Məhkəmə qərarları › İş №2(027)-1791/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1791/2022

13.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1791/2022 13.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN:161F KOD30310018 saylı Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, onlara yəni, Ərizəçi1 və Ərizəçi2 Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 03 nömrəli qərarı ilə Quba rayon Vəl-Vələ kəndi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış və adlarına mülkiyyəti təsdiq edən JN:161F KOD30310018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd olunan şəhadətnamə o Ərizəçi1 soyadı və atasının adı düzgün olaraq yazılsada, adı Xuramə əvəzinə Xurma kimi, X4 adı və atasının adı düzgün yazılsada, soyadı Ağayev əvəzinə səhvən Ağayeva kimi qeyd edilmişdir. Hazırda onlara qeyd olunan torpaq sahəsini özgəninkiləşdirmək istəyirik. Lakin Şəhadətnamədə onların adları düzgün yazılmadığından bu mümkün deyildir. xx.xx.2022-ci il tarixli məktubu ilə soyad və adlarında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığından bununla bağlı hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər Ərizəçi2 və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Ərizəçi1 olaraq qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Ərizəçi2 olaraq qeyd edilmişdir. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Əhmədova Xuraməyə “Ağayeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 0.06 ha torpaq sahəsi və adlarına mülkiyyəti təsdiq edən JN:161F KOD30310018 saylı şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi2 və Ərizəçi1 Torpağın Mülkiyyətə Verilməsinə dair JN:161F KOD30310018 Şəhadətnamə tərtib edilərək, 0.06 ha torpaq sahəsi verilmişdir. Şəhadətnamə də “Ərizəçi2” əvəzinə səhvən “X8” kimi, “Ərizəçi1” əvəzinə səhvən “X6” kimi qeyd edilmişdir. Ərizəçi2 və Ərizəçi1 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN:161F KOD30310018 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-429F kod 30304018 saylı X1, X9, X10, X7 və X11 ilə yanaşı, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN:161F KOD30310018 saylı Şəhadətnamənin Ərizəçi2 və Ərizəçi1 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar