Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-171/2023 10.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ictimai yola tam əvəzi ödənilməklə zəruri keçidin ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Quba şəhəri, ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılmaqla mülkiyyət hüququnun həyata keçirilməsi üçün qonşuluğunda yerləşən Cavabdeh1 mülkiyyətində olan və hüququların X3 daşınmaz əmlakın Dövlət reyestrindən **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışla digər Cavabdeh2 icarə müqaviləsinə əsasən istifadəsində olan Quba şəhəri, 28ci məhəllə ünvanında yerləşən 0,034 ha torpaq sahəsindən ictimai yola 300 manat məbləğində birdəfəlik əvəzi ödənilməklə zəruri keçidin (nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə) ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyai ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. O, qeyd edilən torpaq sahəsini fərdi yaşayış evi tikmək məqsədi ilə satın almışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirərkən Cavabdeh2 onun ailə üzvlərinin giriş-çıxışına maneə olaraq həmin torpaq sahəsinə yeganə giriş-çıxış yolunun onun istifadəsində olduğunu və onların həmin ərazidən istifadə etməməyini tələb etmişdir. O, bununla bağlı aralarında yaranan mübahisənin həlli üçün “giriş-çıxış yolunun açılmasına yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə araşdırması zamanı ekspertiza təyin edilərək müəyyən edilmişdir ki, ümumiyyətlə ona məxsus qeyd olunan torpaq sahəsinə elektron baza məlumatlarına əsasən gediş-gəliş yolunun nəzərdə tutulmadığı, alternativ və gediş-gəliş üçün maşın yolunun olmaması müəyyən edilmişdir. Ona görə də iddia tələbi təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 saylı, 09 mart 2021-ci tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti də Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-134/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməməklə yanaşı, öz qətnaməsində izah etmişdir ki, iddiaçı, yəni o, ictimai yola zəruri keçidin ayrılması üçün qonşu torpaq sahiblərinə, o cümlədən cavabdehə kompensassiya ödənilməsi barədə təklif irəli sürməklə mübahisəsini həll edə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeydindən və hazırki mövcud məhkəmə təcrübəsindən çıxış edərək məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi səlahiyyətli dövlət orqanlarının məsuliyyətsizliyi nəticəsində ona torpaq sahəsi satılaraq mülkiyyət hüququ qeydə alınsa da həmin torpaq sahəsinə onun gedib-gəlməyi üçün heç bir yol nəzərdə tutulmamışdır. Bu hal isə qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun həyata keçirilməsini faktiki olaraq mümkünsüz edir. Onun ictimai yola yeganə çıxışı Cavabdeh2 istifadəsində olan 0,34 ha torpaq sahəsindən zəruri keçid almaqdan keçir. Əvvəlki məhkəmə araşdırmaları zamanı ona məlum olmuşdur ki, Cavabdeh2 Quba şəhəri, 28-ci məhəllə ünvanında yerləşən qeyd edilən 0,34 ha torpaq sahəsi üzərində istifadə hüququ 20 iyun 2020-ci il tarixdən etibarən 3M-369 reyestr nömrəli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi əsasında yaranmış və daşınmaz əmlakın Dövlət reyestri xidmətində 09 iyul 2020-ci il tarixdə qeydə alınmışdır. Qeyd edilən çıxarışdan göründüyü kimi həmin əmlakın mülkiyyətçisi və hüquqları yüklü edilən qurum Cavabdeh1dir. O, Cavabdeh1nə servitut verilməsinə dair müqavilənin bağlanmasına dair oferta (təklif) göndərərək mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyətində olan və hal-hazırda Cavabdeh2 istifadəsində olan Quba şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 0,034 torpaq sahəsindən gediş-gəliş yolunun açılması üçün onun onunla daimi və əvəzsiz servitut təyin edilməsi barədə müqavilə bağlanmağını təklif etmişdir. Lakin Cavabdeh1 onun servitut təyin edilməsinə dair müqavilə bağlamaq təklifinə cavabında qeyd olunan torpaq sahəsinə dair hüququ yüklü edilən şəxs Rayon İcra Hakimiyyət olsa da, hazırda icarə əsasında xeyrinə yüklü edilən şəxs Cavabdeh2 olduğundan onun təklifinin qəbul edilməsi digər şəxsin hüquqlarına təsir etdiyindən təmin edilməsinin mümkünsüz olduğunu bildirmişdir. Servitut müəyyən etməyin məhkəmə qərarı ilə məcburi həyata keçirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmadığından və bu halda qonşu torpaq sahəsi mülkiyyətçiləri arasında yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci maddəsi şamil edildiyindən həmin qanun norması tələblərindən çıxış edərək hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, hazırki vəziyyətdə onun torpaq sahəsinə ictimai yola zəruri keçid cavabdehlərin mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən keçir və onlara qarşı iddia qaldırmağı daha yolveriləndir. İş üzrə Cavabdeh2 iddiaya etiraz verərək etiraz onunla əsaslandırmışdır ki, istifadəsində olan 0,034 ha torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə ayrılmış və bu bununla əlaqədar müvafiq sənədləşmə işi aparılmışdır. Cavabdeh əvvəllər də eyni məzmunlu iddialarla məhəkəmələrə müraciətlər etmiş və nəticədə onun iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə elektron baza məlumatlarına əsasən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinə gedən yol onun tərəfindən bağlanmamışdır. Həmçinin, servitutla yüklülük həmin əşyanın mülkiyyətçisini, sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etməməlidir. Hazırki iddianın təmin edilməsi isə onun istifadə hüququ əsasında ona məxsus olan torpaq sahəsinin təyinatı üzrə istifadədən məhrum edir və onun Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla müdafiə olunan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına və pozulmasına gətirib çıxarır. Cəmi 0,034 ha torpaq sahəsinin bir hissəsinin servitutla yüklü edilməsi oranın tamamən istifadəyə yararsız hala düşməsi deməkdir və bu da mülkiyyət hüquqlarının kobud şəkildə pozulması hesab edilir. Eyni zamanda, iddiaçının torpaq sahəsinə giriş-çıxış mövcuddur. Torpaq sahəsinin digər hissəsi isə onun yaxın qohumlarına məxsus torpaq sahələri ilə qonşuluqda yerləşir. İddiaçının həmin şəxslərdən giriş-çıxış yolu tələb etməsi daha məntiqli olardı. İddiaçı torpaq sahəsini alarkən nəzərə almalı idi ki, həmin torpaq sahəsinə giriş-çıxış üçün yol mövcuddurmu və onun digər kommunal ehtiyacları necə qarşılanacaq. Məhkəmə qərarlarından da göründüyü kimi mübahisəli torpaq sahəsinə giriş-çıxış yolu ümumiyyətlə onun istifadəsində olan torpaq sahəsindən olmamışdır. Hazırda iddiaçı özünü zərərçəkmiş şəxs hesab edirsə, bunun təqsiri onda yox, iddiaçının özündə və müvafiq bələdiyyədədir. İddiaçı müvafiq konpensasiyanın ödənilməsi və ya yerinin başqa torpaq sahəsi ilə əvəz edilməsi üçün bələdiyyəyə müraciət edə bilər. O, torpaq sahəsini alarkən müvafiq dövlət qurumları ilə araşdırma apardı və vicdanlı alıcı kimi aşkar etdi ki, hazırda istifadəsində olan torpaq sahəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, ərazidən komminikasiya xətləri və yol keçmir. Cavabdeh1 torpaq sahəsi üzrə hüququ yüklü edilən şəxs olsa da, daşınmaz əmlak müddətsiz olaraq onun istifadəsinə verilmiş və bu barədə əvvəlki icarədarla notarial qaydada istifadə hüququnun alqı-satqısı müqaviləsi bağlanmışdır. Onun icazəsi və xəbəri olmadan Rayon İcra Hakimiyyəti ilə bu formada razılığın alınması və ya Rayon İcra Hakimiyyətini tərəf kimi işə cəlb etmək mülkiyyət hüquqlarına müdaxilə sayılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının “ictimai yola tam əvəzi ödənilməklə zəruri keçidin ayrılması” tələbinə dair iddiası əsassız olduğundan və onun mülkiyyət hüquqlarına bərpası mümkün olmayan ziyan vuracağından təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müadfiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı ona qarşı iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh1 nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********70 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhəri əriazisində yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********86 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhəri 28-ci məhəllədə yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,034 ha torpaq sahəsi Cavabdeh2 adına yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Məhkəməsinin 2(027)-135/2021 saylı xx.xx.2021-ci il tarixli, qətnaməsindən görünür ki, İddiaçı X4 qarşı “giriş-çıxış yolunun açılması və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə olunmuş mütəxəsis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı X1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə elektron baza məlumatlarındakı DWJ xəritələrinə əsasən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçıay məxsus qeyd olunan torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh2 tərəfindən bağlanmamışdır. İddiaçıya məxsus qeyd olunan torpaq sahəsinə başqa, yəni alternativ gediş-gəlişi üçün maşın yolu yoxdur. İddiaçının gediş-gəliş yolu olduğunu iddia etdiyi sahə cavabdehin istifadəsində olan 0,034 ha torpaq sahəsindən keçir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.2-ci maddəsinə görə sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa İddiaçı məxsus torpaq sahəsinə gediş-gəliş yolunun (maşın yolunun) olmaması müəyyən edilmişdir. İddiaçı ictimai yola yeganə çıxışı Cavabdeh1nə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********86 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Quba şəhəri 28-ci məhəllədə yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,034 ha torpaq sahəsindən mümkündür. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba şəhəri, ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılmaqla mülkiyyət hüququnun həyata keçirilməsi üçün qonşuluğunda yerləşən Hüququların X3 daşınmaz əmlakın Dövlət reyestrindən **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışla Cavabdeh1 mülkiyyətində olan Quba şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 0,034 ha torpaq sahəsindən ictimai yola 300 manat məbləğində birdəfəlik əvəzi ödənilməklə zəruri keçidi (nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə) ayrılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 olduğundan, Cavabdeh2 isə həmin torpaq sahəsindən icarə qaydasında istifadə etdiyindən iddia digər Cavabdeh2 münasibətdə təmin edilməməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba şəhəri, ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılmaqla mülkiyyət hüququnun həyata keçirilməsi üçün qonşuluğunda yerləşən Hüququların X3 daşınmaz əmlakın Dövlət reyestrindən **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışla Cavabdeh1 mülkiyyətində olan Quba şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 0,034 ha torpaq sahəsindən ictimai yola 300 manat məbləğində birdəfəlik əvəzi ödənilməklə zəruri keçidi (nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə) ayrılsın. İddia digər Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-171/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-171/2023
10.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver