Məhkəmə qərarları › İş №2(027)-1666/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1666/2024

23.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1666/2024 23.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə mərhum X2 verilmiş Quba rayon İİ Nügədi kəndində yerləşən 1,16 ha torpaq sahəsindən ibarət miras əmlakın mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzürlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X9 onun anasıdır. X2 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə Quba rayon İİ Nügədi kəndində yerləşən 1.16 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Anasının vəfat etməsindən sonra onun mirasını o idarə etmiş və o onun tək vərəsəsidir. O, anasından miras qalmış Quba rayonu İİ Nügədi kəndində yerləşən 1.16 ha torpaq sahəsini anasının vərəsəsi olduğu üçün miras qəbulu üçün Cavabdeh müraciət edən zaman ona məlum olmuşdur ki, hüquqi savadı olmadığından miras qəbulu müddətini ötürmüşdür. Bu da üzürlü səbəbdən olmuş, belə ki, onun bu barədə heç bir anlayışı olmamış və ona bununla bağlı hüquqi müddət olduğunu izah edən olmamışdır. Anasından qalan mirası vərəsəlik yolu qəbul etmək üçün Quba regional "ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktub verilmiş və buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə məktub göndərərək, Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 075076 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. X3, anası X7r. İş materiallarında olan xx.xx.2009-cu il tarixdə verilmiş, AZ-İ seriyalı 363685 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu ildə ölmüşdür. İş materiallarında olan Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Kontoru tərəfindən Quba rayon İİ Nügədi kənd sakini İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 1436№li məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş və mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında Quba RİHB-nın İİ-Nügədi kənd İƏD üzrə nümayəndəsinin 27 may 2024-cü il tarixli 506 №li arayışdan görünür ki, X9 Quba rayonu İkinci Nügədi kəndində qeydiyyatda olmuş və xx.xx.2009-cu ildə Quba rayonu, İkinci Nügədi kəndində vəfat etmişdir. X11 vəfat etdikdən sonra, ondan qalan əmlakı, yeganə vərəsəsi olan qızı, İddiaçı idarə etmişdir. İş materiallarında Quba RİHB-nın İİ-Nügədi kənd İƏD üzrə nümayəndəsinin 27 may 2024-cü il tarixli 507 №li arayışdan görünür ki, X9 Quba rayonu İkinci Nügədi kəndində qeydiyyatda olmuş və xx.xx.2009-cu ildə Quba rayonu, İkinci Nügədi kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra vərəsəsi qızı İddiaçı qalmışdır. İş materiallarında olan JN-341 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X17 görünür ki, X5 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə 1,16 hektar torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, anası X7r. X9 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra vərəsəsi İddiaçı qalmışdır. X9 həyatda olarkən və o öldükdən sonra da ondan qalmış miras əmlakı faktiki olaraq iddiaçı idarə etməklə qəbul etmiş, miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Lakin qanunu bilməməzlikdən və savadsızlıqdan anası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246.1-ci maddəsinə əasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı X2 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş Quba rayon İİ Nügədi kəndində yerləşən 1,16 ha torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürülü sayılaraq uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı X2 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş Quba rayon İİ Nügədi kəndində yerləşən 1,16 ha torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürülü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar