Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1708/2022 15.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-303 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X19 mərhum atası X4 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, onlara Quba rayon Paşaoba kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bu barədə onlara JN-303,KOD 30310038 Torpağa mülkiyyət hüququnq dair Dövlət Aktı verilmişdir. Dövlət Aktı alandan sonra məlum olmuşdur ki, Dövlət X1 atasının adı yazılmamışdır. Torpaq sahəsinə Daşınmaz Əmlakın Kadastrı və Publik Hüquqi şəxsin 5 saylı Xaşmaz Ərazi idarəsinə çıxarış almaq məqsədi ilə müraciət etsə də, adda uyğunsuzluq olduğundan ərizənin qeydiyyatını imtina verilmişdir. Dövlət Aktını verən orqan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, JN-303 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X19 mərhum atası X4 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iş üzrə şahid X10 bildirdi ki, ərizəçinin atası mərhum X5 çoxdan tanıyır, onunla bir yerdə işləyib. Seyidməmməd Ərizəçi atasıdı. O, 2008-ci ildə vəfat edib, üzrlərində iştirak edib. Məhkəmə Ərizəçi və şahid X7 dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, JN-303,KOD 30310038 Torpağa mülkiyyət hüququnq X19 təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 saylı qərarı ilə Quba rayon Paşaoba kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.14 ha torpaq sahəsi Quba rayonu, Paşaoba kənd sakinləri X8, X12, Ərizəçi və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba rayon Vəl-Vələ İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarxli, 222 nömrəli arayışdan məlum olur ki, JN-303,KOD 30310038 Torpağa mülkiyyət hüququnq dair X17 Seyidməmməd həqiqətən X6r. İş materiallarında olan Quba rayon Vəl-Vələ İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarxli, 223 nömrəli arayışdan məlum olur ki, 1940-cı ildə Quba rayonu Zərqava kəndində anadan olmuş , xx.xx.2008-ci il tarixdə Quba rayonu Paşaoba kəndində vəfat etmiş X2 vərəsələri, arvadı-X12, oğlu-Ərizəçi, oğlu- X9, X11 və qızı- Əliyeva (Kərimova) Humay Seyidməmməd qızı qalmışdır. İş materiallarında olan İİ-ИЕ 114688 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 xx.xx.1940-ci ildə doğulub adı-Seyidməmməd, soyadı- Kərimov, ata adı – Məmməd qeyd olunub. İş materiallarında olan AZ-İ 312123 seriya və nömrəli ölüm haqqında haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 xx.xx.2008-ci il tarixdə Quba rayonu Paşaoba kəndində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixində 12 nömrə ilə qeyd edilmişdir. Məhkəmədə müəyyən edildi ki, Torpağa mülkiyyət hüququnq dair JN-303 KOD 30310038 saylı Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 saylı qərarı ilə Quba rayon Paşaoba kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.14 ha torpaq sahəsi Quba rayonu, Paşaoba kənd sakinləri Kərimov Seyidməmməd, X12, Ərizəçi və X3 mülkiyyətinə verimiş, lakin həmin aktda Kərimov Seyidməmmədin atasının adı yazılmamışdır. Ərizəçi yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa mülkiyyət hüququnq dair JN-303 KOD 30310038 saylı Dövlət Aktının mərhum atası X4 məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, JN-303 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X19 mərhum X4 məxsus olması faktı edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. JN-303 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X19 mərhum X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1708/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1708/2022
15.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver