Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1792/2022 03.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Məmmədova (Ağabalayeva) Fəridə Əliağa qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Barlı kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1.30 ha torpaq sahəsinə adlarına tərtib olunmuş Torpağa Mülkiyyət Hüququna Dair JN-164 KOD 30316028 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X8, X11 və X12 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 ərizələrini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ərizəçi Məmmədova (Ağabalayeva) Fəridə Əliağa qızı ərizələrini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi1 və Məmmədova (Ağabalayeva) Fəridə Əliağa qızı ərizədə göstərmişdilər ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 saylı qərarı ilə onlara, Ərizəçi1, Ərizəçi2, eləcə də digər mülkiyyətçilər X8, X11 və X12 Quba rayonu, Bağbanlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.30 ha torpaq sahəsi verilmiş və onların adına JN 164 Kod 30316028 saylı Torpağa Mülkiyyət Hüququna X28 verilmişdir. X25 Ərizəçi1 soyadı Ağabalayev əvəzinə Abdullayev, ata adı Əliağa əvəzinə Əlağa kimi Ərizəçi2 soyadı Ağabalayeva əvəzinə Abdullayevə, ata adı Əliağa əvəzinə Əlağa kimi eləcə də, digər mülkiyyətçilər X2 Ağabalayev əvəzinə Abdullayev, adı Əliağa əvəzinə Əlağa kimi, X3 Ağabalayeva əvəzinə Abdullayeva kimi, X4 Ağabalayev əvəzinə Abdullayev, ata adı Əliağa əvəzinə Əlağa kimi səhv yazılmışdır. Mülkiyyətçilərdən X11 xx.xx.2020-ci il tarixdə, X14 xx.xx.2016-cı il tarixdə və X8 xx.xx.2022- ci il tarixdə vəfat etmişlər. Ərizəçi2 xx.xx.2010-cu il tarixdə X20 ilə rəsmi nikaha daxil olaraq, Məmmədova soyadını qəbul etmişdir. Soyad, ad və ata adının Ərizəçi1, Məmmədova (Ağabalayeva) Fəridə Əliağa qızı, X8, X11 və X14 olması şəxsiyyət vəsiqələri, ölüm haqqında şəhadətnamələr, doğum haqqında şəhadətnamələrlə də təsdiq olunur. Hazırda qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Reyestr Çıxarışı almaq istəyirlər. Lakin JN 164 Kod 30316028 saylı Torpağa Mülkiyyət X7 yalnışlığa görə həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüququ məhdudlaşmışdır. Bununla bağlı hüquqmüəyyənedici sənədləri AR iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK ə Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə təqdim ediblər. Lakin onlara xx.xx.2021-ci il tarixli məktubu ilə ad, soyad, ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gələrək, Torpağa Mülkiyyət Hüququna Dair JN-164 KOD 30316028 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X8, X11 və X12 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X16 bildirdi ki, ərizəçlər onun qonşusudu, neçə illərdi bir kəndə yaşayırlar. Onların soyadı Ağabalayev, atalarının adı Əliağadı. Fəridə ailə qurub Məmmədova soyadını qəbul edib. Ərizəçilərin soyadları torpaq sənədində Ağabalayev əvəzinə Abdullayev, ata adı Əliağa əvəzinə Əlağa kimi səhv yazılıb. Məhkəmə ərizəçiləri dinləyib və şahid X13 izahatını nəzərə alaraq, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, Torpağa Mülkiyyət Hüququna Dair JN-164 KOD 30316028 saylı Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 saylı qərarı ilə Quba rayonu, Bağbanlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.30 ha torpaq sahəsi Quba rayonu, Bağbanlı kənd sakinləri Ərizəçi1, Ərizəçi2, X8, X11 və X10 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin X1 nümayəndəsi X9 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Quba rayon Zərdabi İƏD üzrə nümayəndəliyindən verilmiş arayışlardan məlum olur ki, Ərizəçi1, Ərizəçi2 Quba rayonu Bağbanlı kəndində qeydiyyatdadırlar və hal-hazırda həmin kənddə yaşayırlar. İşdə olan V-ЖГ 368600 seriya və nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1977-ci ildə doğulub adı-Fəridə, soyadı- Ağabalayeva, ata adı –Əliağa qeyd olunub. İşdə olan İ-ЖГ 271357 seriya və nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1972-ci ildə doğulub adı-Mehman, soyadı- Ağabalayev, ata adı –Əliağa qeyd olunub. İşdə olan AZ-T 036243 seriya və nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.2010-cu ildə X20 ilə ilə nikah bağlamış və “Məmmədova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 059413 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X11 xx.xx.2020-ci ildə vəfat edib. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 0084 nömrə ilə qeydiyyata alınıb. İşdə olan AZ-İİ 259461 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X8 xx.xx.2022-ci ildə vəfat edib. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 0394 nömrə ilə qeydiyyata alınıb. İşdə olan AZ-İ 841456 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X14 xx.xx.2016-cı ildə vəfat edib. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 03 nömrə ilə qeydiyyata alınıb. Məhkəmədə müəyyən edildi ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-164 KOD 30316028 saylı Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 saylı qərarı ilə Quba rayonu, Bağbanlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.30 ha torpaq sahəsi Quba rayonu, Bağbanlı kənd sakinləri Ərizəçi1, Ərizəçi2, X8, X11 və X10 mülkiyyətinə verilib, lakin Dövlət Aktında onların soyad və ata adları səhv yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa Mülkiyyət Hüququna Dair JN-164 KOD 30316028 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-164 KOD 30316028 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X8, X11 və X12 məxsus olması faktı müəyyən məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna Dair JN-164 KOD 30316028 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X8, X11 və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1792/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1792/2022
03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver