Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-177/2022 12.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X4 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X9 və Qurbanova (Abasova) Aytən Cavanşir qızının maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X9 və Qurbanova (Abasova) Aytən Cavanşir qızı ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-059A KOD 30323018 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Qurbanova (Abasova) Aytən Cavanşir qızına məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X9 və Qurbanova (Abasova) Aytən Cavanşir qızı ərizədə göstərmişdilər ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-059A KOD 30325018 nömrəli Şəhadətnaməyə əsasən X7 və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.20 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-059A KOD 50323018 nömrəli Şəhadətnamədə “X21” oğlu əvəzinə səhvən “X20” oğlu kimi, “Ərizəçi1” qızı əvəzinə səhvən “X5 “Ərizəçi2” oğlu əvəzinə səhvən “X25” oğlu kimi, “Ərizəçi3” oğlu əvəzinə səhvən “X19” oğlu kimi və Abasova (Qurbanova) Aytən Cavanşir qızı əvəzinə səhvən “X22” qızı kimi yazılmışdır. Onlar şəhadətnamədə qeyd olunmuş ailə üzvlərinin soyadında, adında və ata adında yaranmış uyğıınsuzluğları aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikam iqtisadiyvat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********63 nömrəli 16 scııtvabr 2021-ci il tarixli imtina məktubu alıblar. X2 07 dekabr 2017-ci il tarixində ölmüşdür. Quba RİHB-nın Susay kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən Forma 2 arayışına əsasən 07 dekabr 2017-ci il tarixində vəfat etmiş X2nun vərəsələridilər. Onlar şəhadətnamədə olan yanlışlığları aradan qaldıra bilmirlər və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-059A KOD 30323018 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Qurbanova (Abasova) Aytən Cavanşir qızına məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, bildirdi ki, şəhadətnamədə onun adı, soyadı və ata adı “Ərizəçi1” qızı əvəzinə səhvən “X24” qızı kimi səhv yazılıb. M. Abasova ərizənin ona aid hissədə təmin olunmasını məhkəmədən xahiş edi. Məhkəmədə Ərizəçi2 ərizəni müdafiə edərək, ərizələrinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək, ərizələrinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ərizəçi Qurbanova (Abasova) Aytən Cavanşir qızının nümayəndəsi Ərizəçi2 ərizəni müdafiə edərək, ərizələrinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X13 bildirdi ki, ərizəçilər ilə Susay kəndində qonşu, sonra qohum olubdur. Ərizəçi1 atası Xocam kişini tanımışdır. Mahidənin soyadı Abasovadır. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri və şahidi dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-059A KOD 30325018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997ci il tarixli, 08 nömrəli qərarı ilə 0.29 ha həyətyanı torpaq sahəsi Quba rayonu, Susay kənd sakinləri X11 və onun ailə üzvləri- Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Qurbanova (Abasova) Aytən Cavanşir qızının mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi2 ünvanladığı 16.09.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan Quba rayon İHB-nın Susay İƏD-si üzrə nümayəndəliyinin 02.09.2021-ci il tarixli, 43 nömrəli arayışının təsdiq edilmiş surətindən məlum olur ki, həqiqətən xüsusi mülkiyyətə verilmiş JN 059A, KOD 30323018 olan şəhadətnamədə texniki səhvlərə görə X16, X9, X17, X14, X10 yazılmışdır. Əslində Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, X18, X11 olmalıdır. İşdə olan AZ-İ 886620 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X11 07 dekabr 2017-ci il tarixində Quba rayonu, Susay kəndində vəfat etmişdir. İşdə olan Quba rayon İHB-nın Susay İƏD-si üzrə nümayəndəliyinin 14.09.2021-ci il tarixli, 44 nömrəli arayışının təsdiq edilmiş surətindən məlum olur ki, X3 rayonu, Susay kəndində yaşamış, 07dekabr 2017-ci il tarixində həmin kənddə vəfat etmiş, və arvadı-Ərizəçi1, oğlu-Ərizəçi3, oğlu- Ərizəçi2, qızı-X18 adlı vərəsələri qalmışdır. İşdə olan İİ-ЖГ488934 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X1 Mahidə Xocam qızı arasında 16.04.1982-ci il tarixində nikah başlanmış, 50 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi Ərizəçi1 məxsusdur, Quba rayon Susay kəndində qeydiyyatdadır. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin və Xİİİ-ЖГ 476107 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə Ərizəçi2 məxsusdur, Quba rayon Susay kəndində doğulub, həmin kənddə qeydiyyatdadır. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin və İX-ЖГ 316166 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə Ərizəçi3 məxsusdur, Quba rayon Susay kəndində doğulub, ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin və İV-PY 414065 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə X12 məxsusdur. Məhkəmədə müəyyən edildi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-059A KOD 30325018 nömrəli Şəhadətnamə ilə 0.29 ha həyətyanı torpaq sahəsi Quba rayonu, Susay kənd sakinləri X11 və onun ailə üzvləri- Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Qurbanova (Abasova) Aytən Cavanşir qızının mülkiyyətinə verilib, lakin şəhadətnamədə onlara aid hissələrdə ad, soyad, ata adı səhv yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-059A KOD 30325018 nömrəli Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-059A KOD 30325018 nömrəli Şəhadətnamə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Qurbanova (Abasova) Aytən Cavanşir qızına məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-059A KOD 30323018 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Qurbanova (Abasova) Aytən Cavanşir qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-177/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-177/2022
12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver