Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1703/2021 19.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızı məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə verilməsinə dair JN-1109F KOD 30319018 nömrəli X3, X9 ilə yanaşı Məmmədova (Dadaşova) Aysel Həbib qızına, X4 və Ərizəçi1 məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızı ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1109F KOD 30319018 nömrəli Şəhadətnaməyə əsasən onlara dərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,20 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-1109F KOD 30319018 nömrəli X2 əvəzinə səhvən X7, X13 əvəzinə səhvən X14, Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 Həbib oğlu kimi yazılmışdır. Onlar şəhadətnamədə qeyd olunmuş uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********45 nömrəli 05 iyul 2021-ci il tarixli imtina məktubu almışlar. Ona görə də, Şəhadətnamədə yanlışlıqları aradan qaldıra bilmirıər və onlar bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə ərizəçilər Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızı ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1996-cı ildə anadan olmuşdur. Həmin şəhadətnamədə və şəxsiyyət vəsiqəsində onun atasının adı “Həsən” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində adı, soyadı və atasının adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04.01.2006-cı il tarixdə vəfat etmişdir. Həmin şəhadətnamədə onun atasının adı “Hüseynqulu” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilmsəinə dair Şəhadətnamənin surətindən görünür ki, X4, Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızına və onların ailə üzvlərinə Quba rayon AİK-nın 10.06.1997-ci il tarixli 06 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1109F, KOD 30319018 saylı Şəhadətnamə tərtib edilərək 0,20 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4, Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızına və onların ailə Quba rayon AİK-nın 10.06.1997-ci il tarixli 06 saylı qərarına əsasən 0,20 ha torpaq sahəsi verilmiş və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1109F, KOD 30319018 saylı Şəhadətnamə tərtib edilmişdir. Həmin Şəhadətnamədə “X5” əvəzinə səhvən “X7”, “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Həbib oğlu”, “X15” əvəzinə səhvən “X14” kimi qeyd olunmuşdur. Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızı məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 1109F, KOD 30319018 saylı Şəhadətnamənin onlara məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1109F, KOD 30319018 saylı X3 və X9 ilə yanaşı, X4, Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızına məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızınun hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1109F, KOD 30319018 saylı X1, Ərizəçi1 və Dadaşova (Məmmədova) Aysel Həbib qızına münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1703/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1703/2021
19.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver