Məhkəmə qərarları › İş №2(027)-1675/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1675/2022

03.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1675/2022 03.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı tərəf Fərhadova (Ələskərova) Qumru Rauf qızı və Maraqlı şəxs2nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən etdim: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı tərəf Fərhadova (Ələskərova) Qumru Rauf qızı və Maraqlı şəxs2nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlərr. Ərizədən görünür ki, Ərizəçi2 ərizədə imza etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim səndləri qeri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.2, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı tərəf Fərhadova (Ələskərova) Qumru Rauf qızı və Maraqlı şəxs2nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izah edilsin ki, ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar