Məhkəmə qərarları › İş №2(027)-1708/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1708/2023

13.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1708/2023 13.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz" X1 rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş aktların və həmin aktlar əsasında tərtib olunmuş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və əsassız hesablanmış 3858,38 manat məbləğində cərimənin onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, 32-33-cü kvartalda mərhum həyat yoldaşı Arif Qaraxanovun adına fərdi yaşayış evi vardır. Cavabdeh təşkilatla bağlanmış təbii qazın alqı-satqı müqaviləsinə əsasən təbi qazdan istifadə edirə, hər ay da vaxtlı-vaxtında istifadə etdiyi təbii qazın dəyərini ödəyir. 10 ilə yaxındır ki, həmin evdə yaşamırlar, ona görə də, qaz xətti kəsilib, sayğacın da üzərinə su düşməsin deyə plastmas yerləşdirmişdir ki, xarab olmasın. O, 2023-cü ilin iyun ayında evə gəldikdə ona bildirmişlər ki, 3858,38 manat cərimə borcu var. O, cavabdeh təşkilata yaxınlaşıb hesablanmış cərimə ilə əlaqədar sənədləri tələb edəndə ona məlum olmuşdur ki, güya 19 may 2022-ci il və 10 aprel 2023-cü il tarixlərdə sayğaca müdaxilə etmişlər. Ona görə aktlar tərtib olunub və həmin aktlara əsasən ona 3858, 58 manat cərimə hesablanmışdır. O, 10 ilə yaxındır ki, abonenti olduğu evdə yaşamır və xx.xx.2022-cl il tarixdə onun iştirakı olmadan istifadə etdiyi sayğacı dəyişmişlər. 19 may 2022-ci il tarixdə də yəni 15 gün sonra cavabdeh təşkilatın əməkdaşları onun iştirakı olmadan sayğaca baxış keçirib, güya sayğaca müdaxilə olunması barədə akt yazıb özləri imza edirlər. Bundan əlavə cavabdeh təşkilat 20 aprel 2023-cü il tarixdə onun iştirakı olmadan qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmiş və saxtakarlıq edərək, 20 aprel 2023-cü il tarixdə quraşdırdıqları sayğaca 10 aprel 2023-cü il tarixdə müdaxilə etməyi barədə saxta akt yazıb əsassız olaraq ona 3858,58 manat cərimə hesablamışlar. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi cavabdeh təşkilatla bağladığı 2017 və 2023-cü il tarixli qazın alqı-satqısına dair müqavilə bağlamışdır. İddia ərizəsinə əlavə etdiyi sayğaca baxış aktlarından aşkar olur ki, aktlar tərtib olunarkən onun iştirakı təmin olunmayıb. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, 10543416 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və qulaqcıqlarda əzik-cızıq izləri var. İş materiallarında olan ******* saylı aktdan görünür ki, **********3 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik cızıq izləri var sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin iyun ayı üzrə akt əsasında 3110,40 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 4320 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 25920 m3 sərfiyyat müəyyən edilmişdir Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadırCavabdeh tərəfindən xx.xx.2022-ci ildə və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, 10543416 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və qulaqcıqlarda əzik-cızıq izləri var. **********3 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik cızıq izləri var sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 3110,40 manat və 518,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı 3858,38 manat məbləğində cərimənin onun abonent hesabından silinməsini tələb etsə də, Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq ******* akt əsasında 3110,40 manat və ******* saylı akt əsasında 518,40 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Ona görə də, Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın etibarsız hesab edilməsini və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış ******* akt əsasında 3110,40 manat və ******* saylı akt əsasında 518,40 manat məbləğində borc iddiaçının **********04010 saylı abonent hesabından silinməlidir. Mediasiya prosesinin keçirilməsi ilə bağlı iddiaçının ödədiyi məbləğ onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********04010 saylı abonent hesabına ******* akt əsasında 3110,40 manat və ******* saylı akt əsasında 518,40 manat məbləğində hesablanmış pul onun abonent hesabından silinsin. Mediasiya prosesin keçirilməsi ilə bağlı iddiaçının ödədiyi məbləğ onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar