Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1725/2021 06.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-186F KOD 30329068 nömrəli Şəhadətnamənin X3na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 30 mart 2002-ci il tarixli 03 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-186F KOD:30329068 nömrəli Şəhadətnaməyə əsasən mərhum X3na fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,12 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-186F KOD:30329068 nömrəli X2 əvəzinə səhvən X7, yəni anasının ata adı Abdulməcid əvəzinə Məcid kimi yazılmışdır. O, şəhadətnaməsində qeyd olunmuş mərhum anasının ata adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********19 nömrəli 12 iyul 2021-ci il tarixli imtina məktubu almışdır. X3 17 yanvar 2006-cı il tarixində ölmüşdür. Quba RİHB-nm Çiçi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən Forma 2 arayışına əsasən 17 yanvar 2006-cı il tarixində vəfat etmiş X3nın vərəsələri sırasına o, da daxildir. Şəhadətnamədə yanlışlığı aradan qaldıra bilmir və o, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-186F KOD 30329068 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci il tarixli, 03 saylı qərarı ilə 0,12 hektar torpaq sahəsi verilmiş, həmin X2nın atasının adı “Məcid” kimi qeyd olunmuşdur. İş materiallarında olan 02 iyul 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 152079 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 17 yanvar 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəsinin 05.07.2021-ci il tarixli, 241 saylı arayışından görünür ki, X4 rayon Səbətlər kəndində qeydiyyatda olub 17.01.2006-cı ildə vəfat etmiş, Ərizəçi onun vərəsəsi sırasına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12.07.2021-ci il tarixli, **********19 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-186F KOD 30329068 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci il il tarixli, 03 saylı qərarı ilə JN-186F KOD 30329068 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında 0,12 hektar torpaq sahəsinin verilməsi, həmin şəhadətnamədə ərizəçinin X3nın ata adının «Abdulməcid» əvəzinə səhvən «Məcid» kimi qeyd olunması, X8 17 yanvar 2006-cı il tarixdə vəfat etməsi, Ərizəçi X5 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan Torpağın mülkiyyətə verilməsinə dair JN-186F KOD 30329068 nömrəli X1 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-186F KOD 30329068 nömrəli X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1725/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1725/2021
06.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver