016-cı ildə müqavilə bağlanmış, bağlanmış müqavilə üzrə quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 124341 saylı akt tərtib edilmiş, həmin akta əsasən, yeni quraşdırılmış sayğacın texniki gösfəricilərə görə elektron səviyyə göstəricisi 340m3 göstərilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 2.1-ci maddəsinə əsasən, verilmiş bəndlər üzrə, 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələrinə aiddir. Həmçinin həmin qaydaların 2.1.9-cu bəndinə əsasən, qeyd edilən bəndlərdə 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; 2.1.9.3. STKM ilə müqavilə bağlanılmadıqda, suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM-in vəzifələrinə aiddir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər: 8.1.1. istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 8.1.2. tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda; 8.1.3. su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda; 8.1.4. istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 8.1.5. STKM ilə müvafiq müqavilə bağlanılmadıqda; 8.1.6. məişət (təsərrüfat)–içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda; 8.1.7. məhkəmənin müvafiq qərarı olduqda; 8.1.8. istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə, Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış suölçən cihaz cavabdeh tərəfindən laboratoriyada yoxlanılmadan, smart tipli suölçən cihazın istismara yararsız olmasının müəyyən edilməsi barədə müvafiq rəy tərtib edilmədən, həmçinin abonentə bildiriş təqdim edilmədən suyun verilməsi dayandırılmış, ona 220 (iki yüz iyirmi) manat 94 (doxsan dörd) qəpik məbləğində vurulmuş ziyan hesablanmış və istehlakçı cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. Bundan əlavə cavabdehin nümayəndəsi izahatında iddiaçıya məxsus evində 2016-cı ildə quraşdırılmış smart tipli suölçən cihaza müdaxilənin olunmadığnı etiraf etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının su təhcizatını təmn edən boruya smart tipli sayğac quraşdırılarkən üzərində artıq 340m3 sərfiyyat olmuş, bu məqam aktda da öz əksini tapmış və abinentə həmin göstəricidən sonrakı sərfiyyatı ödəyəcəyi izah olunmauşdur. Lakin cavabdehin nümyəndəsinin məhkəmədə bildirdiyi kimi, texniki səhf ucbatından müvafiz elektron sistemə abonentin sərfiyyatının başlanğıcı 340 m3-da deyil, 0-dan hesablanmışdır. Həmçinin iddiaçının bildirdiyi kimi suölçən cihaz smart tipli olduğundan, yalnız kart vasitəsilə balansa yüklənən məbləğə uyğun su sərf etmək mümkündür. Başqa sözlə, sayğac quraşdırılarkən üzərində olan və abonentin sərf etmədiyi 340 m3 suya görə borc yazılmışdır. Məhkəmədə müəyyən olunan hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilən "Sudan istifadə qaydaları"na əsaslanaraq, hesab edir ki, İddiaçı məxsus ünvanda quraşdırılmış suölçən cihazla bağlı cavabdehin nümayəndəsi tərəfindən yerində baxış keçirilmədən, 8 il müddətin keçməsinə və aralarında bağlanmış müqavilənin hüquqi qüvvəsini itirmədiyi təqdirdə istehlakçıya bildiriş təqdim edilmədən, xəbərdar olunmadan suyun verilməsinin dayandırılması və abonent koduna hesablanmış borc məbləğinin iddiaçının təqsiri səbəbindən olması halları müəyyən edilmədiyindən, qeydə alınmış borcun iddiaçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Belə ki, abonent kartından və hesab fakturadan da göründüyü kimi, 2025-ci ilin yanvar ayından sərfiyyat olduqca yüksək hesablanmış, belə halın yaranması cihazın nasazlığı səbəbindən olmasını istisna etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "xxxx" ASC tərəfindən hesablanmış 220 (iki yüz iyirmi) manat 94 (doxsan dörd) qəpik borc İddiaçı **********000 saylı abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin tərəfindən hesablanmış 220 (iki yüz iyirmi) manat 94 (doxsan dörd) qəpik borc İddiaçı **********000 saylı abonent hesabından silinsin. İddiaçının azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1653/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1653/2025
31.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver