Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1704/2022 29.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-260F,KOD 30304048 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə mərhum qardaşı X12 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onlara, Quba rayon Timiryazev kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 22 aprel 2003-cü il tarixli 03 saylı qərarı ilə həyətyanı torpaq sahəsi verilmiş və bu barədə JN-260F KOD 30304048 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamə alandan sonra məlum olmuşdur ki, Şəhadətnamədə mərhum qardaşının adı “Elçin” əvəzinə səhvən “Elvin” olaraq yazılmışdır. Torpaq sahəsinə Daşınmaz Əmlakın Kadastrı və Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə çıxarış almaq məqsədi ilə müraciət etsələr də qeyd olunan uyğunsuzluq olduğundan ərizənin qeydiyyatına imtina verilmişdir. Şəhadətnamə verən orqan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X14 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Onun atası X9 və anası isə X6r. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə Quba rayonu, Timiryazev kəndində vəfat etmişdir. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı ”Elçin” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Onun atası X9 və anası isə X6r. O, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X11 qardaşıdır. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 mərhum oğlu X14 2002-ci ilə dək ərazi dairəsinin Timiryazev kəndində yaşamış və 19 mart 2002-ci il tarixli AZ-№-144300 saylı ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2001 -ci il tarixdə vəfat etmişdir. X3 ailə üzvləri atası X9 və anası X4 ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2003-cü il tarixli 03 saylı qərarına əsasən JN-260F KOD 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.06 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2003-cü il tarixli 03 saylı qərarına əsasən 0.06 ha torpaq sahəsi verilərək JN-260F KOD 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-260F KOD 30304048 saylı Torpağa Mülkiyyət Hüququna X21 “X14” əvəzinə səhvən “X15” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-260F KOD 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin mərhum qardaşı X12 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-260F KOD 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair X1, X10, Ərizəçi və X16 ilə yanaşı, X12 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-260F KOD 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair X2 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1704/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1704/2022
29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver