Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1797/2022 28.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “alqı-satqı müqavilələrin etibatsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi, Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi və Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqavilələr əsasında verilmiş sənədlərin (çıxarışın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhкəmədə İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhкəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Xaçmaz rayon Susay-Qışlaq kəndində yerləşən 0.91 ha torpaq sahəsinin cavabdehlə arasında bağlanan Cavabdeh2ndə təsdiq edilən xx.xx.2020-ci il tarixli AN-İ№0868623 nömrəli alqı-satqı müqaviləsinin. Xaçmaz rayon Susay-Qışlaq kəndində yerləşən 0.605 ha torpaq sahəsinin cavabdehlə arasında bağlanan Cavabdeh2ndə təsdiq edilən xx.xx.2020-ci il tarixli AN-İ№0868624 nömrəli alqı-satqı müqaviləsinin və Xaçmaz rayon Susay- Qışlaq kəndində yerləşən 1 ha torpaq sahəsinin cavabdehlə arasında bağlanan Cavabdeh2ndə təsdiq edilən xx.xx.2020-ci il tarixli AN-İ№0868625 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş sənədlərin ləğv edilməlidir. Bildirir ki, cavabdeh onu aldadaraq, ona olan etibarından istifadə edərək iş quracağı adı ilə ona məxsus torpaqlara etiyacı olduğunu bildirmiş və iş alınan kimi torpaqları qaytaracağı barədə söz vermişdir. Ona inanaraq onunla müqavilə bağlamağa razılıq verib. Onlar Cavabdeh2nə gedib, o içəri girib və notariusla danışıb, sənədlər hazırlanıb, sonra onu çağırıb bildirib ki, “hər şey razılaşdığımız kimidi, gəl qol çək”.O da sənədləri imzalayıb, bir müddət sonra ona bildirib ki, bəs iş nə yerdədi, o da deyib ki, “qardaşının onun kürəkəninə borcu var, onu verin sonra torpağınızı qaytarım”. O buna etiraz edib və deyib ki, onun bu cür danışmamısan, qardaşıyla onun kürəkənin arasında olana onu niyə qatırsan. Onda anlayıb ki, onu aldadıb əmlakını mənimsəyib, o da məhkəməyə müraciət edəcəyini cavabdehə bildirib, o isə kürəkəninin keçmiş hüquq mühafizə orqanı əməkdaşı olduğunu deyərək “Mənə heçnə edə bilməyəcəksən” deyib. O müddət ötürmədən məhkəməyə müraciət edib. Məhkəmə mübahisələndirdiyi alqı-satqı müqavilələrini etibarsiz hesab edərək ləğv edilməsi barədə qətnamə qət edib, lakin cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib. Apellyasiya Məhkəməsi mübahisəyə tətbiq edilməli olmayan qanunun tətbiq edildiyini əsas gətirərək iş üzrə yeni qətnamə qəbul etməklə onun iddia tələbini rədd edib. Bu hal onun məhkəməyə müraciətinə müddətin ötürülməməsi kimi qiymətləndirilməlidir. Yuxarı instansiya məhkəmələri işə qanunvericilik baxımından yanaşaraq, faktiki halları nəzərə almamışdır. Belə ki, cavabdehin nümayəndəsi məhkəməyə ifadə verərkən bildirib ki, qardaşıyla cavabdeh arasında iş birliyi olub və guya qardaşının səhlənkarlığı nəticəsində ona 70 (yetmiş min) manat ziyan dəyib, torpaq isə onlara borc əvəzinə verilib. Alqı-satqı müqaviləsi bağlanarkən heç bir depozit qoyma və pul ödənişi olmayıb. Həmçinin qeyd edib ki. əgər iddiaçının qardaşı ona olan borcu ödəsə torpaqları onlara geri qaytaracaq. Cavabdehin nümayəndəsinin məhkmədə verdiyi ifadədən yanaşdıqda bağlanmış alqısatqı müqaviləsi şərtlə bağlanmış əqd hesab olunmalıdır. Əlavə olaraq bildirir ki, alqı-satqı müqaviləsinin əsas şərtlərindən biri də alıcının müqavilə üzrə müəyyənləşdirən qiyməti ödəməsidir. Göründüyü kimi müqavilə üzrə heç bir depozit qoyma və pul ödənişi olmamışdır, hesab edirik ki, bu hal özlüyündə həmin müqavilənin etibarsızlığı üçün əsasdir. Cavabdehin kürəkəni qardaşının və onun işi məhkəmədə udduğumu görüb yalandan onlar barəsində ona ziyan vurması ilə bağlı Xaçmaz rayon polis şöbəsinə müraciət etmiş, iş üzrə aparılan araşdırma zamanı qardaşının və onun təqsirli olmağıyla bağlı hər hansı sübut olmadığıdan cinayət işinin başlanılmasmın rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqavilələr əsasında verilmiş sənədlərin (çıxarışın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. İş üzrə Cavabdeh2nə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv təqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bekə ki, iş materialında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********98, qeydiyyat nömrəsi **********, xx.xx.2026-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən 0.91 ha; reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi **********, xx.xx.2026-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən 0.605 ha; reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********, xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən 1.0 ha, Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə pay mülkiyyəti hüququ əsasında X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, adına dövlət reyestrində 152 nömrəli reyestr kitabının 78, 79, 80 nömrəli vərəqlərində qeydiyyata alınmışdır. İş materialında olan AZE ******** seriya vı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonu Susayqışlaq kəndində qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********,xx.xx.2016-cı il tarixli, RX seriyalı,0828307 nömrəli Çıxarışa əsasən 1.0 ha, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi **********,xx.xx.2026-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən 0.605 ha, reyestr nömrəsi **********98, qeydiyyat nömrəsi **********, xx.xx.2026-cı il tarixli, RX seriyalı,0828305 nömrəli Çıxarışa əsasən 0.91 ha Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə pay mülkiyyəti hüququ əsasında X1 və onun ailə üzvlərinin birgə mülkiyyətindədir. İddiaçı onunla Cavabdeh1 arasında bağlanan müqavilələrin yalan əqd olduğunu və həmin müqavilələr bağlanan zaman heç bir depozit və pul ödənişi olmadığını qeyd edərək, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh1 isə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbilə bağlı irad və etirazını məhkəməyə bildirməmişdi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi, Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi və Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli və həmin alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışların ləğv edilməsi iə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi, Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi və Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin alqı-satqı müqavilələr əsasında verilmiş çıxarış ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: lqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1797/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1797/2022
28.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver