Məhkəmə qərarları › İş №2(027)-1748/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1748/2020

18.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1748/2020 18.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcunun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış xx xxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və ona məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə xx xxxx 2019-cu il tarixli, ******* nömrəli akta və xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanmış 464,40 AZN məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Quba rayonu, Vladimirovka kəndində yaşayır. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh İstehsalat Birliyinin əməkdaşları yaşadığı fərdi yaşayış evinə gələrək elesten tipli 64T markalı 458821 1 nömrəli qaz sayğacını çıxararaq zenner tipli 64 T markalı **********8 nömrəli qaz sayğacını quraşdırmışlar. Daha sonra xx xxxx 2019-cu ildə Cavabdeh İstehsalat Birliyinin əməkdaşları yenidən yaşadığı evə yaxınlaşaraq qaz sayğacına baxış keçirtmişlər. Bu zaman ona məxsus qaz sayğacında nöqsanlar olduğu bildirilmiş, xx xxxx 2019-cu il tarixli, ******* nömrəli Akt tərtib olunmuşdur. Həmin Akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizmi yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izlərinin olması qeyd edilmiş, akta əsasən ona 464,40 AZN məbləğində borc və xx xxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına Dair tələbnaməyə əsasən dəymiş ziyanın həcmi 4644 m hesablanmışıdır. O, bundan sonra qaz idarəsinə getmiş, həmin borcun hansı əsasla yazıldığını öyrənmək istəmişdir. Bu zaman ona sayğacının yoxlanması zamanı ******* nömrəli sayğacın hesablama mexanizmi yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izlərinin olması, dəymiş ziyanın ödənilməsi barədə xx xxxx 2019-cu il tarixli, ******* nömrəli Akt tərtib olunduğunu bildirmişlər. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2019cu il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış xx xxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və ona məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə xx xxxx 2019-cu il tarixli, ******* nömrəli akta və xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanmış 464,40 AZN məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Möhdəd oğlu məhkəmədə iştirak edən zaman, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx xxxx 2019-cu il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, həmin akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizmi yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izlərinin olması qeyd edilmiş, akta əsasən iddiaçıya 464,40 AZN məbləğində borc və xx xxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcmi 4644m hesablanmışıdır. İşdə olan abonentin dəymiş ziyanın bərpasına dair sənəddən görünür ki, İddiaçı qaz işlədicilərinin istifadəsinə əsasən 0.8x6x90=432 m3, 2.6x18x90=4212 m3 cəmi 4644 m3 qaz sərfiyyatı göstərilir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, Vladimirovka kəndində yaşayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamə ləğv edilməli və İddiaçı məxsus Quba rayonu,Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə hesablanmış 464,40 AZN məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına” dair tələbnamə ləğv edilsin. İddiaçı məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə hesablanmış 464 (dörd yüz altımış dörd) manat 40 qəpik məbləğində borc abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar