Məhkəmə qərarları › İş №2(027)-1759/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1759/2022

26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1759/2022 26.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş 0.05 ha torpaq sahəsinə dair adlarına tərtib olunmuş JN 171F Kod 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə X4 Qaliyə Nemət qızı və Ərizəçi2 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il tarixli, 07 saylı qərarı ilə onlara- Ərizəçi2, Ərizəçi1 və X7 Quba rayonu Çiçi İƏD üzrə nümayəndəliyinin Səbətlər kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,23 ha torpaq sahəsi verilmiş və adlarına JN 0162 Kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X16 verilmişdir. Eləcə də, Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il tarixli, 07 saylı qərarı ilə Ərizəçi2 və Ərizəçi1 Quba rayonu Çiçi İƏD üzrə nümayəndəliyinin Səbətlər kəndi ərazisindən 0,13 ha həyətyanı torpaq sahəsi verilmiş və adlarına JN 197F Kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Qeyd olunan Torpağa Mülkiyyət Hüququna X16 və Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə digər mülkiyyətçi X1, adı və ata adı düzgün yazılsa da, Ərizəçi2 soyadı və adı düzgün yazılmış, atasının adı isə Abdul əvəzinə səhvən Əbdül kimi, Ərizəçi1 soyadı və ata adı düzgün yazılsa da, adı Qaliyə əvəzinə Valiyə kimi səhvən qeyd olunmuşdur. Soyad, ad və ata adının Ərizəçi2 və Ərizəçi1 olması şəxsiyyət vəsiqələrinin surəti, Quba rayon icra Hakimiyyəti Başçısının Çiçi İƏD üzrə nümayəndəliyinin 143 saylı, xx.xx.2022-ci il tarixli arayışı ilə də təsdiq olunur. Hazırda qeyd olunan kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələrinə dair Reyestr Çıxarışı almaq istəyirlər. Lakin JN 0162 Kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X16 və JN 197F Kod 30329058 saylı Torpağın Mülkiyyətə X2 yalnışlığa görə həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüquqları məhdudlaşmışdır. Bunula bağlı hüquqmüəyyənedici sənədləri DƏDKRnın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişlər. Lakin onlara xx.xx.2022-ci il tarixli məktubu ilə ad və ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. JN 0162 Kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X14 və JN 197F Kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməni verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Bu səbəbdən də JN 0162 Kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X13 və JN 197F Kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə X6 Teymur Abdul oğlu və Ərizəçi1 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1938-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə Ərizəçi2 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi1 XX.XX.1943-cü il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə Ərizəçi1 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 07 saylı qərarına əsasən JN-197F KOD 30329058 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.13 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X13 surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2000-cü il tarixli 07 saylı qərarına əsasən JN-162 KOD 30329058 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 1.23 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nin Çiçi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, JN 197F KOD30329058 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd olunan Ərizəçi2 Əbdül oğlu ilə AZE №0*******-li vəsiqəsində adı qeyd olunan Ərizəçi2 və X15”mət qızı ilə AZE №0*******li şəxsiyyət vəsiqəsində adı qeyd olunan Ərizəçi1 eyni şəxslərdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1 və Ərizəçi2 Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 07 saylı qərarına əsasən JN-197F KOD 30329058 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə və Ərizəçi1, Ərizəçi2 və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2000-cü il tarixli 07 saylı qərarına əsasən JN-162 KOD 30329058 nömrəli Torpağa Mülkiyyət Hüququna X16 tərtib edilmişdir. JN-197F KOD 30329058 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə və JN-162 KOD 30329058 nömrəli Torpağa Mülkiyyət Hüququna X16nda “Ərizəçi1” əvəzinə səhvən “X15”mət qızı” kimi, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Əbdül oğlu” kimi qeyd olunmuşdur. Ərizəçi1 və Ərizəçi2 məhkəmədən JN-197F KOD 30329058 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-162 KOD 30329058 nömrəli Torpağa Mülkiyyət Hüququna X13 onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilərlər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, JN-197F KOD 30329058 nömrəli torpağın mülkiyyətə verilməsinə X4 Qaliyə Nemət qızı və Ərizəçi2 və JN-162 KOD 30329058 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət X3 ilə yanaşı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-197F KOD 30329058 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə X4 Qaliyə Nemət qızı və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. JN-162 KOD 30329058 nömrəli Torpağa Mülkiyyət Hüququna X13 Ərizəçi1 və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar