Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1722/2022 12.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2021-ci il tarixli Akt və həmin akt əsası-tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, hesablanmış 216 manat cərimə və təbii qazdan istifadəyə görə 538 manat 35 qəpik borcun onun **********00150 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcmini azaldaraq 216 manat əsassız hesablanan borcun hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evini 16 mart 2021 -ci il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X1 almış və mülkiyyət hüquqların DƏDRX-də dövlət qeydiyyatına alınaraq, adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat tarixli Çıxarış verilmişdir. Azəriqaz ASC ilə qazın alqı satqısına dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və qaz sayğacı çıxarılaraq, yenisi ilə əvəz edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixdə Xaçmaz Regional Qİİ-nin Quba rayon şöbəsi tərəfindən ona 216 manat cərimə borcu və təbii qazdan istifadəyə görə 538 manat 35 qəpik borcu olması barədə bildiriş gəlmiş və ******* saylı xx.xx.2021-ci il tarixli akt əlavə olunmuşdur. Həmin aktda göstərilmişdir ki, Azəriqaz İB-nın əməkdaşları tərəfindən çıxarılmış qaz sayğacında baxış zamanı çıxış plastmas borunun deşilməsi aşkar edilmiş dəymiş ziyan hesablanmışdır. Qeyd olunan aktdan qaz sayğacının zədələnməsinin xx.xx.2019-cu il tarixdə aşkarlandığı göstərilmişdir. O, qeyd olunan borcla razılaşmır. Qeyd etmək istəyir ki, qaz sayğacı zədələnən zaman evin mülkiyyətçisi o olmamışdır. Yaşayış evinin 16 mart 2021-ci il tarixdə alqısatqı qaydasında satın alımışdır. Qeyd olunan 538 manat borc ona aid deyildir, ondan əvvəl yaşayış evinin mülkiyyətçisi olmuş şəxsə aiddir. O, hər ay istifadə etdiyi qazın dəyərini vaxtlıvaxtında ödəyir. Həmçinin, qaz sayğacının zədələnməsinə və hesablanmış 216 manat dəymiş ziyana görə o məsuliyyət daşımır. Ona görə də hesab edir ki, iddiası təmin edilməli, 216 manat əsassız hesablanan borcun hesabından silinməldir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi Bahadır Seyfulayev iddiaya etiraz təqdim edərək onunla əsaslndırılmışdır ki, İddiaçı Talib oğlunun iddia tələbi əsassızdır və təmin edilməməlidir. Abonent İddiaçı Talib oğlunun özünün iddia ərizəsində qeyd etdiyi kimi o ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 16 mart 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Abonent saldosundan göründüyü kimi evin sahibi evini satmamışdan əvvəl təbii qaza görə yaranmış borcunu tam ödəmişdir. Yəni, 2021-ci ilin fevral ayında o 330 manat qaz pulu borcunu ödəmiş, ayın sonuna borcu sıfırlanmışdır. Buna görə də abonent İddiaçı Talib oğlu ilə xx.xx.2021-ci il tarixli AXK-0300891/05-21 sayh qazın alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan zaman abonentin təbii qazdan istifadəyə görə borcu olmamışdır. Sonrakı aylarda İddiaçı Talib oğlu istifadə etdiyi təbii qazın dəyərini tam ödəmədiyindən debitor borcu tədricən yığılaraq artmışdır. Abonent İddiaçı Talib oğlunun istifadəsində olan qaz sayğacı hələ xx.xx.2018-ci il tarixdə xətdən açılaraq növbədənkənar Dövlət yoxlamasına göndərilmiş, laboratoriyanın xx.xx.2019-cu il tarixli aktına əsasən ******* sayh sayğaca verilmiş rəydə “sayğacın çıxış plasmast borusu deşilib” qeyd edilmişdir. Mexaniki tipli məişət qaz sayğaclarında aşkar olunan qüsurların səbəbi qüsura görə nəticə cədvəlinin 10-cu qrafasına əsasən həmin rəy sayğaca müdaxilə olunduğunu bildirir. Bu səbəbdən də abonent üçün müvafiq normativlərə əsasən 2160 m3 və ya 216 manat itirilmiş qazın ziyam hesablanmışdır. Bu məbləğ abonent tərəfindən etiraf edilərək razılaşma protokolu ilə qəbul edilmişdir. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikridir. Yuxarıda göstərilənlərə görə İddiaçı Talib oğlunun iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanda yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində 11478524 nömrəli sayğac çıxarılmış və əvəzində STS **********436 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba şəhəri, Nizami küçəsində yerləşən, Nurəhməd İslmaova məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin «Azəriqaz” İB-nin qaz sayğacının yoxlanılması barədə: AKT 29/1710-00252-17 saylı sayğaca ümumi baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd olunmuşdur. -X3 31 avqust 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, Nurəhməd İslmaova məxsus Quba Quba şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 2160 m3 (2160 m3 x 0,10=216 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2021-ci il tarixli, ******* saylı akt olmuşdur; **********00150 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 216 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 11478524 nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “növbəti dövlət yoxlamasına göndərilmə” göstərilmiş, əvəzetmə qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 216 (iki yüz on altı) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İBnin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc İddiaçı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-nin X5 İstismarı İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1722/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1722/2022
12.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver