Məhkəmə qərarları › İş №2(027)-1776/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1776/2020

25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1776/2020 25.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Matiq qızı və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Matiq qızı və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, 2000-ci il 24 fevral tarixli 02 saylı qərarı ilə xx xxxxxx 2000-ci il tarixində verilmiş JN-276 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında (Kod: 30304018) göstərilən “X2" ilə AA******* serialı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, onlar ünvan 1i ünvanında yaşayırlar. Quba rayon X4 2000-ci il 24 fevral tarixli 02 saylı qərarıyla xx xxxxxx 2000-ci il tarixində verilmiş JN-276 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktıyla (Kod: 30304018 ) (bundan sonra - Akt) ailələrinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün torpaq sahəsi ayrılmışdır. Lakin həmin Aktın mülkiyyətçilərin adı olduğu hissəsində mülkiyyətçi, X3 (həmin dövrdəki soyadıyla) adı səhvliklə “X2” kimi qeyd edilmişdir. Həmin Akt itirilmiş, və tapılması üçün “Respublika "qəzetimə və daha sonra Quba RPŞ-ya müraciət edilmişdir. Hazırda həmin səhvə görə həmin Aktın əsasında müasir dövrün praktikasına uyğun olaraq Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək Dövlət Reyestrindən Çıxarış əldə etmək və mülkiyyət hüquqlarını qeydiyyatına nail olmaq mümkün olmur.(İmtina məktubu əlavə olunur).Göstərilənləri nəzərə alaraq, 2000-ci il 24 fevral tarixli 02 saylı qərarıyla xx xxxxxx 2000-ci il tarixində verilmiş JN-276 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında (Kod: 30304018) göstərilən “X2" ilə AA******* serialı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəməyə ərizəçilər Ərizəçi2 Matiq qızı və Ərizəçi3 ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirakları olmadan baxaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi1 dinləyib, işdə olan sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki,iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı X8 xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-2xx xxx 30304018 saylı Dövlət Aktında ərizəçilərin ad və ata adlarında yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-2xx xxx 30304018 saylı Dövlət Aktının surətindən görünür ki, Ərizəçi1, X1 və Ərizəçi2 Quba Rayon X4 xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları isrehsalı məqsədilə 0.68 ha torpaq sahəsi torpaq sahəsi verilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1967-cildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Quba rayon X4 2000-ci il 24 fevral tarixli 02 saylı qərar ilə xx xxxxxx 2000-ci il tarixində verilmiş JN-276 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında (Kod: 30304018) göstərilən “X2" ilə AA******* serialı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 eyni şəxs olması faktı iş sənədləri ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Quba rayon X4 2000-ci il 24 fevral tarixli 02 saylı qərarı ilə xx xxxxxx 2000-ci il tarixində verilmiş JN-276 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında (Kod: 30304018) göstərilən “X2" ilə AA******* serialı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar