Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1723/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və ona məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən qərar üzrə hesablanmış 574,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,o, Quba rayonu, Vladimirovka kəndində yaşayır. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh İstehsalat Birliyinin əməkdaşları yaşadığı fərdi yaşayış evinə gələrək qaz sayğacına baxış keçirmişlər. Bu zaman ona məxsus qaz sayğacında nöqsanlar olduğu bildirilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli Akt tərtib olunmuşdur. Həmin Akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissədə əzilməsi, rəqəmlərin üzərində cızıq izlərinin olması qeyd edilmişdir. Bu barədə ona xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli Akt tərtib edilmiş, həmin akta əsasən ona 574,20 AZN məbləğində borc hesablanmış, xx xxxxxx 2019-cu il tarixli Dəymiş ziyanın Bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcmi 5742 m3 hesablanmışıdır. O, bundan sonra qaz idarəsinə getmiş, həmin borcun hansı əsasla yazıldığını öyrənmək istəmişdir. Bu zaman ona sayğacının yoxlanması zamanı ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissədə əzilməsi, rəqəmlərin üzərində cızıq izlərinin olması, dəymiş ziyanın ödənilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli Akt tərtib olunduğunu bildirilmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 25721-11-19 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan Xaçmaz RQİİ-nin ******* nömrəli aktından görünür ki, ARDNŞ-nın İT və Rİ-nin 29/1710-03435 saylı rəyinə əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağı alt hissədən əzilib, rəqəmlərin üzərində cızıq izləri var. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 5742 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2019-cu ilin noyabr ayı üzrə aktlar əsasında 574,20 manat məbləğində qalıq borcu vardır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. xx.xx.2019-cu il tarixdə Cavabdeh İstehsalat Birliyinin əməkdaşları İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacına baxış keçirən zaman ******* nömrəli qaz sayğacında nöqsanlar olduğu bildirilmiş, bununla bağlı Akt tərtib olunmuş və 574,20 manat məbləğində cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 574,20 manat pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 574,20 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli, həmin akt üzrə yazılmış xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və İddiaçı məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərar üzrə hesablanmış 574,20 manat məbləğində borc İddiaçı məxsus abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin, həmin akt üzrə yazılmış xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilsin və İddiaçı məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərar üzrə hesablanmış 574,20 manat məbləğində borc İddiaçı məxsus abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1723/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1723/2020
30.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver