Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1793/2025 18.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsilə müraciət edərək,Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı aktın və həmin akta əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 2058 manat məbləğində borcun **********00020 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ümumi birgə mülkiyyətdə olmaqla onlar iddiaçılara məxsusdur. Onlar, daimi olaraq Bakı şəhərində yaşayırlar. Yalnız ilin müxtəlif vaxtlarında istirahət üçün Quba şəhərinə qeyd olunan yaşayış evinə gəlir, və istifadə etdikləri qazın dəyərini vaxtlı-vaxtında ödəyirlər. 2025-ci ilin mart ayında evlərinə borc barədə bildiriş-qəbz gələrkən onlara artıq borc yazıldığını görmşülər. Quba Qaz İİ-nə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda onlara qeyd olunan borcun xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, abonentin saldosu və dəymiş ziyanın bərpasına dair tələbnaməni təqdim etdilər. Həmin aktla tanış olduqda məlum oldu ki, güya onlar sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edirlər. Həmin akta əsasən də xx.xx.2025-ci il tarixli tələbnamə tərtib olunaraq 2058 manat cərimə borcu hesablanmışdır. xx.xx.2024-cü il tarixli ******* saylı aktla və xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən hesablanmış borcla razılaşmırlar. Belə ki, yaşayış evlərinin yerləşdiyi həyətdən əvvəllər Qaz İİ-nə məxsus ümumi paylayıcı qaz xətti keçmiş, lakin sonradan istismara yararsız olduğu üçün həmin xətdən təbii qazın verilməsi dayandırılmışdır. 2024-cü ilin sonunda cavabdeh təşkilatın nümayəndələri istismara yararsız qaz xəttini kəsmişlər. Bunun əsasında da onlara güya təbii qazdan qeyri-qanuni istifadə etdiyi barədə akt tərtib olunaraq cərimə hesalanmışdır. Bir daha qeyd edir ki, həyətdən keçən paylayıcı qaz xətti uzun illərdir ki, istismara yararsızdır. Ümumiyyətlə həmin qaz xətti vasitəsilə təbii qazın verilməsi həyata keçirilmir. Bundan başqa onlara Bakı şəhərində yaşayırlar, Quba şəhərinə çox az gələrlər. Onların təbii-qazdan qeyri qanuni istifadə etməklərinə heç bir əsas yoxdur. Onlar, vicdanlı vətəndaş olaraq, istifadə etdikləri qazın dəyərini vaxtlı vaxtında ödəyirlər. Sayğaca hər hansı bir müdaxiləni etməyi qeyri mümkündür. Cavabdeh təşkilatın əməkdaşları ayda iki dəfə qaz sayğaclarına və qaz xətlərinə baxış keçirirlər. Belə bir hal olsa idi çoxdan aşkar olardı. Ona görə də hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx.xx.2025-ci il tarixli tələbnamə ləğv edilməli, hesablanmış 2058 manat cərimə **********00020 saylı abonent hesabından silinməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək, 4 ildir ki, evdə yaşayış olmadığını, mütəmadi olaraq həmin evə gedib gəldiyini, sayğaca heç bir müdaxilə etmədiklərini, əlavə xəttin olmadığını bildirmiş, iddia tələbini əsaslı hesab etmişdir. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı1 məhkəməyə teleqram göndərərək, həmin teleqramda məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, rədd olunmasını xahiş etdi. İİİ. İşin faktiki halları: İş materiallarında olan: -Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent X2 adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı Akta əsasən abonentin mənzilinə baxış keçirərkən abonentin sayğcdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olundu qeyd edilmişdir. - dəymiş ziyanın bərpasına dair 16 yanvar 2025-ci il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə Xuraman Əlibəylinin **********00020 saylı abonent kodu üzrə 17150 m3 həcmində qaz itkisi hesablanmışdır. - abonent saldosundan göründüyü kimi, ünvan 3 ünvanda yerləşən X4 məxsus evə aid **********00020 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 2058 manat borc hesablanmışdır. -xx.xx.2013-cü il tarixli ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, Memar Əcəmi küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətindədir. -Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli, AZ-İİ seriyalı, 255318 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. -xx.xx.2025-ci il tarixdə Xaçmaz RQİİ ilə İddiaçı1 arasında Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. -Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümyəndəsinin xx.xx.2025-ci il tarixli 1394 №li arayışından görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin giriş çıxış qapısı, ünvan 5 ünvanına çıxır və Azəriqaz İB-nin bildirişində qeyd olunan, ünvan 6 ünvanı ilə eynidir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 2058 manat məbləğində vurulmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacına qoşulma halı təsdiqini tapsada məhz müvafiq inzibati araşdırmanın aparılmamışdır. Belə ki, Qazın talanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və cinayət təqibi orqanının qərarı olmadan və ya bu məhkəmənin qərarı ilə təsdiq edilmədən şəxsi təqsirli hesab edərək borc yazılması yolverilməzdir. Eyni zamanda adıçəkilən qanunvericilik aktlarında nəzərdə tutulduğu qaydada iş üzrə hər hansı inzibati araşdırma aparılmamışdır. İnzibati araşdırmanın olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət vermək üçün kifayət edir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Beləliklə Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 2058 manat məbləğində borc **********00020 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 2058 manat məbləğində borc **********00020 saylı abonent hesabından silinsin. 40,58 (qırx manat, əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İBdən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-1793/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1793/2025
18.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver