Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1789/2021 01.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, ərizəçi, eyni zamanda digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 KOD 30327038 saylı Dövlət aktının X7, X12, X8 ilə yanaşı Ərizəçi1 və X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi, eyni zamanda digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək, bildirdi ki, ona və ailə üzvləri X3, X5, X9, X6 Quba rayon Aqrar İslahat Komissiyasının 28.10.1998-ci il tarixli 13 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 KOD 30327038 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,99 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 KOD 30327038 saylı Dövlət Aktında mülkiyyətçilərin ad və ata adı səhv yazılmış, Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 kimi, X10 əvəzinə səhvən X2 qeyd olunmuşdur. Hazırda onlar torpaq sahəsinə dair çıxarış almaq və sonra o, öz payını qızına bağışlamaq istəyir. X18 ad və ata adlarının səhv yazıldığı üçün sənədləşmə işləri apara bilmir. Dövlət aktını verən orqan ləğv edildiyindən Dövlət Aktında olan yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iş üzrə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 KOD 30327038 nömrəli Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 28.10.1998-ci il tarixli 13 saylı qərarı ilə X7, Ərizəçi1 və X11, X12, X1 təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,99 ha torpaq sahəsi verilmişdir; AZE № 0******* şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, şəxsiyyət vəsiqəsində Ərizəçi1 atasının adı “Qayıb” kimi göstərilmişdir; AZE № ******** şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, digər ərizəçi X4r; AZ İİ 099810 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 21.12.2015ci il tarixdə nikaha bağlamış, nikah bağlanandan sonra ona Həmzəyeva soyadını verilmişdir; Ərizəçiyə aid sənədlərdən göründüyü kimi, adının düzgün yazılışı “Səvanə”dir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08.02.2021-ci il tarixli **********60 saylı məktubundan görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 KOD 30327038 nömrəli Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Ərizəçi1 ata adı “Qayıb” olduğu halda, torpağa Mülkiyyət Hüququna Dair JN-0046 KOD 30327038 nömrəli Dövlət aktında səhvən ata adı olan hissə boş saxlanılmış, digər ərizəçinin adı “Səvanə” olduğu halda səhvən “Səbinə” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 KOD 30327038 saylı Dövlət aktının X7, X12, X8 ilə yanaşı Ərizəçi1 və X5 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 KOD 30327038 saylı Dövlət aktının X7, X12, X8 ilə yanaşı Ərizəçi1 və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1789/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1789/2021
01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver