Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1674/2024 02.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı tələbnamə ləğv edilməsi və həmin tələbnamə əsasında hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ildən o və ailə üzvləri Türkiyyədə yaşamaqlarını və mülkiyyətlərində olan Quba rayon Vladirimovka kəndindəki 0.06 ha torpaq sahəsində yaşayış olmamağının və ümumiyyəylə kommunalllardan istifadə etmədiklərini nəzərə alaraq "xxxx" İB-nin Quba QİS-in 31 oktyabr 2023-cü il tarixli, ******* saylı aktı əsasında hesablanmış qazın dəyəri olan 4328,64 AZN manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, "xxxx" İB-nin X13 Sahəsinin (Quba QİS) əməkdaşları 19 oktyabr 2023-cü il tarixində Quba rayonu Vladirimovka kəndində yerləşən onun və ailəsinə məxsus olan yaşayış evində olan mülkiyyətlərində yaşamadıqları müddət ərzində onun və ailəsinin iştirakı ümumiyyətlə onların xəbərləri istifadədə olan onun adına qaz sayğacına cərimə aktı tərtib olunub. Belə ki, o və yoldaşı 2007-ci ilin Dekabr ayından Türkiyyədə yaşayırlar. 2009-cu ildən Türkiyə vətəndaşlığına qəbul olmuşlar, Quba rayon Vladimirovka kəndindəki evində 2007-ci ildən yaşamırlar. O və ailəsi ilə birlikdə Quba rayon Vladirimovka kəndindəki valideynlərinin evində yaşayırdırlar. Təxminən 1994-cü ildə onun ailəsinin adına 0,06 ha yaşayış torpaq sahəsi dövlət tərəfindən pay verildi. Həmin pay torpaqda o 1 mərtəbə 2 otaqlı tam təmir olunmayan müvvəqəti tikinti apardı, lakin yaşayış mümükün olmayandır. Onun və ailəsinin adına olan 0.06 ha yaşayış torpaq sahəsində 2 yarım tikili tiksədə yaşayış olmayıb, 2007-ci ildən ailəsini götürərək Türküyyəyə getmiş o gündən bu günədək azərbaycanda olmamışdır. O, yoldaşı X4 etibarnamə vermişdir ki, onun və ailəsinin mülkiyyətində olan Quba rayon Vladimirovka kəndindəki yarı tikilini sənədlərin yeni sənədlərlə hazırlayıb satış etsin. Lakin yoldaşı Quba rayon Asan xidmət mərkəzinə yaxınlaşanda məlum olub ki, onun adına X8 Xaçmaz RQİİnin Quba XS-nın Əməkdaşları cərimə aktı tərtib edərək onun yaşamadığı Quba rayon Vladirimovka kəndindəki mülkiyyətinə 4328.64 manat cərimə aktı yazılıb, Halbuki o və ailə üzvləri həmin evdə yaşamırlar heç kommunnal xətlərdə çəkdirməmişlər. Quba rayon Azərqaz əməkdaşları onun xəbəri olmadan onun adına müqavilə imzalayıblar sonrada onun xəbəri olmadan onun adına № ******* saylı AKT əsasında xx.xx.2023 ci ildə cərimə tətbiq ediblər, o və ailə üzvlərinə xəbər etmədən onun və ailə üzvlərinin iştirakı olmadan xəbərsiz "xxxx" İB-nin X13 Sahəsinin (Quba QİS) əməkdaşları 19 oktyabr 2023-ci il tarixdə cərimə tərtib edərək xx.xx.2023-cü ildə müqavilə yazaraq sayğac quraşdırıblar. xx.xx.2023-cü ildə Xaçmaz RQİİ-nin Quba rayon 223-ci atıcı divizya küçəsi X7 onun azərbaycanda olmamağından istifadə edərək iştirakı olmadan müqavilə imzalayaraq onun heç yaşamadığı və yaşayış üçün uyğun olmayan mülkiyyətinə Qaz sayğac quraşdırılmasına görə və onun iştirakı və qaz xətdindən istifadə etmədiyi ümumiyyətlə azərbaycanda olmadığından istifadə edərək xəbəri olmadan onun adına cərimə aktı və onun adına sayğac quraşdıraraq imzalar ataraq ona qarşı hörmətsizlik etmişdir. Bütün bunları və onun Azərbaycanda yaşamamağını və mülkiyyətində olan Quba rayon Vladirimovka kəndindəki 0.06 ha yaşayış torpaq sahəsində yaşayış evi olmadan hansı əsaslarla onun adına qanunsuz cərimə akt yazmalarını və onun imzalarından istifadə edib yaşamadığı və yaşayış üçün yararsız olan tikiliyə Qaz sayğacını quraşdınlmasını nəzərə alaraq onun adı qanunsuz tərtib olunan akt əsasında yaranmış borcun silinməsini və onun iştirakı olmadan müqavilə imzalanmasını nəzərə alara Akt və müqavilənin ləğ oluması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. "xxxx" İB-nin X12 İstismar İdarəsinin Quba QİS- əməkdaşlarının tərtib etdiyi 29 iyul 2022-cı il tarixli, ******* saylı Akt ilə razılaşmır. Göstərilən sayğac, küçədə quraşdırılmışdır və birbaşa olaraq onun qorunması abonentin yox QİS-in səlahiyyətlərinə aiddir. Həmçinin hes edirəm ki, tərəfindən ödənilən məbləqlərin bəsit riyazi müqayisələndirmə yolu ilə həm müddət ərzində tərəfindən eyni qayda və məbləqdə qazdan istifadə etdiyi görünür. Sayğacın aparılması və ekspert olunmasında onun iştirakı olmamışdır və dəvətdə etməyiblər, sayğacı aparan qaz idarəsinin əməkdaşları sayğacı xəbərsiz aparıblar. Halbuki sayğacda hec bir müdaxilə olunmayıb. Beləliklə, hesab edir ki, "xxxx" İB-nin Quba QİS-nin əməkdaşlarının tərtib etdiyi ******* saylı aktla hesablanmış borc əsassızdır. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz verərək etirazı onunla əsaslandırmışdır ki, Quba rayonunun Vladimirovka kəndində yaşayan İddiaçı "xxxx" İstehsal Birliyinə qarşı Quba rayon məhkəməsində iddia qaldıraraq barəsində tərtib edilmiş “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 19 oktyabr 2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 4328,64 manat ziyan məbləğinin abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Xaçmaz KQİİ-nin Quba xidmət sahəsinin işçiləri 19 oktyabr 2023-cü il tarixdə Quba rayonunun Vladimirovka kəndində qaz xətlərinə baxış keçirən zaman ana xətdən İddiaçı Quba rayonunun Vladimirovka kəndində yerləşən evinə qeyri qanuni, rezin boru ilə gizli qaz xəttinin çəkildiyi və həmin evdə təbii qazdan sayğacsız istifadə edildiyini müəyyən etmişlər. Bu hal Quba xidmət sahəsinin və Xaçmaz RQİİ-nin ƏSQN şöbəsinin işçiləri tərəfindən video çəkiliş aparılaraq diskə köçürülmüş, İddiaçı barəsində “Qazdan istifadə Qaydaları’nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin ev abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydə alınmadığından İddiaçı adına **********06090 saylı kod açılmış və itirilmiş qazın bərpası üçün hesablanmış 36072 m3 və ya 4328,64 manat ziyan məbləği bu koda işlənilmişdir. İddiaçının evində qanunsuz xətlə təbii qazdan istifadə halı aşkar edilən zaman həyətin dəmir darvazası və qapısı bağlı olduğu üçün içəri daxil olub qaz işlədici cihazların video çəkilişini aparmaq mümkün olmamışdır, lakin torpağın altı ilə gizli çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Digər tərəfdən həmin evdə gündəlik yaşayış olmuşdur. Belə ki, həmin evdə ev sahibi İddiaçı ailəsi deyil kirayəşin Alim Babayevin ailəsi yaşamış və evdə təbii qazdan qanunsuz yolla çəkilmiş xətt vasitəsi ilə istifadə elmişdir. Təbii qazdan qanunsuz istifadə halı aşkar olunubsa, bu istifadəni ev sahibi və ya evdə yaşayan kirayəşin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq itirilmiş qazın bərpa edilməsi üçün ziyan ev sahibi üçün yazılır. Buna görə də İddiaçı adına **********06090 saylı kod açılmışdır. “Qazdan istifadə Qaydaları'nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı,etibarlğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək bildirmişdir ki, o və ailəsi 2007-ci ildən Türkiyə Respublikasında yaşayırlar, "xxxx" İstehsalat Birliyinin əməkdaşları onun xəbəri olmadan akt tərtib edib ziyan hesablamışlar, iddiaçının yerinə qaz idarəsinin əməkdaşları imza etmişlər, 4328,64 manat ziyan hesablayıblar. Halbuki o və ailə üzvləri həmin evdə yaşamırlar heç komunnal xətlərdə çəkdirməmişlər. Evlərini müvəqqəti yaşamaq üçün kirayə vermişlər. Kənar xəttin mövcudluğundan xəbəri yoxdur, ev soyuq olduğundan kirayəşin kənar xətdən rezin boru ilə bir neçə gün istifadə etmişdir. Evdə istilik peçi və dördgöz qaz peçi olmuş, iran sobası isə olmamışdır. Xərəyi odunla istifadə etmişlər. İddiasını əsaslı hesab edir, təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X6 iddianı qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, çəkiliş zamanı iddiaçının kənar xəttdən istifadə etdiyi məlum olmuşdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: yazılı formada bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, 34403-11,2023 saylı müqavilədən görünür ki, «Paylayıcı» X12 İstismar İdarəsi ilə «İstehlakçı» İddiaçı arasında müqavilə bağlanmışdır. Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli aktından görünür ki, abonentin mənzilinə baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə istifadə etdiyi aşkar olundu; X3 31 oktyabr 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti-PQ-4-ün maksimal saatlıq qaz sərfi 12 m3/saat orta günlük iş rejimi 1.2 saat və hesabat müddəti 360 gün dəmir maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 2 25 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, xərəyin maksimal saatlıq qaz sərfi 2 m/3 saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1.2 x12 x 360=5184; 2.8 x 12 x 360=12096; 1.5 x 12 x 360=6480; 2.25 x 12 x 360=9720; 2 x 12 x 360= 8640-cəmi 36072m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli 00391615 saylı akt olmuşdur; Azəriqaz RQİİ-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli müayinə aktdan görünür ki, abonentin mənzilinə baxış keçirilərkən həmin mənzildə PQ-3 və QSS-i (qeyri standart soba) aşkar olundu; **********06090 kodlu abonentin saldosunun qalıq və aktlar bölməsindən görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş, lakin istifadə etdiyi qaza ödənişləri vaxtlı-vaxtında həyata keçirmədiyi üçün 2023-cü ilin dekabr ayına 4328,64 manat ziyan yaranmışdır; İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, İddiaçı Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman (sayğac nömrəsi qeyd edilməklə) təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müayinə aktına əsasən iddiaçıya fərdi yaşayış evində sadəcə PQ-3 və QSS-i (qeyri standart soba) kvt avadanlığı üzrə hesablamaların aparılması məqsədəmüvafiqdir. Beləlik məhkəmə hesab edir ki, qaz sərfi aşağıdakı qaydada hesablanmalıdır:
1. Su qızdırıcı avadanlığı üzrə 1,5 x 12 x 360 = 6480m3 x 0,12 = 777,60 manat;
2. PQ-3 avadanlığ üzrə 1,2 x 12 x 360 = 5184m3 x 0,12 = 622,08 manat; Beləliklə, iddiaçı tərəfindən cavabdehə cəmi olaraq 1399,68 manat məbləğində ziyan vurulmuşdur. Ona görə məhkəmə hesab edir ki, iddianın 4328,64 manatdan 2928,96 manat məbləğində hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-1.1. bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-2. bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, "xxxx" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, 00391615 saylı akt əsasında tərtib olunmuş 31 oktyabr 2023-cü il tarixli tələbnamə ləğv ediməli və həmin tələbnaməyə əsasən hesablanmış 4328,64 manat məbləğində borcun 2928,96 manat məbləğində olan hissəsi İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 49,28 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
İddia qismən təmin edilsin. "xxxx" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, 00391615 saylı akt əsasında tərtib olunmuş 31 oktyabr 2023-cü il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 4328,64 manat məbləğində borcun 2928,96 (iki min doqquz yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat məbləğində olan hissəsi İddiaçı abonent hesabından silinsin. 49,28 manat məbləğində dövlət rüsumu "xxxx" İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Vüqar Seyidov