Məhkəmə qərarları › İş №2(027)-1724/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1724/2021

23.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1724/2021 23.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə İddiaçı cavabdeh X1rşı əsassiz hesablanmiş borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən onun adına olan **********00240 abunə koduna əsassiz olaraq hesablanmiş 551,20 (beş yüz əlli bir manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin baxılması ilə əlaqədar tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb olmadan 23 sentyabr 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Pposessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Əliyev Məmməd Əlibaba oğlunun cavabdeh X1rşı əsassiz hesablanmiş borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Əliyev Məmməd Əlibaba oğlunun cavabdeh X1rşı əsassız hesablanmiş borcun silinməsi tələbinə və borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar