Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1815/2021 20.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X27 oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Hacıyeva (Şixiyeva) Vəfa İmaməddin qızı, Ərizəçi5, Ərizəçi6 və Mahmudova (Şixiyeva) Aytac Elçin qızının maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X11, Ərizəçi5, Ərizəçi6 və X12 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 30317028 nömrəli şəhadətnamənin Ərizəçi1, X3, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Hacıyeva (Şixiyeva) Vəfa İmaməddin qızı, Ərizəçi6 və Mahmudova (Şixiyeva) Aytac Elçin qızına məxsus olması faktının müəyyən edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 18.11.1998-ci il tarixli 15 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 30317028 nömrəli şəhadətnaməyə əsasən ona və ailə üzvləri X3, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, X11, Ərizəçi6 və X18 fərdi yaşayış evinin tikintisi, həyətyanı sahə məqsədi ilə 0,15 ha torpaq sahəsi verilmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 30317028 nömrəli şəhadətnamədə onun və ailə üzüvlərinin adı, soyadı və ata adı səhvən Ərizəçi1 əvəzinə “X5”, X3 əvəzinə “X4”, Ərizəçi2 əvəzinə “X13”, Ərizəçi3 əvəzinə “X14”, X11 əvəzinə “X15”, Ərizəçi5 əvəzinə “X16”, Ərizəçi6 əvəzinə “X7”, X20 əvəzinə “X9” kimi yazılmışdır. Onlar şəhadətnamədə yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı müraciətinə cavab olaraq bundan imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Ərizəçi2 iddianı müdafiə edərək, Ərizəçi1 bildirdiklərini təsdiq etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə gəlmiş ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 30317028 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 18.11.1998-ci il tarixli 15 nömrəli qərarı ilə X5, X4, X13, X14, X15, X16, X7 və X6 fərdi yaşayış evinin tikintisi, həyətyanı sahə məqsədi ilə 0,15 ha torpaq sahəsi verilmişdir; AZ-İ № 599955 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 15.02.2013-cü il tarixdə vəfat edən şəxsin adı X2r; Quba RİHB-nin Qəçrəş İƏD üzrə nümayəndəliyin 04.03.2021-ci il tarixli 89 saylı arayışından görünür ki, X1 vəfatından sonra vərəsələri: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və digərləri qalmışdır; AZE0*******, AZE0924779, AZE********, AZE0******* nömrəli şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyadlarının düzgün yazılışı Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5dır; AZE******** nömrəli şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, digər ərizəçinin adı və soyadının düzgün yazılışı Ərizəçi6dur; AZ-İİİ 058505 nömrəli doğum haqqında və AZ-İİ 143781 nömrəli nikah haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Ərizəçi7 qızlıq soyadı “Şixiyeva”, atasının adı “Elçin”dir; Vİİ-JQ 397581 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi4 qızlıq soyadı “Şixiyeva”dır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26.02.2021-ci il tarixli **********20 saylı məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 30317028 nömrəli şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyad yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 30317028 nömrəli şəhadətnamənin Ərizəçi1, X3, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Hacıyeva (Şixiyeva) Vəfa İmaməddin qızı, Ərizəçi6 və Mahmudova (Şixiyeva) Aytac Elçin qızına məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 30317028 nömrəli şəhadətnamənin Ərizəçi1, X3, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Hacıyeva (Şixiyeva) Vəfa İmaməddin qızı, Ərizəçi6 və Mahmudova (Şixiyeva) Aytac Elçin qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1815/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1815/2021
20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver