Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1755/2020 02.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, X1 Cavabdeh İstehsalat Birliyinə qarşı “borcunun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 1111 manat məbləğində borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddianın dəqiqləşməsi barədə ərizə təqdim etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq Cavabdeh-nin, əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş qərarın ləğv olunmasını və həmin qərar əsasında hesablanmış 641 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək bildirdiki, Quba rayonu, 1-ci Nügədi kəndində 0,06 ha torpaq sahəsində yerləşən evində ailəsilə birlikdə yaşayır və "Cavabdeh" İstehsalat Birliyi ilə xx xxxxxx 2019-cu il tarixdə bağladığı müqaviləyə əsasən qazdan istifadə edir və quraşdırılmış qaz sayğacında istifadə etdiyi qazın məbləğinə uyğun qazın dəyərini ödəyir.xx xxxxxx 2019-cu il tarixdə Qusar şəhərində xəstəxanada müalicə olunarkən ona "Cavabdeh" X6 filialının işçiləri zəng vurub bildiriblər ki, qaz sayğacını yoxlayıblar, müdaxilə var. O isə sayğaca müdaxilə etmədiyini və səhv etdiklərini deyib. Onun iştirakı olmadan akt yazıb sayğacı çıxarıb götürüb labaratoriyaya göndəriblər və labaratoriya rəy verib ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Həmin hadisədən 18 aya yaxın müddət keçdikdən sonra ona tələbnamə göndəriblər ki, 487 manat cərimə olunub. Qalan hissə isə onun öz borcudur, ödəmədiyinə görə və yaxud bir hissəni ödəyib, bir hissəni ödəmədiyinə görə az-az yığılıb. İddiaçı bildirmək istəyir ki, qaz sayğacı evinin ətrafında olan hasarın küçə hissəsində quraşdarılıb, o da həmin sayğaca nəzarət etmək iqtidarında deyil və yazılmış akt və ziyanla razılaşmır.Ona görə də hesab edir ki, "Cavabdeh" X3 X7 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair qərar ləğv edilməli və həmin qərar əsasən hesablanmış 641 manat borc onun abonent hesabından silinməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh-nin, əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş qərarın ləğv olunmasını və həmin qərar əsasında hesablanmış 641 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh İstehsalat Birliyininə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İstehsalat Birliyininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də məhkəmə Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan abonentin dəymiş ziyanın bərpasına dair Cavabdeh-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçıqaz işlədicilərinin istifadəsinə əsasən 0.8x6x90=432 m3, 1,5x18x90=2430 m3, 2,8x8x90=2016 m3 cəmi 4878 m3 qaz sərfiyyatı göstərilir. İşdə olan abonentin dəymiş ziyanın bərpasına dair Cavabdeh-nin Xaçmaz RQİİ-nin xx.xx.2019-cu il tarixli tələbnamədən görünürki, xx.xx.2019-cu il tarixində ******* nömrəli akt tərtib olunmuş və həmin akta əsasən 4878 m3 qaz sərfiyyat hesablanmışdır. İşdə olan Qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arsında qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh- yi ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli 24555-01.19 nömrəli müqavilə bağlanmışdır. İşdə olan abonent saldosundan görünür ki, **********00410 nömrəli saldo Quba rayonu 1-ci Nügədi kəndində yaşayan İddiaçı adına qeydə alınıb. İşdə olan Kod 30319018 JN-1213F saylı Torpağın mülkiyyətə veilməsinə dair şəhadətnamənin surətindən görünürki, Quba rayonu İ Nügədi kəndində İddiaçı adına Quba rayon X4 xx.xx.1997- ci il tarixli 06 saylı qərarı ilə 0,18 ha fərdi yaşayış məqsədilə torpaq sahəsi verilmişdir. İşdə olan AZE-0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, İ Nügədi kəndində yaşayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq, Cavabdeh-nin, Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyan həcminin hesablanmasına dair tələbnamə-qərar ləğv edilməli və Quba rayonu 1-ci Nügədi kəndində 0,6 ha torpaq sahəsində yerləşən evə İddiaçı adına hesablanmış 487.80 (dörd yüz səksən yeddi manat 80 qəpik) manat pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh-nin, Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyan həcminin hesablanmasına dair tələbnamə-qərar ləğv edilsin və Quba rayonu, 1-ci Nügədi kəndində 0,6 ha torpaq sahəsində yerləşən evə dair İddiaçı adına hesablanmış 487.80 (dörd yüz səksən yeddi manat 80 qəpik) manat pul vəsaiti abonent bazasından silinsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1755/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1755/2020
02.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver