Məhkəmə qərarları › İş №2(027)-1767/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1767/2022

28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1767/2022 28.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Vladimirovka kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1.28 ha torpaq sahəsinə adlarına tərtib olunmuş JN-485 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X20 Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi2 ərizələrini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi1 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərmişdilər ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə onlar- Ərizəçi1, Ərizəçi2 və digər mülkiyyətçilər olan ailə üzvləri X7, X5 Quba rayonu, Vladimirovka kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.28 ha torpaq sahəsi verilmiş və adlarına JN 485 Kod 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X23 verilmişdir. X18 digər mülkiyyətçilər X7, X3 soyadı, adı və ata adı düzgün yazılmış, Ərizəçi1 soyadı və ata adı düzgün yazılsa da, adı Sərvinaz əvəzinə səhvən Sərfinaz kimi, eləcə də, Ərizəçi2 əvəzinə X6 kimi səhvən qeyd olunmuşdur. Soyad, ad və ata adının Ərizəçi1 və Ərizəçi2 olması şəxsiyyət vəsiqələrinin surəti, Quba rayonu İHB-nın Xınalıq İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 130 saylı və Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 408 saylı arayışı ilə də təsdiq olunur. Hazırda qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Reyestr Çıxarışı almaq istəyirlər. Lakin JN 485 Kod 30311018 saylı Torpağa Mülkiyyət X2 yalnışlığa görə həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüququ məhdudlaşmışdır. Bunula bağlı hüquqmüəyyənedici sənədləri DƏDR-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim ediblər. Lakin onlara xx.xx.2022-ci il tarixli məktubu ilə ad, soyad və ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdu. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gələrək, Quba rayonu, Vladimirovka kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1.28 ha torpaq sahəsinə adlarına tərtib olunmuş JN-485 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X20 Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X10 bildirdi ki, Ərizəçi2 onun bacanağının oğludur. Sərvinaz isə baldızıdı, onun atasının adı Məmmədrza idi. Torpaq sənədində ərizəçilərin ad və soyadlarında səhvə yol verilib. Məhkəmə ərizəçiləri və şahid X8 dinləyib, ərizəyə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, İş materiallarında olan JN-485 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X19 görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu, Vladimirovka kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.28 ha torpaq sahəsi Ərizəçi1, Ərizəçi2 və digər mülkiyyətçilər olan ailə üzvləri X7, X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi2 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Quba rayon Vladimirovka İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022ci il tarixli, 408 nömrəli arayışdan məlum olur ki, JN-485 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X22 əsasən X1 səhv yazılıb, əslində şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi1 kimi yazılmalı və oxunmalıdır. İş materiallarında olan Quba rayon Xınalıq İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli,130 nömrəli arayışdan məlum olur ki, JN-485 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X21 “X6” kimi səhv yazılıb, əslində “Ərizəçi2” kimi yazılmalıdır. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1969-cu ildə doğulub. Şəxsiyyət vəsiqəsinin ad qrafasında- Sərvinaz, soyad qrafasında- Bağırova, ata adı qrafasında- Məmmədrza qeyd olunub. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1988-ci ildə doğulub. Şəxsiyyət vəsiqəsinin ad qrafasında- İsmət, soyad qrafasında- Bağırov, ata adı qrafasında- Bayramqulu qeyd olunub Məhkəmədə müəyyən edildi ki, JN-485 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X19 görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu, Vladimirovka kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.28 ha torpaq sahəsi Ərizəçi1, Ərizəçi2 və digər mülkiyyətçilər olan ailə üzvləri X7, X3 mülkiyyətinə verilib, lakin Dövlət Aktında Ərizəçi1 soyadı və ata adı düzgün yazılsa da, adı Sərvinaz əvəzinə səhvən Sərfinaz, Ərizəçi2 əvəzinə X6 qeyd olunmuşdur. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa Mülkiyyət Hüququna Dair JN-485 KOD 30311018 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-485 KOD 30311018 saylı Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna Dair JN-485 KOD 30311018 saylı Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar