Məhkəmə qərarları › İş №2(027)-1790/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1790/2022

02.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1790/2022 02.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ İş № 2(027)-1790/2022 Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba Rayon Məhkəməsi “02” noyabr 2022-ci il Quba şəhəri Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 qızının katibliyi, Ərizəçi və Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı oğlu X10 faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Məhkəməyə müraciət edərək, 03 dekabr 2003-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı 03 dekabr 2003-cü il təvəllüdlü X14 uşağlıqdan qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu səbəbindən özünü sərbəst idarə edə bilmir. İradəsinin zəif olması, sərbəst şəkildə öz mənafeyini qoruya bilməməsi səbəbindən onu həyat yoldaşı X2 ilə birlikdə himayə edirlər. O, hazırda onlarla birlikdə Quba rayonunun Qımılqışlaq kəndində yaşayır və daimi olaraq faktiki himayəsindədir. X18 17 aprel 2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlil hesab edilmişdir. Öz hərəkətlərini tənzimləyə bilmədiyindən, onun başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından ailəsi bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməməsi, öz mənafeyini qoruya bilməməsi səbəbindən övladı X10 fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X14 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. X1, atası isə X7r. İş materiallarında olan arayışından görünür ki, X14 İİ qrup əlildir. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 3405 nömrəli arayışından görünür ki, X11 orta dərəcəli ağıl zəifliyi kəmağıllı diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 2096 saylı rəyindən görünür ki, X8 yüngül dərəcəli əqli gerilik kəskin ifadə olunmuş davranış pozuntuları ilə (F70) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda bir qədər geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzində, Quba Rayon Mərkəzi Xəstəxanasında, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasiona müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, əhavli-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyriadekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil X8 yüngül dərəcəli əqli gerilik kəskin ifadə olunmuş davranış pozuntuları ilə aşkar olunur. X12 öz psixi vəziyyətinə’'görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X14 psixi vəziyyətinə görə fəaliyyət Qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni atası xx.xx.2003-cü il təvəllüdlü X10 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X14 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2003-cü il tarixdə Quba rayonu Qımılqışlaq kəndində anadan olmuş X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar