Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1692/2020 29.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi XXX iştirakı ilə Ərizəçi XXX maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi XXX məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN- 21xx xxx 30319018 saylı Dövlət Aktının Ərizəçi XXX məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon X3 xx xxxx 1999-cu il tarixli 07 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-21xx xxx 30319018 nömrəli Dövlət Aktına əsasən ona kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,21 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa mülkiyyət hüququna dair JN-21xx xxx 30319018 nömrəli Dövlət Aktında onun (Ərizəçi XXX) ata adı səhv göstərilmişdir. Ərizəçi XXX əvəzinə səhvən X1 yazılmışdır. O, Dövlət Aktında qeyd olunmuş ad və soyadında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı imtina məktubu almışdır. Hazırda ona məxsus 0,21 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti onların səlahiyyətlərinə aid olmadığını bildirdiyindən, Dövlət Aktındakı yanlışlıqları aradan qaldıra bilmirlər və o, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi XXX ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi XXX dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-21xx xxx 30319018 saylı Dövlət Aktının surətindən görünür ki, X2 Quba rayon X3 xx xxxx 1999-cu il tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,21 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı “Xanzada”, atasının adı “XXX” kimi yazılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X7 xx.xx.2020-ci il tarixli **********55 nömrəli məktubundan görünür ki, Torpağa Mülkiyyət Hüququna dair JN-21xx xxx 30319018 nömrəli Dövlət Aktında mülkiyyət sahibinin soyadı və adı səhv qeyd olunduğundan həmin səhvləri aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon X3 xx xxxx 1999-cu il tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ərizəçiyə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-21xx xxx 30319018 saylı Dövlət Aktındasəhvlərə yol verilərək, Ərizəçi XXX adı və atasının adı səhvən X1 yazılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. İş materiallarından göründüyü kimi, şəxsiyyət vəsiqəsində ərizəçinin adı və atasının adı düzgün olaraq Ərizəçi XXX kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Torpağa Mülkiyyət Hüququna dair JN-21xx xxx 30319018 saylı Dövlət Aktının Ərizəçi XXX məxsus olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-21xx xxx 30319018 saylı Dövlət Aktının Ərizəçi XXX məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1692/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1692/2020
29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver