Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1707/2023 24.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı1 Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 maraqlı şəxs Qusar rayon Notariat kontoru cəlb olunmaqla Cavabdeh, qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 maraqlı şəxs Qusar rayon Notariat kontoru cəlb olunmaqla Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə müraciət etmişdir. Cavabdeh 21 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Quba Rayon Məhkəməsinin hakimi cənab Rahim Həsənovun icraatında iddiaçılar X2 və X1 maraqlı şəxslər "xxxx"MMC, X3» MMC göstərilməklə X8, X9 və Quba rayon İcra və Probasiya şöbəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Hazırki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 əlaqəli iddia tələbi ilə ona və digər cavabdehlərə qarşı iddia ərizəsilə məhkəməyə müraciət etmişlər. Həmin mülki iş artıq bir neçə prosesdir ki, məhkəmə tərəfindən araşdırılmaqdadır. 2(027)- 1707/2023 saylı mülki işi üzrə icraatın 2(027)-1209/2023 saylı mülki iş üzrə icraatla birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclası zamanı müəyyən edildi ki, 2(027)-1707/2023 saylı mülki iş ilə əlaqəli olan iddia tələbilə iddiaçılar X2 və X1 maraqlı şəxslər "xxxx" MMC, X3» MMC cəlb edilməklə X4, X7 və Quba rayon İcra və Probasiya şöbəsinə qarşı hərraçın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə 2(027)-1209/2023 saylı mülki iş hakim Rahim Həsənovun icraatındadır. Cavabdeh məhkəmə iclasında hazırki işin 2(027)-1209/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, 2(027)-1707/2023 saylı mülki iş üzrə icraat 2(027)-1209/2023 saylı mülki iş üzrə icraatla birləşdirilməklə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 43, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 maraqlı şəxs Qusar rayon Notariat kontoru cəlb olunmaqla Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(027)-1707/2023 saylı mülki iş 2(027)-1209/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1707/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1707/2023
24.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver