Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1720/2022 15.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhərində yerləşən DƏDRX tərəfindən verilmiş RX ******* nömrəli çıxarışa əsasən 54 kv/m torpaq sahəsində Avto Yuyucu ünvanında yeləşən, abonent kodu **********3 olan abonent hesabına hesablanmış 333 (üç yüz otuz üç) manat 41 qəpik məbləğində əsassız borcun silinməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı iddianı qəbul edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun Quba şəhərində yerləşən, DƏDRX tərəfindən verilmiş RX ******* nömrəli çıxarışa əsasən 54 kv/metrlik torpaq sahəsində Avto Yuyucu xidməti göstərən obyekti vardır. Həmin obyektin **********3 abonent kodu olan işiq xətti Azərişıq ASC-nin əməkdaşları tərəfindən çəkilmişdir. Həmin işıq xəttinin hesablayıcı sayğacı da Azərişıq ASC tərəfindən quraşdırılmışdır. Hər zaman olduğu kimi, 2022-ci ilin fevral ayının 15-də Azərişıq ASC-nin nümayəndələri ünvana gələrək bir ay ərzində 124 manat dəyərində elektrik enerjisindən istifadə etdiyimi bildirərək “bildiriş xəbərdarlıq” təqdim ediblər. Bu bildirişi əldə etdiyi zaman bir aylıq sərfiıyyatının çox olduğundan şübhələndiyi üçün bir gün sonra, yəni 16 fevral 2022-ci il tarixində özü elektrik sayğacına baxış keçirdiyi zaman görüb ki, Azərişıq tərəfindən təqdim edimiş bildirişdə qeyd olunan sayğac göstəricisi ilə bir gün sonrakı tarixə böyük fərqlə sərfiıyyat fərqinin olduğunu görüb. O nəzarətçiyə bu barədə məlumat verərək iradını bildirib. Nəzarətçi sayğaca “sayğacda boş enerji axıntısı olduğunu, sayğacın lobaratoriya yoxlamasına getməli olduğunu qeyd edərək ondan aslı bir məsələ deyil, Quba ASAN Xidmət Mərkəzində olan Azərişıq ASC-nin Xidmət Şöbəsinə yaxınlaşmağını və onlara müraciət etməli olduğunu bildirib. O dərhal bildirişi də götürüb ASAN Xidmət Mərkəzinə yaxınlaşaraq Azərişıq ASC-nin xidmət şöbəsinə ərizə ilə müraciət edib. Ərizəni qəbul edən Azərişıq ASC-nin əməkdaşları ona 1 həftə ərzində zəng ediləcəyini bildiriblər. Bundan sonra evə gələrək Azərişıq ASC-nin əməkdaşlarının zəngini gözləyib. 22 fevral tarixində X2 əməkdaşları qeyd olunan ünvana gələrək sayğaca baxış keçirdərək - R N-042391saylı AKT tərtib etmiş Elektrik sayğacında axma olduğunu bir daha təsdiqləmişdilər. AKT təsdiq edən şəxslər bildiriblər ki, bu təsdiqlənmiş sənədi baş idarəyə göndərəcəklər və ordan mütəxəsislər gələrək sayğacı xəttən açıb apararaq loboratoryadan keçirdəcəklər və nəticəolaraq sonda son sözü onlar deyəcəklər. Onların bu təklifi ilə razılaşıb R N-043391saylı AKT-ın bir nüsxəsini də götürüb onların zəngini gözləyib.Təqribən 20-25 gün sonra Baş idarədən gələn nümayəndələr sayğaca baxış keçiriblər və ona heç bir yazılı və ya şifahi məlumat vermədən çıxıb gediblər. Onlar gedəndən təqribən bir aydan çox müddət keçdikdən sonra yenidən Azərişıq ASC-nin səlahiyyətli nümayəndəsi olduğunu qeyd edən bir nəfər onun mobil nömrəsinə zəng edərək “Obyektin yanında olduğunu və sayğaca baxış keçirdiyini bildirib”. Ona baxış zamanı onun da iştirakının təmin edilməsi məqsədilə obyektə gələcəyimi bildirib və təqribən 15-20 dəqiqə sonra obyektə gəldikdə həmin şəxsin orda olmadığını görüb, əvvəl ona zəng edən mobil nömrəyə zəng edərək obyektin qarşısında olduğunu, ondan harda olduğunu soruşub. Ona “mən başqa yerə gedirəm ” deyərək cavab verib. Quba EŞ-yə gedərək vəziyyəti müdirə bildirib. Oda onu yeni təyin olunmuş Satış müdirinə yönləndirib.Satış müdirinə vəziyyəti tam olaraq izzah edib. O da öz növbəsində saymazyana şəkilə, “Onlar nə desələr oda olacaq” deyərək onu kobud şəkildə açılayıb və hədə dolusu “pulu ödəməsən hələ sayğacın yaddaşını da oxutduracam ” deyərək onu otağından çıxarıb. Dəfələrlə yenidən həftədə 1-2 dəfə nəzarətçiyə öz şikayətini bildirsə də - nəzarətçi heçnə edə bilməyəcəyini bildirib. 2022-ci ilin may ayının 10-15 - i arası bildiriş təqdim etdikləri zaman isə borcunun 727 AZN olduğunu görüb. Bu zamana qədər düşünürdü ki, bəlkə Azərişıq ASC-nin nümayəndələri onun sayğacını yenisi ilə əvəz edib köhnə sayğacı loboratoryaya göndərərlər. Lakin onların ona yüklənmiş borc bildirişini təqdim etməsi, bu işin məhkəmə qaydasında həll olunacağına bir daha əmin edib Göstərilənləri nəzərə alaraq, Azərişıq” ASC-nin ona yazdığı 333 (üç yüz otuz üç) manat 41 qəpik borc qanunsuz yazılmşdır və abonent kodu **********3 olan abonent hesabına hesablanmış 333 (üç yüz otuz üç) manat 41 qəpik məbləğində əsassız borcun silinməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh olan Azərişıq” ASC idia tələbinə dair məhkəməyə etiraz ərizəsiylə müraciət edərək, göstərmişdi ki, İddiaçı "Azərişıq” ASC-nə qarşı hazırki iddia tələbi əsassız və hüquqdan sui-istifadə olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddaçının iddiasında qeyd etdiyi 043391 saylı akt əsasında abonentə hər hansı hesablaşma aparılmamışdır. Abunə haqqında çıxarışda bağlanan aktlar qrafasındanda aydın görünür ki, hesblaşına aparılmamışdır. Həmçinin iddaçıya məxsus obyekt xx.xx.2017-ci ildə abonent qeydiyyatına alınmışdır. Obyektə xx.xx.2018-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. Abonent xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 4251,99 manat elektrik enerjisindən istifadə etdiyi halda 3739 manat ödəniş etmişdir. Hal-hazırda iddaçının enerji təchizatçı təşkilata sayğac əsasında 512,99 manat borcu vardır. Abunə haqqında çıxarışdanda görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır, onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Bu səbəbdən İddiaçı cavabdeh "xxxx"' ASC-nə qarşı ona məxsus obyektə elektrik enerjisindən istifadəyə görə hesablanmış 333.41 manat borcun silinməsinə tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı dinləyib iddia ərizəsini və işdə olan sənədləri, tam, hərətəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında xx.xx.2022-ci il tarixli 043391 nömrəli aktın surətindən məlum olur ki, həmin akta əsasən EEİQ-nın tələblərinə uyğun İddiaçı məxsus sayğaca baxış keçirilən zaman elekrtik sayğacında (P1=0,79 kvt) axma olduğu müşahidə olunmuşdur. İş materiallarında olan Quba rayon Qırmızı Qəsəbə İƏD-si üzrə nümayəndəliyinin arayışından və AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Səyyarə Əsgərovaya məxsus **********70000 nömrəli abonent saldosundan görünür ki, abonent kodu **********3 olan abonent hesabına akt əsasında hesablanmış borc məbləği göstərilməmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi elektrik hesabat sayğacı əsasında 3507.18 manat elektrik enerjisindən istifadə edildyi halda 3483,00 manat ödəniş edilmiş. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 4251,99 manat elektrik enerjisindən istifadə edildiyi halda 3739 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü maddəsində nəzərdə tutulur ki, enerji təchizatçı möəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu maddəsində nəzərdə tutulur ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablanması üçün, yaşayış binalarındakı hər bir mənzil özrə hesablaşma elektrik sayğacı quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4 nömrəli əlavənin 5-ci bəndində göstərilir ki, elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası MM-ndə nəzərdə tutlmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plobların qorunmasına və işçi vəziyyətdə saxlanlmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, məhkəmədə İddiaçı Quba şəhərində yerləşən DƏDRX tərəfindən verilmiş RX ******* nömrəli çıxarışa əsasən 54 kv/m torpaq sahəsində Avto Yuyucu ünvanında yeləşən, abonent kodu **********3 olan abonent hesabına hesablanmış 333 (üç yüz otuz üç) manat 41 qəpik məbləğində əsassız borcun silinməsini xahiş etsə də, iş materiallarında olan **********70000 nömrəli abonent saldosunun Səyyarə Əsgərova adlı abonentə aid olduğu müəyyən olunmuşdu, bundan başqa həmin saldodan göründüyü kimi, iddiaçının tələb etdiyi abonent kodu **********3 olan abonent hesabına hesablanmış 333 (üç yüz otuz üç) manat 41 qəpik məbləğində borc saldonun akt qrafasında göstərilməmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 4251,99 manat elektrik enerjisindən istifadə edildiyi halda 3739 manat ödəniş edilmiş. İddiaçının abonent saldosunun onun adına olmadığı halda, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə borcun silinməsini məhkəmədən xahiş etmişdir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1720/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1720/2022
15.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver