Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1672/2020 28.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Aöayeva Xuramə Baba qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Quba rayonu, Paşaoba kəndində 0,10 ha torpaq sahəsində inşa etdiyi tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum anası X13 rayonu, Paşaoba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 78,2 kv.metr ümumi yaşayış sahəsi olan ev miras qalmışdır. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə mərhum anası Sayad Əhmədovadan miras qalmış yuxarıda qeyd etdiyi 0,10 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 78,2 kv.metr sahəsi olan evə miras qoyan anası S.Əhmədovanın ölümündən sonra onun və cavabdeh qardaşı Cavabdeh tərəfindən miras qəbul edilməsi faktı müəyyən edilmiş və mərhum anası Sayad Əhmədovadan miras qalmış Quba rayonu, Paşaoba kəndində yerləşən ümumi sahəsi 78,2 kv.metr yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsində onun, 1/2 hissəsində Cavabdeh vərəsəlik üzrə paylarını müəyyən edilmişdir. Miras əmlakda Cavabdeh yaşamış, o, 2016-cı ildə evi yandırmış, sonradan dağıdıb yerində özünə ev tikir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə mərhum anası Sayad Əhmədovadan miras qalmış 0,10 ha torpağın 1/2 hissəsi bir vərəsə kimi onun mülkiyyətinə verilmişdir. Lakin cavabdeh həmin torpağı tam qəbul edərək ONU həyətə belə buraxmır, mülkiyyət hüquqlarını pozur, həmin həyətdə qanunsuz tikinti işləri aparır, o, dəfələrlə cavabdehə tikinti işləri aparmağı dayandırmağı təklif etsə də, o, tikinti işlərini aparmaqda davam edir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən aşkar olur ki, mərhum anası X2 miras qalmış Quba rayonu, Paşaoba kəndində yerləşən 78,2 kv.metr yaşayış sahəsi, 32,4 kv.metr, yardımçı sahəsi 45,8 kv.metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin 1/2 hissəsinə mənim, 1/2 hissəsində isə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, iddianı müdafiə edərək təmin ediməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini, iddiaçının həmin torpaq sahəsinin bölgüsü üçün ona və lazımi orqanlara müraciət etmədiyini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslandırır. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-194/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, ilk İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarma” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi İddiaçı adına Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 2V/01-137 saylı, xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqındaq şəhadətnamə və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-330/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 03770401 saylı çıxarışa əsasən X5 məxsus olan və ondan miras qalmış Quba rayonu, Paşaoba kəndində yerləşən ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 32,4 kv, yardımçı sahəsi 45,8 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin miras qoyan X4 ölümündən sonra İddiaçı və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi və X2 miras qalmış Quba rayonu, Paşaoba kəndində yerləşən ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 32,4 kv.m, yardımçı sahəsi 45,8 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilməsi qət edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-556/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı mərhum anası X2 miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Şərh olunan maddənin mənasına görə, torpaq sahəsinin zəbt edilməsi dedikdə, torpaq sahəsinə hüquqların yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsasların olmaması başa düşülür. Torpaq Məcəlləsinin qeyd olunan 55-ci maddəsində göstərilir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutlmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. X14 Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. X14 Avropa Məhkəməsinin presedentlərinə görə (Sporronq və Lonnrot İsveçə qarşı, X8rşı, Vinterverp Niderlanda qarşı, Latridis Yunanıstana qarşı, X6rşı və s.) Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququnun pozulub-pozulmadığı məsələsinə baxılarkən aşağıdakı məsələlər araşdırılmalıdır:1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi?; 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi?; 3) Həmin müdaxiləyə 1-ci normada yer alan üç normadan hansının əsasında baxılmalıdır?; 4) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı?; 5) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?; 6) Müdaxilə hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə cavab verirmi? Avropa Məhkəməsinin «X1rşı» işi üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X7 Haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Məhkəmə araşdırması zamanı sübut edilmişdir ki, Quba rayon Məhkəməsinin 2(027)- 330/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 03770401 saylı çıxarışa əsasən X5 məxsus olan və ondan miras qalmış Quba rayonu, Paşaoba kəndində yerləşən ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 32,4 kv, yardımçı sahəsi 45,8 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin miras qoyan X4 ölümündən sonra İddiaçı və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və X2 miras qalmış Quba rayonu, Paşaoba kəndində yerləşən ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 32,4 kv.m, yardımçı sahəsi 45,8 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-330/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin mübahisəli torpaq sahəsinə payları müəyyən edilsə də, nə iddiaçının, nə də ki, cavabdehin həmin torpaq sahəsində payları ayrılmamış və tərəflər torpaq sahəsinin hansı hissəsinin onların mülkiyyətindən olmasını təsdiq edəcək çıxarış almamışlar. İddiaçı Cavabdeh tərəfindən Quba rayonu, Paşaoba kəndində 0,10 ha torpaq sahəsində inşa etdiyi tikililərin cavabdehin hesabına sökülməsini tələb etsə də, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun torpaq sahəsində tikilməsini müəyyən edəcək hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməklə, cavabdehin mülkiyyət hüquqları torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsi, cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı. Məhkəmə sadalanan maddi hüquq normalarını hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası əsassızdır, iş materialları ilə cavabdehlərin iddiaçıya məxsus torpağı zəbt etməsi və orada qanunsuz tikinti aparması təsdiq edilmədiyindən, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsinə” dair tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1672/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1672/2020
28.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver