Məhkəmə qərarları › İş №2(027)-1791/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1791/2020

13.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1791/2020 13.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-2xx xxx 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair X1 ilk yanaşı Ərizəçi da məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi kiQuba rayon X2 xx xxxxxx 2000-ci il tarixli 02 nömrəli qərarı ilə JN-264F KOD 30304018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən anası X6 və ona 0.10 fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-264F KOD 30304018 nömrəli Şəhadətnamədə onun adı soyadı səhv göstərilmişdir. Belə ki, Ərizəçi əvəzinə səhvən X3 yazılmışdır. Həmin şəhadətnamədə qeyd olunmuş ad və soyadında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 müraciət etmiş və bu məsələnin onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı imtina məktubu almışdır. Hazırda həmin 0.10 ha torpaq sahəsinə anası X8 ilə yanaşı, Ərizəçi məxsus olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti onların səlahiyyətlərinə aid olmadığını bildirdiyindən, Dövlət Aktındakı yanlışlıqları aradan qaldırmaq və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirdi.Göstərilənləri nəzərə alaraq, JN-2xx xxx 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.10 ha həyətyanı torpaq sahəsinə anası X8 ilə yanaşı, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XVİİİ-ЖГ 411318 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi anasıdır. İş materiallarında olan AA******* notarial qaydada təsdiqlənmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD-üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən məlum olur ki, Ərizəçi Quba şəhəri 32-33-cü məhəllədə yaşayır. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2xx xxx 30304018 saylı şəhadətnaməninnotarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 Quba rayon X4 xx.xx.2000-ci il tarixli 02 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X7 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 2xx xxx 30304018 saylı şəhadətnamədə qeyd olunan səhvin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2xx xxx 30304018 saylı şəhadətnaməninX8 ilə yanaşı, Ərizəçi məxsus olması olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-2xx xxx 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair X1 ilə yanaşı,Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar