Məhkəmə qərarları › İş №2(027)-1665/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1665/2022

01.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1665/2022 01.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin əhəmiyyətsiz hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 4Ə-654 reyestr nömrəli xx.xx.2017-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylı evin, 20 saylı mənzilinin bağışlanması müqaviləsinin əhəmiyyətsiz əqd hesab olunması və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylı evin, 20 saylı mülkiyyət hüquqları ilə ona məxsus olan mənzilin onun iradəsinə zidd olaraq adından Cavabdeh2 tərəfindən Cavabdeh1 Bakı şəhəri 51 saylı notariat kontorunda 4Ə-654 reyestr nömrəli xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinin başlanılmasma dair sənəd təqdim edildiyi, lakin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün hüquqi əsasın olmaması səbəbilə DƏDRX-ni 1 saylı Bakı Ərazi İdarəsinə qarşı sözügedən iddianın qaldırılmasına səbəb olduğu müəyyən edilmişdir. Sonradan tərəfindən Quba rayonu notariat kontorunda 9114 reyestr nömrəli xx.xx.2015- ci il tarixli, xx.xx.2025-ci il tarixinədək etibarlılıq müddəti olan, səlahiyyətlərin digər şəxsə verilə bilməsi ilə ona məxsus olan bütün əmlak və hüquqlarla bağlı Cavabdeh1 vermiş olduğu etibarnamə üzrə səlahiyyətlərdən sui-istifadə etmişdir. Sonradan həmin etibarnamə üzrə səlahiyyətlərə xx.xx.2017-ci il tarixdə tərəfindən Quba rayonu notariat kontorunda xitam verilmişdir.Təqdim edilmiş sənədlərin təhlili zamanı İddiaçı bacısı Cavabdeh1 Quba rayonu notariat kontorunun 9114 reyestr nömrəli xx.xx.2015-ci il tarixli etibarnamə üzrə verilmiş səlahiyyətlər Cavabdeh1 tərəfindən Cavabdeh2 ötürülməsi, sonradan Cavabdeh2 isə artıq İddiaçı səlahiyyətli nümayəndəsi qismində Cavabdeh1 ilə Bakı şəhəri 51 saylı notariat kontorunda 4Ə-654 reyestr nömrəli xx.xx.2017-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylı evin, 20 saylı mənzilini hədiyyə verən qismində hədiyyə alan Cavabdeh1 bağışlanması müqaviləsini imzalayaraq icra etməsi müəyyən edilmişdir. (Əsas : Cavabdeh1 tərəfindən səlahiyyətlərin Cavabdeh2 ötürülməsi ilə bağlı Quba rayonu notariat kontorunun 10283 reyestr nömrəli xx.xx.20217-ci il tarixli etibarnaməsi əsasında nümayəndəsi qismində). Təqdim edilmiş digər sənədlərin təhlili zamanı Quba rayonunun xüsusi notariusu X15 tərəfindən X8 arvadı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin (qeydiyyat nömrəsi **********, MH 0177533) satılmasına, bağışlanmasına etiraz etməməsinə dair notariat kontoruna ünvanladığı 7E-10098 reyestr nömrəli xx.xx.2017-ci il tarixli ərizənin X8 əvəzinə imzalanmasını icra edən şəxsin Cavabdeh2 olduğu müəyyən edilmişdir. (Əsas : Quba rayonu notariat kontorunda 13868 reyest nömrəli xx.xx.2016-cı il tarixli etibarnamə əsasında nümayəndəsi qismində). Məlumat üçün onu da qeyd etmək lazımdır ki, etibarnamə Cavabdeh1 faktiki məxsus olan Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 16 saylı evin, 9 saylı mənzilə ilə bağlı verilmişdir. Daşınmaz əmlaklar formal olaraq bacısı İddiaçı rəsmiləşdirilmişdir. X2 Gülnarə Muxtar qızı ilə xx.xx.1984-cü il tarixdə Lənkəran rayonunda nikah münasibətlərinə daxil olmuşlar və faktiki olaraqda nikah münasibətlərindədirlər. Həmin nikahdan 2 övladları doğulmuşdir. Ailənin qız övladı X11 xx.xx.2010-cu ildə Cavabdeh1 övladı X4 ilə nikah münasibətlərinə daxil olmuş, həmin nikahdan övladları dünyaya gəlmiş, sonradan münasibətlərinin korlanması səbəbindən nikah məhkəmə qaydasında pozulmuş və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi mübahisəsi yaranmış və hazırda da mübahisələndirilir. Hazırki iddia ərizəsinin predmetinə gəldik də isə, indiki Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylı evin, 20 saylı mənzili İddiaçı tərəfindən X3 17.600000 manat məbləğində Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda bağlanmış 065294 nömrəli xx.xx.1999-cu il tarixli müqavilə əsasında satın alınmış, sonradan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı, 177313 nömrəli xx.xx.1999-cu il tarixli xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilməsi barədə qeydiyyat vəsiqəsi verilmiş, sonradan həmin qeydiyyat vəsiqəsi yeni nəsil çıxarışla əvəz olunmuşdur. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsində qeyd olunanların əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 mhəkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı “əqdin əhəmiyyətsiz hesab olunması tələbinə dair” iddia ərizəsini tamamilə əsassız və qeyri-həqiqi hesab edir. Belə ki, iddiaçının mübahisələndirilən mənizilin bağışlanmasına dair Bakı şəhəri, 51 saylı notariat kontorunda bağlanılmış və 4Ə-654 nömrəsi ilə reyestrdə qeydə alınmış 04 iyul 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlama müqaviləsi”ni əhəmiyyətsiz əqd kimi təqdim etmək cəhdi məhkəməni aldatmağa və həqiqəti ört-basdır etməyə yönəlmiş bir hərəkətdir. Həqiqət isə ondan ibarətdir ki, Bakı şəhəri,Nizami rayonu, Bəhruz Nuriyev küçəsi,ev 33,mənzil 20 ünvanında yerləşən ümumi sahəsi 55,21 kvadrat metr, yaşayış sahəsi 31,22 kvadrat metr olan 2 otaqlı mənzili mən 1999-cu ildə öz vəsaiti ilə pul verərək almış, lakin həmin dövrdə həyat yoldaşı ilə boşanmaq üzrə olduğundan və gələcəkdə bu mənzilin ümumi birgə əmlak kimi bölünməməsi üçün sözügedən mənzili formal olaraq bacısı, sonradan da qudası olmuş İddiaçı adına sənədləşdirmişdir. İddiaçının adına sənədləşsə də, qeyd edilən mənzil sənədləri ilə birlikdə daima onun sərəncamında olmuş və halhazırda da onun sahibliyindədir.Oğlu ilə iddiaçının qızı arasında ailə münasibətləri 2017-ci ildə pozulmağa başlandığından, iddiaçı ilə onun da, münasibətləri korlanmış və o, sözügedən mənzili öz adına keçirmək üçün idiaçının etibarnamə əsasında müvafiq səlahiyyətlər verdiyi Cavabdeh2 ilə 2017-ci ilin iyul ayının 4-ü tarixində Bakı şəhər 51 saylı notariat kontorunda qeyd olunan mənzilin bağışlama müqaviləsini bağlamışdır. Belə ki, Bakı şəhəri, 51 saylı notariat kontorunda İddiaçı adından hərəkət edən Cavabdeh2 ilə onun arasında bağlanılmış və 4Ə-654 nömrəsi ilə reyestrdə qeydə alınmış 04 iyul 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi.ev 33,mənzil 20 ünvanında 2 otaqlı mənzil onun mülkiyyətinə verilmişdir. İddiaçının iddia ərizəsində bildirdiklərinin ziddinə olaraq sözügedən mənzil üzərində sərəncam verilməsinə dair səlahiyyətlər Cavabdeh2 onun tərəfindən deyil, İddiaçı adından hərəkət edən X6 tərəfindən ötürülmüş və bağışlama müqaviləsi də məhz X6 tərəfindən verilmiş reyestr nömrəsi 10283 olan 01 iyul 2017-ci il tarixli etibarnamə əsasında iddiaçının nümayəndəsi qismində onun adından hərəkət edən Cavabdeh2 ilə onun arasında bağlanılmışdır. Bundan sonra o, bağışlama müqaviləsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək mənzil üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatının aparılmasını xahiş etsə də, sonuncu onun müraciətindən imtina etmişdir. Buna əsas olaraq X1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mənzilin bağışlama müqaviləsinin bağlanmasına əsas olmuş Seriya MH № ******* saylı ********** qeydiyyat nömrəli mülkiyyət çıxarışını guya itirdiyini bildirməsi və bu barədə Bakı şəhər Baş Polis İdarəsinin arayışını təqdim etməsi olmuşdur. Halbuki, həmin çıxarış itirilməmiş, bu çıxarış onunla mənzilə dair bağışlama müqaviləsinin bağlanıldığı Bakı şəhər 51 saylı notariat kontorunda saxlanılır və bağışlama müqaviləsi bugünədək qüvvədə qalmaqdadır. Sadəcə olaraq İddiaçı şəxsi münasibətlər zəminində ona qarşı bu qanunsuz hərəkəti edərək bir növ qisas almaq niyyəti güdmüşdür. Yaranmış mübahisənin, o cümlədən sözügedən iddia ərizəsinin məhkəməyə təqdim olunmasının əsl səbəbi də iddiaçının qızı ilə onun oğlu arasında bağlanıbmış nikahın pozulmasından sonra onun ona qarşı yaranmış olan qərəzli münasibətidir. Halbuki, mübahisələndirilən mənizlin onun vəsaiti ilə alındığı və yalnız formal mülahizələr əsasında İddiaçı adına sənədləşdirildiyi həm iş materiallarında olan sənədlərlə, o cümlədən iddiaçının və onun həyat yoldaşının onun adına verdikləri etibarnamələrlə, həm də şahid ifadələri ilə tam sübuta yetirilir. Belə ki, onun müraciəti əsasında Bakı şəhər Nizami Rayon Polis idarəsinin 24-cü Polis Şöbəsində aparılmış təhqiqat zamanı sözügedən mübahisəli mənzilin faktiki olaraq onun tərəfindən pul vəsaiti ilə alındığı, həmin dövrdə həyat yoldaşı ilə boşanma ərəfəsində olduğundan mənzilin gələcəkdə bölünmə predmeti olmaması üçün formal olaraq bacısı olan iddiaçının adına sənədləşdirdiyi, mənzilin bütün sənədlərinin daima onda olduğu, həmin mənzilə dair təmir və digər işlərin onun tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Bütün bu hallar araşdırma zamanı alınmış şahid ifadələri ilə tam sübuta yetirilmiş və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı F.Qurbanov tərəfindən tərtib edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 31 yanvar 2021-cı il tarixi,089-2477-122 saylı Qərarda əks etdirilmişdir. İddiaçı və onun həyat yoldaşı sözügedən mənizlin onun vəsaiti ilə alındığı və formal olaraq iddiaçının adına sənədləşdirildiyi üçün İddiaçı adına olan bütün əmlaklara dair sərəncam vermək səlahiyyətini özündə ehtiva edən müvafiq etibarnamələri onun adına vermişlər. Həmin etibarnamələrin guya formal olaraq İddiaçı adına olan, əslində isə onun vəsaiti ilə alınmış ona məxsus ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzilə dair verilməsi barədə iddia ərizəsində bildirilənlər növbəti yalandan başqa bir şey deyildir və həqiqəti pərdələmək məqsədi daşıyır. Tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, 51 saylı notariat kontorunda üçüncü şəxs İddiaçı ilə onun arasında bağlanılmış və 4Ə-834 nömrəsi ilə reyestrdə qeydə alınmış 15 oktyabr 2016-cı il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən 3 otaqlı mənzil onun mülkiyyətinə verilmişdir. Yəni adı çəkilən mənzilə dair bağışlama müqaviləsi iddiaçının özü tərəfindən imzalanmışdır ki, bu da onun adına verilmiş etibarnamədə qeyd edilmiş səlahiyyətlərin mübahisələndirilən mənzil üzərində deyil, ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzil üzərində sərəncam verilməsi üçün verildiyinə dair iddiaçının bildirdiklərini təkzib edir. İddiaçı formal olaraq onun adına qeydiyyatdan keçmiş, əslində isə 1999-cu ildə onun vəsaiti ilə əldə edilmiş və daima onun sərəncamında olmuş ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzilin bağışlanmasına dair müqavilə bağlandıqdan 5 il sonra həmin əqdin əhəmiyyətsiz əqd kimi tanınması barədə məhkəmədə iddia qaldırmaqla həm sözügedən mənzilin mülkiyyətim kimi dövlət qeydiyyatından keçirilməsinin qarşısını almağa, həm də əqdlərin etibarsız sayılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin tətbiq edilməsindən yayınmağa çalışır. Halbuki, sözügedən mənzilə dair iddiaçının əhəmiyyətsiz sayılmasını tələb etdiyi bağışlama müqaviləsi qanunvericiliyin tələbləri əsasında bağlanılmış, həmin əqdin yalan və ya uydurma əqd, yaxud da digər bir formada əhəmiyyətsiz əqd olmasına, həmin əqdin iddiaçının iradəsi ziddinə bağlanıldığına və onun iradə ifadəsini əks etdirmədiyinə dəlalət edən hər hansı əsas da yoxdur. İddiaçı ona qarşı “əqdin əhəmiyyətsiz hesab olunması tələbinə dair” iddia ərizəsini tamamilə əsassız hesab edir və həmin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, səhhətində yaranmış problemlə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı, 177313 saylı qeydiyyat vəsiqəsindən və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 7 ünvanında 2 otaqlı mənzil İddiaçı mülkiyyətində olmuşdur. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən evin 292 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 321 M9 m2) xx.xx.2021 -ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına Bakı şəhəri, Nizami rayonu. Bəhruz Nuriyev küçəsi, ev 33, 20 saylı mənzil 3'1.03.1999-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. (İddiaçı 51 saylı DNK-nın 4ə-654 reyestr nöırr or xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 33, 20 saylı mənzili Cavabdeh1 bağışlamışdır, lakin sözügedən müqavilə dövlət reyestrində qeydiyyatdan keçməmişdir.) İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 16, 9 saylı mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin 51 saylı notariat kontorunun 4Ə-834 reyestr nömrəli xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1n adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı adından X17 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi.ev 33,mənzil 20 ünvanında 2 otaqlı mənzili tam mülkiyyət üzrə hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan X8 notariat qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, arvadı İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi.ev 33,mənzil 20 ünvanında 2 otaqlı mənzilin satılmasına, bağışlamasına etiraz etmir. İş materiallarında olan Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı F.Qurbanov tərəfindən tərtib edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 31 yanvar 2021-cı il tarixi,089-2477-122 saylı Qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi.ev 33,mənzil 20 ünvanında 2 otaqlı mənzilin faktiki olaraq Cavabdeh1 məxsus olması müəyyən olunsa da, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində göstərilmiş etibardan sui-istifadə halları müəyyən olunmamış, tərəflər arasında baş vermiş hadisənin ailə daxili münasibətlər zəmnində baş vermiş mülki münasibətlərdən irəli gələn münasibətlər olması müəyyən olunmuşdur. Ona görə də, Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 666.1-cı maddəsinə əsasən, Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən, Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 667.1-cı maddəsinə əsasən Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Həmin Məcəllənin 670-ci maddəsinə əsasən ağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər (670.1-ci maddə). Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir (670.2-ci maddə). Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər (670.3-cü maddə). Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər (670.4-cü maddə). Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə (673.1.1-ci maddə); hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda (673.1.2-ci maddə); o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə (673.1.3-cü maddə). Həmin Məcəllənin 673.2-ci maddəsinə əsasən Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda (673.2.1.-ci maddə); vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə (673.2.2-ci maddə); vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda (673.2.3-cü maddə). Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Həmin Məcəllənin 337.3-337.4-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-340.2-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarizli Qərarında qeyd edimişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan zaman əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edilərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hansı tələblərə tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdı mübahisə edə bilər Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdı mübahisələndirmək hüququ tanınmışdır. Beləliklə, mübahisə edilən əqdlər bır tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahısələndirildiklərı təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Göründüyü kimi İddiaçı etibarnamə üzrə səlahiyyətlərini Cavabdeh2 etibar edən zaman əqli-iradəsi yerində olmuş və mübahisələndirilən bağışlanma müqaviləsinin predmeti olan ünvan 6 ünvanında 2 otaqlı mənzili cavabdeh bacısı Cavabdeh1 bağışlanmışdır. Bağışlanma müqaviləsinin əhəmiyyətsiz olması üçün iş materillarından hər hansı bir sübut mövcud deyil. İddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər yalnız formal mülhaizələr olmaqla qanunverciliklə müəyyən olunmuş qaydada sübuta yetirilmir. Qeyd edilən bağışlanma müqaviləsi Mülki Məcələnin normalarına uyğun bağlanaraq tərəflər arasında iradə ifadəsini əks etdirmişdir. Məhkəmə hesab edir ki, hazırkı işdə Azərbaycan Respublikasının Mülki Məcəlləsin 337 və 340-cı maddəsinin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki tərəflər arasında olan bağışlanma müqaviləsinin əhəmiyyətsiz əqd olmaması iş materiallarında olan məhkəmə baxışında tədqiq olunan yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapmışdır. MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.” Məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, İddiaçı məhkəmədən Bakı şəhəri 51 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 4Ə-654 reyestr nömrəli xx.xx.2017-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylı evin, 20 saylı mənzilinin bağışlanması müqaviləsinin əhəmiyyətsiz əqd hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, lakin, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin əhəmiyyətsiz hesab edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar