Məhkəmə qərarları › İş №2(027)-1811/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1811/2020

03.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1811/2020 03.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X1 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X3 ərizə ilə müraciət edərək, JN:246 Kod ********* saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, onlar və digər ailə üzvlərinə Quba rayon AİK-nın xx xxx 2000-ci il tarixli qərarı ilə 0,80 ha torpaq sahəsi ayrılmış və adlarına mülkiyyəti təsdiq edən JN-2xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı verilmişdir və hal-hazırda da torpaq onların mülkiyyətindədir. Onlar və ailə üzvləri torpağı özgəninkiləşdirmək istəyirlər. Lakin mülkiyyətlərini təsdiq edən JN- 246 Kod ********* saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında o, Ərizəçi1-adı Məmməd əvəzinə Məhəmməd kimi, onların atalarının adı Məmməd əvəzinə Məhəmməd kimi qeyd edilmişdir. Onlar bu yalnışlığm aradan qaldırmaq üçün DƏDRXjıın 5 saylı X7 müraciət etmişlər. DƏDRX-nm 5 saylı X8 xx.xx.2020-ci il tarixli məktubu ilə onlara məxsus Dövlət Aktında düzəliş edilməsinin onların səlahiyyətlərinə aid olmaması, bununla əlaqədar məhkəməyə müraciət etməyi onlara tövsiyə ediblər. Ona görə də, hazır ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edir ki, Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktını verən Azərbaycan Respublikası DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir.Göstərilənləri nəzərə alaraq, JN:246 Kod ********* saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ərizəçilər Ərizəçi2, X3 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə ərizəçilər Ərizəçi2, X3 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi1 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ərizəçilərə məxsus olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və X3 eyni ünvanda ünvan 1 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2xx xxx 30301004 saylı şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və X2 Quba rayon X4 xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı ilə 0,80 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X6 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 2xx xxx 30301004 saylı şəhadətnamədə qeyd olunan səhvin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, JN:246 Kod ********* saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və X2 məxsus olması olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN:246 Kod ********* saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar