Məhkəmə qərarları › İş №2(027)-1707/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1707/2022

11.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1707/2022 11.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-378F KOD 30307018 nömrəli Şəhadətnamənin və Torpağa mülkiyyət hüququna dair JN-255 KOD 303 nömrəli Dövlət Aktının X3na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-378F KOD 30307018 nömrəli şəhadətnaməyə əsasən X3na fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,13 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-378F KOD 30307018 nömrəli Şəhadətnamədə nənəsinin ata adı X11 əvəzinə səhvən X5 yazılmışdır. Bundan başqa Quba rayon Aqrar İslahatı Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-255 KOD 30307018 nömrəli Dövlət aktına əsasən nənəsi X2 təsrrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,23 ha torpaq sahəsi verilmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair JN-255 KOD 30307018 nömrəli Dövlət aktında nənəsinin ata adı X11 əvəzinə səhvən X4 yazılmışdır. O, şəhadətnamədə və dövlət aktında qeyd olunmuş uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********1 nömrəli 23 may 2022-ci il tarixli imtina məktubu almışdır. X3 28 sentyabr 2015-ci il tarixində ölmüşdür. Quba regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 1335 nömrəli vərəsəlik məktubuna əsasən 28 sentyabr 2015-ci il tarixində vəfat etmiş X3nın vərəsələri sırasına o da daxildir. Şəhadətnamədə və Dövlət Aktında qeyd olunmuş yalnışlığları aradan qaldıra bilmir və o bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-255 KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna X18 görünür ki, X8 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə 0,23 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-378F KOD 30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə 0,13 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 766032 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, X11 ona məxsus olan Quba rayonu, Amsar kəndində yerləşən fərdi yaşayış evini və 0,13 hektar həyətyanı torpaq sahəsini, 0,23 hektar torpaq sahəsini, Quba rayonu, Amsar kəndində yaşayan nəvəsi Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan Quba Regional “A/san Xidmət” Mərkəzində Notariat Ofisinin 04 may 2022-ci il tarixli 1335 saylı məktubundan görünür ki, Ərizəçi, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi sırasına daxildir. İş materiallarında olan Quba Regional “A/san Xidmət” Mərkəzində Notariat Ofisinin 24 iyun 2022-ci il tarixli 1848 saylı məktubundan görünür ki, Ərizəçi, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 vəsiyyətnamə üzrə vərəsəsidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********21 №li məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-378F (kod ********) nömrəli şəhadətnamədə və JN-255 (kod ********) saylı Torpağa Mülkiyyət Hüququna X19 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il il tarixli, 04 nömrəli qərarı ilə JN-255 KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna X20 əsasında X6 mülkiyyətinə 0,23 hektar torpaq sahəsi və JN-378F KOD 30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında X6 mülkiyyətinə 0,13 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında X6 ata adının “Məlikəli” əvəzinə səhəvən “Mərkalı” kimi, şəhadətnamədə isə “Mirxan” kimi qeyd olunması, X6 xx.xx.2015ci il tarixdə vəfat etməsi, Ərizəçi X6 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-255 kod 30307018 saylı Torpağa Mülkiyyət Hüququna X20nın və JN-378F kod 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. JN-255 kod 30307018 saylı Torpağa Mülkiyyət Hüququna X20nın və JN-378F kod 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar