Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-166/2022 20.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Seyfəddin oğlunun, cavabdehlər Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə, Cavabdeh2nə və Quba rayon İHB-nın Çiçi İƏD nümayəndəliyinə qarşı miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, miras əmlaka vərəsəlik üzrə şahədətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehlər Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3nə qarşı miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, miras əmlaka vərəsəlik üzrə şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Seyfəddin oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Seyfəddin oğlu iddia ərizəsində göstərmişdi ki, o, xx xxxxxx 1957-ci ildə anadan olub. X1, anası X4r. Atasıyla anası hər ikisi Quba rayonu Səbətlər kəndində anadan olmuşlar. Onlar Quba rayonu Səbətlər kəndində yaşayıblar. Atasinın işi ilə bağlı Bakı şəhərinə köçsələr də, tez-tez Quba rayonu Səbətlər kəndində olmuş, daima gedib gəliblər. Miras qoyan X10 onun atasının dayısı arvadıdır. Lakin buna baxmayaraq ona nənə deyib. Bütün kənddə hamı onun nənəsi kimi bilib. Ayna Abiyeva ailə qurmamış, subay olmuş, uşaqları olmamış, ona daima o baxıb. Ayna Abiyeva 04 avqust 2001-ci il tarixdə vəfat etmişdir. Artıq 2000-ci ildən Ayna Abiyeva tez-tez xəstələnməyə başlamışdır. Səhhətində olan bu nasazlıqlara görə, hələ ona uşaqlığdan etdiyi vəsiyyətnamənin rəsmiləşdirmək istədiyini bildirmişdir. O zaman Quba rayonu Çiçi İƏD üzrə nümayəndəliyinə müraciət edərək, vəsiyyətnamənin rəsmiləşdirilməsini xahiş edib. Həmin vaxt icra nümayəndəsi işləyən Ruslan Rzayev icra nümayəndəliyinin binasında 20 dekabr 2000-ci il tarixdə vəsiyyətnamə tərtib etmiş, vəsiyyətnaməyə əsasən nənəsi X10 həyətyanı torpaq sahəsini və yaşayış evini ona vəsiyyət etməsini rəsmiləşdirmişdir. Həmin vaxtdan artıq onda qanuni vəsiyyətnamə olduğunu bildiyi üçün, miras əmlakını idarə edib, ona sahiblik etmişdir. Vergilərini ödəyib. Həmin vaxtı icra nümayəndəsini ona verdiyi vəsiyyətnamənin əsaslı oldıığunu bildiyi üçün, onun həmin miras əmlakı qanuni əsaslarla idarə edib. Bu barədə ona heç bir dövlət orqanı və heç bir şəxs mübahisə etməmişdir. Artıq yaşlandığı üçün, səhhətində problemlər meydana çıxdığından, düşünüb ki, artıq vəsiyyətnaməni təqdim edərək adına çıxarış almalıdır. Bu zaman ona həmin vəsiyyətnamənin notariat kontorunda olmadığı, həmin vəsiyyətnamə əsasında Ayna Abıyevadan qalan miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməyəcəyini bildirilmişdir. Bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlib. Qeyd etdi ki, vəsiyyətnaməni tərtib edən o vaxtki icra nümayəndəsi sağdır, məhkəmə iclasında bunu təsdiq edə bilər. Miras qoyan 04 avqust 2001-cil tarixdə vəfat etmiş X6 qalmış miras əmlak olan Torpağın Mülkiyyətə verilməsinə dair JN 033F KOD 30329058 saylı Şəhadətnaməyə əsasən Quba rayonu Səbətlər kəndində yerləşən 0.17 ha torpaq sahəs və üzərində yerləşən fərdi yaşayış evi və Torpağa Mülkiyyət Hüququna dair JN-0218 KOD 30329058 saylı Dövlət Aktına əsasən Quba rayonu Səbətlər kəndində yerləşən 0.41 ha pay torpaq sahəsinə onun vəsiyyət üzzrə vərəsəlik hüququnun tanınması, həmin miras Quba Regional “Asan Xidmət“ mərkəzinin notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarmağı məhkəmədn xahiş etmişdir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi məhkəməyə müraciət edərək, işlərin çox olması səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdilər. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3nə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə İddiaçı izahatlarını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.12.2000-ci il tarixli vəsiyyətnamədən məlum olur ki, həmin vəsiyyətnamə üzrə Quba rayonu Səbətlər kəndində yaşayan X10 ona məxsus olan bütün əmlakını, o cümlədən həyətyanı torpaq sahəsini və yaşayış evini nəvəsi İddiaçı vəsiyyət edir. Vəsiyyətnamə icra nümayəndəliyi tərəfindən imza və möhürlə təsdiq edilib və 31 nömrə ilə qeydə alınıb. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmış surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Quba «ASAN Xidmət» Mərkəzinin Notariat ofisinin İddiaçı ünvanladığı 29.09.2021-ci il tarixli 3110 nömrəli məktubundan məlum olur ki, Quba RİHB-nın Çiçi İƏD-si üzrə nümayəndəliyində qoyulmuş X10 tərəfindən verilmiş 20.12.2000-ci il tarixli, 31 nömrəli vəsiyyətnamənin nüsxəsi dövlət notariat arxivinə və ya daimi yaşayış yerinin notariusuna verilmədiyindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Quba filialından İddiaçı verilmiş 27.07.2021-ci il tarixli 691 saylı arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirir ki, 20.12.2000-ci il tarixli, vəsiyyətnamə filialın arxivində aşkar edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD-si üzrə nümayəndəliyinin 365 nömrəli arayışından məlum olur ki, 2000-ci ilin reyestr kitabı olmadığından, 20.12.2000-ci ildə verilmiş reyestr nömrəsi 31 olan vəsiyyətnamənin qüvvədə olub-olmaması barədə onlarda heç bir məlumat yoxdur. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD-si üzrə nümayəndəliyinin 366 nömrəli arayışından məlum olur ki, X10 04.08.2001-ci ildə vəfat edib, nənəsi vəfat etdikdən sonra ona məxsus təsərrüfatı nəvəsi İddiaçı idarə etmişdir. İş materiallarında olan Quba rayonu Çiçi-Səbətlər bələdiyyəsinin 04.09.2021-ci il tarixli 58 nömrəlii arayışından məlum olur ki, Mikayılov X2 sakini X7 bütün vergilərini ödəyib. İş materiallarında olan ölüm haqqında AZ 116483 seriya və nömrəli şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 04.08.2001-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 09.10.2001-cı ildə 276 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0218 KOD 30329058 nömrəli Dövlət Aktına əsasən Quba rayonu Səbətlər kəndində yerləşən 041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba rayonu AİK-nın 24.06.2000-ci il tarixli 07 nömrəli qərarı ilə X7 xüsusi mülkiyyətinə verilmişdir . İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-033F KOD 30329058 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Səbətlər kəndində yerləşən 0,17 ha fərdi yaşayış sahəsi Quba rayonu AİK-nın 22.05.1998-ci il tarixli 07 nömrəli qərarı ilə X7 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Çiçi İƏD-si üzrə nümayəndəliyinin 07.04.2022-ci il tarixli, 112 nömrəli arayışından məlum olur ki, Quba rayonu Səbətlər kəndində yaşamış, 04.08.2001-ci ildə vəfat etmiş X7 heç bir vərəsəsi qalmamışdır. İş materiallarına əlavə olunmuş 07.04.2022-ci il tarixdə Quba rayonu Səbətlər kəndində tərtib olunmuş akta əsasən, Quba rayonu Səbətlər kəndində yaşayan X10 ona məxsus olan bütün əmlakını, o cümlədən həyətyanı torpaq sahəsini və yaşayış evini İddiaçı vəsiyyət edildiyi qeyd olunub və aktı tərtib edən şəxslər aktı imzalarıyla təsdiq ediblər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Quba filialından İddiaçı verilmiş 04.11.2021-ci il tarixli 1142 saylı arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirir ki, Quba rayon Çiçi kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Səbətlər kəndi üzrə 7 saylı təsərrüfatbaşına kitabında X10 388 saylı təsərrüfat başçısı olub, şəxsi mülkiyyətində 1925-ci ildə tikilmiş, 1986-1987-ci illərdə ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 55 kv. m,1988-1990-cı illərdə ümumi sahəsi 68 kv.m, yaşayış sahəsi 40 kv.m olan yaşayış evinin və şəxsi istifadəsində 0.17 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07.01.2022-ci il tarixli 5/1398 nömrəli ekspert rəyindən görünür ki, -tədqiqata təqdim olunmuş vəsiyyətnamədə “20 декабр 2000” tarix göstəriciləri və “Чичи ИƏB Рзаjeв Р Н Абиjева A C rызы 31” əlyazılarının icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və eynidirlər; -həmin vəsiyyətnamədəki “20 декабр 2000” tarix göstəricilərindən və “Чичи ИƏB Рзаjeв Р Н Абиjева A C rызы 31" əlyazılarından başqa digər əlyazılarının və imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və eynidirlər;- tədqiq olunan vəsiyyətnamədəki “20 20 декабр 2000” tarix göstəriciləri və “Чичи ИƏB Рзаjeв РН Абиjева A C rызы 31” əlyazılan ilə həmin vəsiyyətnamədə olan digər əlyazılarının və imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “2(027) - 2321/2021 nömrəli mülki işin 8-ci vərəqində olan X10 tərəfindən İddiaçı verilmiş 20 dekabr 2000-ci il tarixli vəsiyyətnamə 20 dekabr 2000-ci il tarixdə icra olunmuşdurmu? X10 tərəfindən İddiaçı verilmiş 20 dekabr 2000-ci il tarixli vəsiyyətnamədə yazılar eyni tarixdə, yəni 20 dekabr 2000-ci il tarixli tarixdə icra olunmuşdurmu?” sualları üzrə tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş vəsiyyətnamədəki “20 декабр 2000” tarix göstəriciləri və “Чичи ИƏB Рзаjeв Р Н Абиjева A C rызы 31” əlyazılan ilə həmin vəsiyyətnamədə olan digər əlyazılan və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadın “2(027) -2321/2021 nömrəli mülki işin 8-ci vərəqində olan X10 tərəfindən İddiaçı verilmiş 20 dekabr 2000-ci il tarixli vəsiyyətnamə 20 dekabr 2000-ci il tarixdə icra olunmuşdurmu? X10 tərəfindən İddiaçı verilmiş 20 dekabr 2000-ci il tarixli vəsiyyətnamədə yazılar eyni tarixdə, yəni 20 dekabr 2000-ci il tarixli tarixdə icra olunmuşdurmu?” sualları üzrə tədqiqat aparılmadı. Beləliklə, məhkəməyə təqdim edilən və işdə olan sübutlara, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07.01.2022-ci il tarixli 5/1398 nömrəli ekspert rəyinə əsasən müəyyən edildi ki, İddiaçı cavabdehlər Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3nə qarşı miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, miras əmlaka vərəsəlik üzrə şəhadətnamənin verilməsi tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Məhkəmə təqdim olunmuş sübutlara və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, 04 avqust 2001-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Torpağın Mülkiyyətə verilməsinə dair JN-033F KOD 30329058 saylı Şəhadətnaməyə əsasən Quba rayonu Səbətlər kəndində yerləşən 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi və Torpağa Mülkiyyət Hüququna dair JN-0218 KOD 30329058 nömrəli Dövlət Aktına əsasən Quba rayonu Səbətlər kəndində yerləşən 0,41 ha torpaq sahəsinə İddiaçı Seyfəddin oğlunun vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalı və həmin miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 04 avqust 2001-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Torpağın Mülkiyyətə verilməsinə dair JN-033F KOD 30329058 saylı Şəhadətnaməyə əsasən Quba rayonu Səbətlər kəndində yerləşən 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi və Torpağa Mülkiyyət Hüququna dair JN-0218 KOD 30329058 nömrəli Dövlət Aktına əsasən Quba rayonu Səbətlər kəndində yerləşən 0,41 ha torpaq sahəsinə İddiaçı Seyfəddin oğlunun vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın və həmin miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-166/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-166/2022
20.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver