Məhkəmə qərarları › İş №2(027)-1710/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1710/2025

20.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1710/2025 20.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı maraqlı tərəf Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi göstərilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı miras əmlaka vəsiyyətnamə və vərəsəlik üzrə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı maraqlı tərəf Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi göstərilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı miras əmlaka vəsiyyətnamə və vərəsəlik üzrə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh2 ərizənin qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, vəsatəti və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə vəsatətinə əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 114, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı maraqlı tərəf Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi göstərilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı miras əmlaka vəsiyyətnamə və vərəsəlik üzrə payının müəyyən edilməsi tələbinə dair ərizə və ərizəyə əlavə olunmuş sənədlər iddiaçının vəkili və nümayəndəsi Nümayəndə vəsatətinə əsasən geri qaytarılsın. Qərardad iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (qəbz: ********** nömrəli, xx.xx.2025-ci il tarixli) geri qaytarılması üçün əsasdır. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar