Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-168/2022 10.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Şıxmurad qızının iştirakı ilə, İddiaçı Şıxmurad qızının Cavabdehnə qarşı “AKT əsasında hesablanılmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Şıxmurad qızı Cavabdehnə qarşı “AKT əsasında hesablanılmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 30.07. 2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1512 (bir min beş yüz on iki) manat pulun abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları tərəfindən 01.08.2018-ci il tarixində yaşadığı evdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edilərək istifadəsində olan qaz sayğacını növbədən kənar yoxlamaya göndərmək məqsədilə xəttən ayıraraq əvəzində yeni sayğac quraşdırılmış və sayğacın plombu sökülərək əvəzinə yeni plomb vurulmuşdur. Bundan sonra o, yeni sayğacdan istifadə edərək yandırdığı qazın pulunu ödəmişdir. 2018-ci ilin iyul ayı üçün akt əsasinda 1512 (bir min beş yüz on iki) manat borc hesablanmışdır. Həmin borc 30.07.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş AKT üzrə yazılmışdır. Aktda sayğacın plasmas qapağının deşilməsi barədə qeyd aparılmışdır. O, sayğaca nəzarət etmək iqtidarında deyil və yazılmış akt və ziyanla razılaşmır. Məhkəmə iclasında İddiaçı Şıxmurad qızı iddianı müdafiə edərək, bildirdi ki, sayğac evdən kənarda yerləşir. Cavabdeh əməkdaşları sayğacı açıb əvəzində yeni sayğac quraşdırmışlar. Bunun müqabilində ondan 100 manat rüsum almışlar. Sonradan sayğacın zədələndiyini bildirmişlər. O, sayğaca müdaxilə etməmiş və hesablanmış 1512 manat ziyanla razı deyildir. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əlişanova X1 rayonu, Bağbanlı kəndində qeydiyyatdadır; “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə 08.01.2019cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə Quba qaz İstismar sahəsi ilə İddiaçı Şıxmurad qızı arasında sonuncunun qazla təmin edilməsi üçün bağlanmışdır; “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Bağbanlı kəndində yerləşən yaşayış evində Elester tipli ******* nömrəli sayğac çıxarılmış və əvəzində Elester tipli 11454454 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin 30.07.2018-ci il tarixli ******* nömrəli aktından görünür ki, abonentin qaz sayğacına baxış keçirilərkən ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağı alt hissədən deşici alətlə deşilmişdir; 31.07.2018-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 7560 m3 sərfiyyat hesablanmışdır; **********00290 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı Şıxmurad qızının 2018-ci ilin iyul ayı üçün 1512 (bir min beş yüz on iki) manat məbləğində təbii qaz sərfiyyatı borcu vardır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Sayğacın çıxarılması “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə üzrə öhdəlikləri üzərinə götürmüş İddiaçı Şıxmurad qızının iştirakı ilə deyil, “Vüqar Əlişanov” adlı şəxsin iştirakı ilə həyata keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 1512 (bir min beş yüz on iki) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 216 (iki yüz on altı) manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh əfjəkdaşları tərəfindən Quba rayonu, Bağbanlı kəndində yerləşən yaşayış evinin **********00290 sayı abonent hesabına hesablanmış 1512 (mün beş yüz on iki) manat məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əfjəkdaşları tərəfindən Quba rayonu, Bağbanlı kəndində yerləşən yaşayış evinin **********00290 sayı abonent hesabına hesablanmış 1512 (mün beş yüz on iki) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-168/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-168/2022
10.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver